Sənət adamı qalmayib ki, onunla oturub dərtləşəsən”
Rasim Balayev: “Bu gün az
qala bənna da film çəkməyə
başlayıb, riyaziyyatçı
da iş tapmayanda aktyor olur”
Kino ciddi
sənət olduğu
qədər də istedad və yaradıcılıq ruhu tələb
edən sahədir. Bu gün Azərbaycanda az qala hamı kino çəkir, rejissor olub. Azərbaycan kinosunun isə
elə filmləri, kino inciləri var ki, onları
bu gün də həvəslə izləyir, yeri gələndə gündəlik
həyatımızda bu
filmlərdə olan sözlərdən deyim olaraq istifadə edirik. Kinomuzun bu günü
hər bir yaradıcılığa həssas
yanaşan insanı narahat edir. Amma kino sahəsinin
peşəkarlarını, karifey hesab edilən
aktyorları isə kinomuzun bugünki xaos vəziyyəti daha çox narahat etmiş olur . Elə bu səbəbdən də kinomuzun bu günü barədə xalq artisti, Azərbaycan kino salnaməsinə onlarla möhtəşəm
obrazları ilə izini qoyan Rasim
Balayevlə həmsöhbət
olduq.
- Hər vaxtınız xeyir, Rasim müəllim.
Özünüzü necə
hiss edirsiz. Müalicələrinizin təsiri oldumu?
- Şükür. İndi çox yaxşıyam.
Müalicələrdən sonra
özümü xeyli yaxşı hiss etməyə
başlamışam.
- Yay mövsümüdü. Necə istirahət
edirsiz?
- İstilər başladı. Axşamlar gedib
dostlarla, ailə üzvlərimlə dəniz
kənarında otururuq.
- Sənət dostlarınızla
necə, görüşürsüz?
- Sənət adamı var ki? Sənət adamı
qalmayıb ki, onunla oturub, söhbət edib, vaxt keçirəsən, dərdləşəsən. Kim var ki?
İndi sənət yerini özfəaliyyətə
verib. Hamı özfəailiyyətlə məşğul olur.
- Bu sizi narahat edir...
- Təbii ki, bu məni bir
aktyor kimi, illərini sənətə
qurban verən insan kimi narahat
edir. Amma mən kiməm
ki, nəyisə dəyişmək imkanım
olsun. Mənim elə bir səlahiyyətim yoxdu ki, kinoya tarakan
kimi daraşan, Azərbaycan kinosunu məhvə aparan mikrobların qarşısını
alım. Buna ciddi nəzarət olmalıdır. Amma təəssüf ki, bu gün az qala bənna
da film çəkməyə başlayıb, riyaziyyatçı
da iş tapmayanda aktyor olur. Yəni kinoya
təsadüflər elə
axın etdi ki, bir-iki nəfər
sənət adamı var idisə, onlar da utanıb çəkildilər kənara
ki, ayıbdı, bir yerdə görünməyək.
- Səbəb nədir? Sizcə niyə kino sahəsində bu qədər xaos hökm sürür?
- Səbəb bir deyil ki, o barədə
nəsə deyib, onu aradan qaldırmağa
cəhd edəsən.
Səbəblər çoxdu.
- Sizcə, aktyora yaş məhdudiyyəti qoymaq nə qədər doğrudur. Axı rolun cavanı olduğu kimi yaşlısı da mütləq
olmalıdır. Türkiyədə, başqa ölkələrdə
sizin yaşınızda
olan aktyorların potensialından maksimum istifadə edilir.
- Aktyorda yaş söhbəti, yaş məhdudiyyəti olmamalıdı.
Bəli,
rolun cavanı-qocası
da olur. Hər yaşa uyğun
obraz olur. Ona görə də aktyora yaş məhdudiyyəti qoymaq ədalətsizlik qədər
həm də məntiqsiz səslənir.
Bizdə
film çəkilir ki?
Film çəkilər, aktyor da 5 filmdən birinə dəvət alar.
Film çəkən var?
- Bəs çəkilənlərin
adı nədir?
- Onlar film deyil axı. Çəkilənlər sabun köpüyüdür.
İndi film çəkilmir.
Mən
son illər çəkilən
ciddi film görməmişəm.
- Seriallar çəkilir. Dəvət gəlsə necə, çəkilərsiz?
- Yox, çəkilmərəm.
Bundan sonra qətiyyən çəkilmərəm. Çünki mən bir-iki
dəfə dəvət
aldım, çəkildim.
Gördüm ki, bu, sənət deyil. Mən onların çəkiliş meydançalırındakı
durum, iş prinsipini gördüm, inanın, kinoya yazığım gəldi.
Başdan-ayağa çəkilən filmlər, seriallar xalturadır. Orda bir dənə professional adam yox
idi. Çəkən
insan bilmir ki, sabah
çəkilişdə nə
olacaq, çəkilən
ssenari nədən ibarətdir. Gəlir çəkiliş meydançasında söz
yazır. Ssenari hazırlayır.
Belə
film çəkilər? Kinonu iflic etdilər.
- Amma Azərbaycan
kinosunun tarixi olub, bir zəngin
kino ənənənəsi,
təcrübəsi var
idi.
- Bizə vaxtilə baxıb həsəd aparan ölkələrə
biz bu gün həsəd aparırıq.
90-cı illərə qədər Türkiyədə
ciddi film çəkilmirdi.
Türkiyədə 95-ci illərdən sonra kino sahəsi
inkişaf etməyə
başladı.
- Ömrünün yarısını
çəkiliş meydançalarında
keçirən bir insansız. Bu gün
yaradıcılıq aləmindən
bu qədər uzaq qalmaq, çəkiliş
meydançalarından uzaq
düşmək sizi ağrıtmır? Darıxmırsız?
- Niyə darıxmıram ki? Təbii ki, çox
darıxıram. Bu, bir aktyoru diri-diri
öldürmək deməkdir.
Aktyor balığa bənzəyir.
Səhnədən, çəkiliş meydançasından uzaq düşdüsə, əriyir,
məhv olur. Balıq susuz yaşaya bilmədiyi kimi, aktyor da sənətdən
uzaqda çox ömür sürə bilmir. Amerika, Hollivud aktyorlarına,
kino sahəsində tanınan yaşlı aktyorlara diqqət etsəniz, görərsiniz
ki, onları o yaşda saxlayan elə sənətlərində
olmalarıdır. Mən
özümü indi mənən kasıb hiss etməyə başlayıram.
Sanki, lazımsız birisən, amma potensialıma da arxayınam
axı, bilirəm ki, hələ rol oynaya bilərəm.
Amma o imkanlarımı məhdud
ediblərsə, təbii
ki, balıq kimi çırpınıb,
öləcəm. Aktyor hər
yaşda maraqlı, yadda-qalan obraz yarada bilər. Teatr aktyorları adətən hansısa rol arzusunda olurlar ki, kaş hamleti
oynayım. Yəni
klassik əsərlər
var ki, o obrazları yaratmaq hər bir teatr
aktyorunun arzusu ola bilər.
Kino aktyoru isə
teatr aktyorundan fərqli olaraq hansısa rol arzusunda olmur. Biz sadəcə maraqlı
ssenari əsasında çəkilən filmlərdə
xarakterik obraz yaratmaq istəyi ilə yaşayırıq.
Kino sənətini isə bu gün
o qədər ucuzlaşdırıblar
ki, hər yerindən duran kino çəkir. Rasim Ocaqov kimi insan
rejissor olmaq üçün illərini
verib. Rejissorluq fakültəsini bitirənə qədər
ona film çəkməyə
imkan verməyiblər
ki, kino çəkmək istəyirsənsə,
rejissorluq sahəsində
təhsil almalısan.
Halbuki, ona qədər kino sahəsində operator
kimi illərlə çalışırdı. Amma illər sonra rejissor kimi film çəkə bildi.
Bu gün isə
rejissor olmaq istəsən, sənə
kimsə qadağa qoymur, gəl çək.
- Bu, Azərbaycan kinosunun məhvinə aparmır?
- Əslində Azərbaycan
kinosu iflic olub. İndi bəlkə onu
hiss etmirlər. 10 il sonra bunun acısını çəkərik. Amma tarixən
tənəzzül və
inkişaf dövrü
olub. Bu gün
Azərbaycan kinosunun tənəzzül dövrüdür.
Yəqin
ki, bu dönəm
də keçər.
Ümid edək ki, Azərbaycan
kinosu bu gün tutulan xəstəlikdən sağalıb
ciddi kinosunu çəkər.
Tahirə Məmmədqızı
Şərq.- 2018.- 30
iyun.- S.13