100 ildir erməni vandalizmi durmur

 

Ekspertlər təklif edir ki, mart soyqırımı ilə bağlı abidə muzey yaradılmalıdır

 

1918-ci il martın 31-i Azərbaycan tarixində unudulmaz bir gündür. Mart soyqırımı 1918-ci ilin 30 mart 3 aprel tarixləri arasında Bakı şəhərində Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan digər ərazilərdə Bakı Soveti Daşnaksütyundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın olaraq yaddaşa yazılıb. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.

1998-ci ildən 31 Mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırım günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi didərgin salınması XX əsr tarixinin ən faciəli dəhşətli səhifələrindəndir.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirib. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin təhqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırım bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.

Soydaşlarımıza qarşı törədilən dəhşətli qırğından 100 il ötür. Çox güman ki, hər il olduğu kimi bu il dövlət səviyyəsində mühüm tədbirlər keçiriləcək. Şübhəsiz ki, bu məsələ ilə bağlı dövlət başçısının da xüsusi göstərişləri var. Xalqımıza qarşı törədilən amansızlığın bütün dünyaya tanıdılması üçün hansı işlər nəzərdə tutulur?

...artıq ermənilərin deməyə sözü qalmır

Millət vəkili Elman Məmmədovun sözlərinə görə, məsələ ilə bağlı ölkə başçısının göstərişi, müvafiq sərəncamı var:

"Mart soyqırımı ilə bağlı müxtəlif səviyyələrdə tədbirlər keçiriləcək. Bu ilə qədər soyqırımla bağlı tarixçilər, siyasətçilər dövlət rəhbərliyi tərəfindən işlər görülüb. Təbii ki, bu il soyqırımın 100 illiyi ilə bağlı daha geniş miqyaslı işlər görüləcək. Soyqırımın 100 illiyi ilə bağlı keçiriləcək tədbirlərdə əsas məqsədimiz ermənilərin son 100 il, hətta ondan əvvəl mütəmadi olaraq Azərbaycan xalqına Azərbaycan türklərinə qarşı törətdikləri kütləvi qırğınları dünyaya tanıtmaqdır. Bunlarla bağlı tarixçi alimlərimiz az görməyiblər. Dünyanın ən böyük, zəngin arxivlərindən külli miqdarda bununla bağlı materiallar gətirilib. Ən dəyərlisi odur ki, bu materiallar artıq əcnəbi tarixçilər, alimlər tərəfindən yazılıb. Ermənilərin artıq deməyə sözü qalmır. Biz daha bu məsələni yazmırıq. Ermənilərə yaxın dost olan ölkələrin tarixçiləri, alimləri bu qırğınlarla bağlı yazırlar. Əsas məqsədimiz ermənilərin həqiqətdə kim olduqlarını dünyaya tanıtmaq, onları ifşa etməkdir”.

Təəssüflər olsun ki, 1905-1906-ci illərdə törədilən soyqırımlara görə, daha sonra 1915-ci il Anadolu, 1918-ci ildə isə Azərbaycan ərazisində, Bakıda digər bölgələrimizdə törədilən qırğınların günahkarları o vaxtdan cəzasız qalıb.

 

Hətta onlar Moskva tərəfindən mükafatlandırılıb, həvəsləndirilib, vəzifələrə qoyulub, qorunub, müdafiə olunub. 1948-1953-cü illərdəki hadisələr soyqırımın bir növüdür. Soyqırım yalnız insan ölümü ilə bağlı deyil. Dininə, dilinə, irqinə, milli mənşəyinə görə hər hansı bir etnik qrup, doğma yurdundan zorla köçürülürsə, etnik təmizləmə aparılırsa, bu artıq soyqırımdır. 1948-1953-cü illər ərzində Ermənistandan 200 mindən çox azərbaycanlı zorla köçürülüb. Amma o vaxtlar bunun adını könüllü köç olaraq qoymuşdular. Guya vətəndaşlarımız öz xoşları ilə köçüblər. Daha sonra isə soydaşlarımızın yerinə xarici ölkələrdən ermənilər gətirildi. Nəhayət, 1992-ci ildə ermənilər tərəfindən Xocalıda, Qaradağlıda, Meşəlidə başqa yerlərdə soyqırımlar oldu”.

Millət vəkili bildirib ki, əsas məqsəd daha çox görmək, ermənilərin törətdiyi soyqırımla bağlı həqiqətləri dünya ictimaiyyətinə, bütün parlamentlərə qurumlara çatdırmaqdır:

 

"Demək olmaz ki, xarici ölkələr qurumlar bu məsələdən xəbərsizdir. Amma bunu bizim tələbimiz, təbliğatımız, beynəlxalq təşkilatların qarşısına qoyduğumuz sənədlər əsasında bilirlər. 26 il bundan öncə olmuş Xocalı soyqırımını törədən hərbi canilər indi sağdır vəzifələrdədir. Sarkisyan onun ətrafındakı kimilər üçün cəza almır? Biz bunlarla bağlı işlər görməliyik. Bu ayın 30-da Parlamentdə soyqırımla bağlı dinləmələr olacaq. Milli Məclisin bir iclası bütövlükdə soyqırıma həsr olunacaq. Düşünürəm ki, builki tədbirlər çoxsaylı rəngarəng olacaq. Təkcə Azərbaycanda yox, Azərbaycandan kənarda hansı ölkələrdə ki, diaspor təşkilatlarımız, səfirliklərimiz, konsulluqlarımız var, onlar da öz növbələrində işlər görür görəcəklər ”.

Sabiq millət vəkili Sabir Rüstəmxanlı isə bildirib ki, soydaşlarımıza qarşı törədilən qırğınlarla bağlı dünya səsimizə səs vermir:

"Həmçinin özümüz lazım olan sənədləri göstərmirik. Ancaq 20 Yanvar şəhidlərini deyirik, mart qırğınları ilə bağlı ciddi sənədlər ortaya qoyulmur. O dövrdə millətimizə qarşı baş verən faciələrin hər biri ayrı-ayrılıqda tarix kimi qeyd edilməlidir. Bundan əlavə soyqırımla bağlı abidə muzey olmalıdır. Amma nədənsə, belə bir abidə qoyulmur, buna maneçilik yaranır. Nədənsə, 1918-ci ildə Bakını ermənilərin qırğınından xilas edən Nuru Paşa Türküstan ordusu ilə bağlı təkliflər masa üzərində qalıb. Bu məsələ məni çox narahat edir”.

 

Yeganə Bayramova

Şərq.- 2018.- 13 mart.- S.7.