“
Üç – beş sənətkar qalıb, ya qalmayıb”
Rasim Balayev: “Mətbuat
belə çox maraqlananda insan özünü dəyərli
hesab etməyə başlayır”
Xalq artisti, məşhur aktyor Rasim Balayev əməliyyat
olunub. Bu barədə
aktyorun özü məlumat verib.
Əməliyyat martın 14-də
Mərkəzi Gömrük
Hospitalında olub. Xalq artisti
ilə əlaqə yaradıb əməliyyatdan
sonrakı vəziyyəti
ilə maraqlandıq.
Rasim Balayev səhhətində elə
bir ciddi narahatlıq olmadığını
dilə gətirdi:
"İki gündür
əməliyyat olunmuşam. Şükür, indi özümü yaxşı hiss edirəm.
Elə ciddi problem deyil, narahat olmağa dəyməz. Həkimlər cərrahi müdaxilə etdilər, indi yaxşıyam. Kiçik uroloji
problemdir. Hələlik xəstəxanadayam. Sabah bir də müayinə
olunacam, həy şey qaydasında olsa, evə buraxacaqlar”.
Rasim Balayev əməliyyatdan sonra dostlarının, həmkarlarının
onunla maraqlandığını
da qeyd etdi. Mədəniyyət
Nazirliyindən heç
kimin onunla əlaqə yaratmadığına
da eyham vuran xalq artisti "Dostlar sağ olsun, maraqlanırlar. Mədəniyyət Nazirliyi isə
nə zaman sənətkarlarla maraqlansa,
yəqin ki, növbətisi mən olacam” söylədi.
Rasim Balayev Novruz ərəfəsində zarafatından
da qalmayaraq "sənət
adamları belə vaxtlarda ona olan
diqqətin şahidi olurlar. İnsanıq da. Xəstəlik də olur, çətinlik də.
Sadəcə mətbuat belə
çox maraqlananda insan özünü dəyərli hesab etməyə başlayır.
Onsuz da sənət aləmində
üç-beş sənətkar
ya qalıb, ya qalmayıb. Xəstəliyin yaxşı tərəfi
də sənə olan sevgini, diqqəti
görmək olur.
Mənə görə narahat
olanlara təşəkkürümü
bildirirəm. Əsas odur
ki, Novruz qapını döyür.
Hamını bayram
münasibətilə təbrik
edirəm”.
Tahirə
Şərq.-
2018.- 17 mart.- S.13.