Bakı
Mühəndislik Unversitetində
“31 mart Soyqırımı” anılıb
"31
Mart Soyqırımı”nın 100 illiyi ilə əlaqədar
olaraq Bakı Mühəndislik Universitetində tədbir
keçirilib. Tədbirə universitetin rəhbər
şəxsləri, professor-müəllim
heyəti, tələbələrlə
yanaşı, millət
vəkili, Azərbaycan
Mətbuat Şurasının
sədri Əflatun Amaşov, Mətbuat Şurasının İdarə
Heyətinin üzvü,
Jurnalistlərin Həmkarlar
İttifaqının sədri
Müşfiq Ələsgərli,
Tarix üzrə fəlsəfə doktoru, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı iştirak
edib.
Tədbir soyqırım
qurbanlarının xatirəsinin
bir dəqiqəlik sükutu və dövlət himninin oxunması ilə başlayıb. Daha sonra tədbirdə 31 Mart soyqırım hadisələrini əks etdirən sənədli film nümayiş olunub.
Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov çıxış
edərək bildirib ki, 20-ci əsrin bəlkə də ən susqun soyqırımı 1918-ci il
mart ayının 31-də
erməni daşnaklarının
xalqımıza qarşı
olan qətliamıdı.
Susqundu, ona görə ki, sovet ittifaqı qurulduqdan sonra bu qanlı tarixin
üzərindən dırnaqarası
qardaşlıq xətti
çəkildi. O dövrün
mətbu orqanları bu hadisələrin üzərindən sakitcə
keçdilər. SSRİ dağılan
kimi yaxın keçmişimizdə mənfur
qonşularımız olan
ermənilər tərəfindən
törədilmiş qanlı
hadisələrin arxivləri
açıldı, xalqımıza
qanlı tariximiz haqqında bilgilər verildi. Ermənilər əvvəlcə Bakıda,
sonra İrəvanda, Naxçıvanda, Gəncədə,
Qarabağda, Zəngəzurda,
Qazaxda və Tiflisdə dinc mülki azərbaycanlılara
qarşı kütləvi
qırğınlar törətmişlər.
Erməni silahlı dəstələri İrəvan-Naxçıvan-Zəngəzur-Qarabağ
və Qazax-Gəncə
istiqamətində yerləşən
yaşayış məskənlərinin
azərbaycanlı əhalisini
qırıb və deportasiya ediblər.
Yalnız müstəqillik dövründə ermənilərin
Azərbaycan xalqına
qarşı həyata
keçirdikləri soyqırım
cinayətlərinə əsl
hüquqi-siyasi qiymət
verilib. 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı
"Azərbaycanlıların soyqırımı haqqında”
fərman erməni millətçilərinin
cinayətkar əməllərinə
verilən dolğun və hərtərəfli
siyasi qiymət olub. Fərmanda ermənilərin Azərbaycan
xalqının başına
gətirdiyi müsibətlər
dünyaya bəyan edilərək bu qanlı əməllərə
düzgün siyasi qiymət verilib. Bu tarixi sənəd
Azərbaycanın indiki
və gələcək
nəsillərinin milli
yaddaşının qorunması
baxımından da fundamental bir proqramdır.
Millət vəkili,
Azərbaycan Mətbuat
Şurasının sədri
Əflatun Amaşov tədbir iştirakçılarını
salamlayıb və xalqımızın nümayəndələrinin
dünyanın ictimai inkişafındakı rolundan
danışıb. Qeyd
edib ki, xalqımızın tarixi qəhrəmanlıqları ilə
yanaşı, soyqırımlara
da məruz qalıb. Millət vəkili bildirib ki, biz gəncləri
humanist, tolerant və elmi istiqamətdə
tərbiyə edirik. Bununla yanaşı, faciələrimizi də gənclərimizin bilməsi
və gələcək
nəsillərə ötürməsi
vacibdir. Bu gün ölkə başçısının apardığı
düzgün siyasət
nəticəsində güclü
iqtisadiyyatımız və
qüdrətli ordumuz formalaşıb. Bu da bizə inam
verir ki, yaxın vaxtlarda torpaqlarımız işğaldan
azad olunacaq.
Tarix üzrə
fəlsəfə doktoru,
"31 Mart Soyqırımı”,
"Türkün Xocalı
soyqırımı", "Bağanıs-Ayrım soyqırımı"
kimi kitabların müəllifi, Akif Aşırlı qeyd edib ki, tarix
tək keçmiş
deyil. O, həm bu gündür, həm də gələcəkdir. Bu mövzuda
tədqiqat aparan alim ölkəmizin arxivləri ilə yanaşı Böyük Britaniya, Türkiyə, İran kimi dövlətlərin arxivində
də "31 Mart Soyqırımı” ilə
bağlı sənədlərdə
olan faktlardan danışıb. İnsanlarin
işgəncə ilə
qətlə yetirilməsi
ilə yanaşı həmin dövrdə təchizatın, xüsusən mətbəələrin
də dağıdıldığını
diqqətə çatdırıb.
Tarixçi-alim müəllifi
olduğu kitablardan universitetin kitabxanasına hədiyyə edib.
Çıxışını
sual-cavab formatında quran Jurnalistlərin Həmkarlar İttifaqının
sədri Müşfiq
Ələsgərli ölkəmizin
yerləşdiyi coğrafi
mövqeyin əhəmiyyətindən
danışıb. Qeyd
edib ki, bu səbəbdən də xarici qüvvələrin həmişə
ölkəmizdə gözü
olub. Ermənilər də xarici qüvvələrə alət
olaraq öz mənafeləri üçün
də tarixən xalqımıza qarşı
belə soyqırımlar
törədiblər. Bu gün
də ölkəmizə
qarşı xarici qüvvələr tərəfindən
bu istiqamətdə işlər aparılır.
Ən acınacaqlısı
isə odur ki, xarici qüvvələrin
təsirinə düşən,
sapı özümüzdən
olan baltalar xaricdən müstəqilliyimizə
xələl gətirən
işlər aparırlar.
Çıxış edən qonaqlar onu da qeyd
ediblər ki, Bakı Mühəndislik Universiteti ölkəmizin ən öndə gedən təhsil ocaqlarındandır. Burada
yüksək ballı
tələbələr təhsil
alır. Biz inanırıq ki,
sizlər elminizlə və bacarığınızla
dövlətçiliyimizin möhkəmlənməsinə və inkişafına xidmət edəcəksiniz.
Çünki "Erməni
vəhşiliyini dünya
miqyasında ifşa etmək üçün hələ görüləsi
çox işimiz var".
Şərq.-
2018.- 30 mart.- S.7.