Türk Yurdu aprel sayını
Azərbaycan Cümhuriyyətinin
100 illiyinə həsr
edib
1911-ci ildə İstanbulda Türk ocaqlarının orqanı kimi fəaliyyətə başlamış
"Türk Yurdu jurnalı bu gün nəşrini Ankarada davam etdirir. "Türklərin
faydasına çalışır
- sözləri ilə
işıq üzü
görən jurnal türk xalqlarının
100 illik mədəni tarixini əks etdirən ensiklopedik mənbəyə çevrilib.
Türk dünyasının ən parlaq simalarından olan İsmayıl Qaspıralının
məşhur "Dildə,
fikirdə, işdə
birlik - şüarı
ilə günümüzə
qədər nəşr
olunan jurnal türk xalqlarının ədəbi-mədəni və
ictimai həyatının
salnaməsini yazmaqdadır.
Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin
Rəsulzadə də
"Türk Yurdu ilə yaxından əməkdaşlıq edib.
Jurnalın əsas və aparıcı mövzularından biri hər zaman Azərbaycan olub. Bu gün də
ənənəsinə sadiq
qalan dərgi aprel sayını Azərbaycan Cümhuriyyətinin
yüzüncü ildönümünə
həsr edib. Jurnalın aprel sayının üz səhifəsində Cümhuriyyətin
qurucusu Məhəmməd
Əmin Rəsulzadənin
təsviri verilib. Nəşrdə Azərbaycan
Cümhuriyyəti ilə
bağlı yazıların
redaktorları Yılmaz
Özkaya və Nazim Muradovdur. "Türk Yurdunun xüsusi buraxılışında
Səbahəddin Şimşirin
"Rəsulzadənin xatirələri
işığında Azərbaycan
Cümhuriyyətinin istiqlalı
və işğalı,
Vilayət Quliyevin
"Əbdürrəhim bəy
Haverdiyev. Cümhuriyyət
diplomatı, Yavuz Akpınarın "Hüseynzadə
Əli Turanın arxivindən: Qafqaz İslam ordusunun
bildirişi, Ömər
Özcanın "Azərbaycan
Cümhuriyyəti tələbələri,
Nazim Muradovun "Azərbaycan Xalq Cümhuriyyətinin yüzüncü
ilində Məhəmmədəmin
Rəsulzadəni yenidən
oxumaq ehtiyacı və başqa məqalələr yer alıb.Cümhuriyyətin 100 illiyinə
həsr olunmuş
xüsusi buraxılışda
"Şərq qəzetinin
baş redaktoru, mətbuat tədqiqatçısı,
tarix elmləri üzrə fəlsəfə
doktoru Akif Aşırlının "Azərbaycan
"Türk Ocağının
fəaliyyəti adlı
məqaləsi də dərc olunub. Müəllif məqaləsində
1918-ci ilin sentyabrında
Azərbaycanda təsis
edilən "Türk
ocağı cəmiyyətinin
fəaliyyətindən bəhs
edib. Bildirib ki, qısa fasilələrlə
1920-ci ilin aprelinədək
Bakı və ətraf bölgələrdə
ideoloji iş aparan bu qurumun
təsisçiləri görkəmli
ədiblər və tanınmış siyasətçilər
olublar. Tədqiqatçı
jurnalda dərc olunan məqaləsində
vurğulayıb ki,
"Türk ocağı
- türk xalqlarının
milli ruhda tərbiyəsinə, elmi,
ictimai və iqtisadi səviyyəsinin tərəqqisinə nail olmaq məqsədilə yaradılmış bir cəmiyyət olbu: "Cəmiyyət 1911-ci ilin martın 12-də İstanbulda
təsis olunub. Həmin dövrdə İstanbulda yaşayan Əli bəy Hüseynzadə, Əhməd
bəy Ağaoğlu və Məhəmməd Əmin Rəsulzadə də "Türk Ocağında çalışıblar.
Müəllif bildirib ki,
"Türk Ocağının
qurucuları sırasında
Azərbaycan ziyalılarından
Abbasqulu Kazımzadə,
Vəli Mikayıloğlu,
Abdulla Şaiq, Şəfi bəy Rüstəmbəyli, Rza bəy Ağabəyov, Seyid Hüseyn, Məmmədbağır Şeyxzamanlı
da yer alıb:
"Azərbaycan xalqının türk dünyasına bəxş
etdiyi mütəfəkkir
Əhməd bəy Ağaoğlunun İstanbuldakı
kiçik odası milli dərdlərin və problemlərin müzakirə yeri olduğundan, "Türk Ocağının təməli
də onun evində qoyulub. İstanbulda yaradılan cəmiyyətin Türkiyənin bir çox
bölgələrində şöbələri
yaradılıb. A.Aşırlı
"Türk Ocağının
Bakıda hansı binada fəaliyyət göstərməsi barədə
də məlumat verib: "Cümhuriyyət
dövrü ədəbiyyatının
tədqiqatçılarından professor Asif Rüstəmlinin İnternet
səhifəsində yayımladığı
məqalədə "Türk
Ocağının Azərbaycan
Konstitusiya Məhkəməsinin
hazırkı binasında
yerləşdiyini yazır.
"Azərbaycan qəzetinin
1918-ci il, dekabrın
10-da çap olunan
"Türk ocağı
sərlövhəli məqaləsində
isə cəmiyyətin
yerləşdiyi binanın
dəqiqi ünvanı
göstərilir. Müəllif
məqaləsində bəyan
edib ki, 1920-ci il Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra "Türk Ocağı təşkilatı da öz ömrünü başa vurub.
İsmayıl
Şərq.-
2018.- 2 may.- S.5