Peşə təhsili
rəqabət üzərində qurulmalıdır
Təhsil bazarında
yüzlərlə peşə
məktəbi olsa, onlar bir-biri ilə inteqrasiya edərlər
"Peşə təhsili haqqında” qanuna əsasən peşə təhsili müəssisələrində oxuyanlara tələbə statusunun verilməsi nəzərdə tutulur. Bu barədə təhsil naziri Ceyhun Bayramov məlumat verib.
Nazir bildirib ki,
"Peşə təhsili
haqqında” qanunda beynəlxalq təcrübəyə
uyğun olaraq, peşə təhsili sisteminin ilk peşə, texniki peşə və yüksək peşə təhsili olmaqla, 3 səviyyədə fəaliyyət
göstərməsi müəyyən
edilib.Qanunda ümumi təhsil müəssisələrində
ilk peşə təhsili üzrə təmayüllü
siniflərin yaradılması,
yüksək texniki peşə təhsili alanlara sub-bakalavr peşə-ixtisas dərəcəsinin
verilməsi, tələbələrə
iş yerində təcrübə müqaviləsi
bağlamaq və minimum əməkhaqqından
az olmamaq şərtilə ödənilmə,
xüsusi müdafiəyə
ehtiyacı olan şəxslər üçün güzəştlərin
müəyyən edilməsi
kimi yeni müddəalar təsbit edilib.Nazirin sözlərinə
görə, peşə
təhsilinin inkişafı
insan kapitalının
formalaşmasına, gənclər
arasında məşğulluğun
təmin edilməsinə,
işsizliyin aradan qaldırılmasına töhfə
verir.
Sovet dönəmindən
sonra peşə təhsilinə olan marağın tədricən
azaldığı məlumdur.
Lakin son zamanlar peşə təhsilinin inkişaf etdirilməsi üçün
dövlət səviyyəsində
işlər görülməkdədir.
Görünür, yeni
qərar da məhz bunun üçün nəzərdə
tutulub.Təhsil üzrə
mütəxəssis Nabatəli
Qulamoğlu "Şərq”ə
açıqlamasında peşə
təhsili alanlara tələbə adının
verilməsini müsbət
qiymətləndirib. Ekspertin
sözlərinə görə,
ümumiyyətlə, insanların
fəaliyyət göstərdiyi
bütün sahələr
peşədir:
"İnsan hansısa sahədə müəyyən təcrübə
qazanırsa, demək onun peşəsi var. Hətta elələri var ki, öz sahəsi
olmasa belə, digər peşələrlə
məşğul ola bilir. Peşə təhsili deyəndə həyatımız üçün
vacib olan məsələləri nəzərdə
tuturuq. Tələbələr
ali məktəbi bitirdikdən sonra hansısa sahədə fəaliyyət göstərirlər.
Sovet dövründə
kommunist tərbiyəsinin
başlıca komponentlərindən
biri məhz peşə təhsili idi. Peşə təhsili vasitəsilə
insanları əməyə
cəlb edirdilər. Hətta o dövrdə əməklə məşğul
olmayan insanları potensial cinayətkar hesab edib həbs
edirdilər. Lakin başa düşmürəm
ki, peşə məktəblərində oxuyanlara
tələbə statusunun
verilməsi nəyi dəyişir? Yəni peşə məktəblərində
və ali məktəblərdə oxuyanlar
təqaüd alırlar.
Ola bilər ki, təqaüdün miqdarında fərqlər
olsun. Yəqin ki, Nazirlər Kabinetinin qərarı ilə vahid təqaüd forması müəyyən ediləcək”.Peşə təhsili üzrə Azərbaycanda nəzəriyyələrin çox
olduğunu vurğulayan
ekspert bildirib ki, peşə təhsilini inkişaf etdirmək üçün
yeganə yol peşə məktəblərini
öz təyinatı üzrə işlətməkdir:
"Bu günə kimi peşə məktəblərinin sadəcə
ştat formalaşdırmaq
üçün fəaliyyət
göstərdiyini görmüşük.
Sovet dövründə
peşə təhsili
öyrədən vasitələr
var idi.
Deməli, peşə təhsilinin başlıca problemi monopoliyadır. Əgər
peşə təhsilini
rəqabət üzərində
qursaq, həm dövlət sektorları,
həm də özəl sektorlar arasında rəqabət olsa, peşə təhsili inkişaf edər. Təhsil bazarında yüzlərlə
peşə məktəbi
olsa, onlar bir-biri ilə inteqrasiya edərlər və təbii ki, bu inteqrasiya
peşəyə yiyələnməyə
gətirib çıxara
bilər. Əgər yaxşı peşə məktəbi olsa, öz-özünü təmin
edə bilər.
Peşə təhsili
alanlara tələb statusunun verilməsi yaxşı haldır. Amma təəssüf ki, qərar sadəcə dekorativ olaraq qalır. Yəni qərarın yerinə yetirilməsi mümkün olmur. Ümid edirəm ki, bu dediklərimdə
yanılaram”.
Yeganə Bayramova
Şərq.-
2018.- 2 noyabr.- S.13.