Sənətkarlar qürurlanıb
Qarabağda Muğam Mərkəzinin
fəaliyyətə başlaması,
musiqimizin növbəti
qələbəsidir
Mənsum İbrahimov:
"Hər ölkənin
başçısı sənətkarlarla
belə görüşlər
keçirmir. Hər birimizlə ayrı-ayrılıqda
maraqlandılar, muğam
sənəti ilə bağlı fikirlərimizi
dinlədilər"
Aygün Bayramova:
"İnanın, sevincimi
ifadə etmək üçün söz tapa bilmirəm. Mehriban xanımın dəstəyi və qayğısının nəticəsidir
ki, muğam sənəti bu qədər inkişaf edə bilib"
Muğam təkcə
Şərqin deyil, dünya musiqi xəzinəsinin incisidir. Dünyada mövcud olan musiqi janrlarından
fərqli olaraq, muğam bir çox xalqların milli-mədəni irsinin formalaşmasında və
bugünkü dövrə
qədər gəlib çatmasında mühüm
rol oynayıb. Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın muğam sənətinə
olan diqqətinin və qayğısının
nəticəsində bu
gün muğam sənəti dünyaya səs sala bilib.
Azərbaycan dövlətinin
muğam sənətinə
qayğısının nəticəsidir
ki, bu gün
muğam sənəti
inkişafının ən
yüksək mərhələsini
yaşayır.
Muğam sənəti
əsrlər boyu Azərbaycan xalqının
milli tanıtma nişanlarından biri kimi milli-mədəni irsimizin əsas hissəsini təşkil edib. Bu mənada,
bizi millət kimi qoruyub saxlayan
bu mədəni irsi, mədəniyyəti yaşatmaq və təbliğ etmək hər birimizin mənəvi borcudur.
Bakıda Muğam
Mərkəzinin tikilməsi,
Muğam müsabiqələrinin
keçirilməsi, muğam
ensiklopediyasının, disklərinin
hazırlanması və
digər layihələr
muğam sənətinin
inkişafı üçün
vacib layihələr olub.
Bu günlərdə
cənab Prezident və ölkənin birinci xanımı Mehriban Əliyeva Qarabağda, Ağdam şəhərində inşa
olunan Ağdam Muğam Mərkəzinin açılışında iştirak
ediblər.
Muğam Mərkəzi
ilə tanışlıqdan
sonra Prezident və birinci xanım rayon ictimaiyyətinin nümayəndələri
və Ağdam rayonundan olan incəsənət xadimləri
ilə görüşüblər.
Xalq artistləri
Arif Babayev, Mənsum İbrahimov, Aygün Bayramova, Ramiz Quliyev görüşdə
çıxış ediblər.
Ağdamda Muğam
Mərkəzinin açılışında
iştirak edən Xalq artisti, Şöhrət
ordenli Mənsum İbrahimov görüşün
təəssüratını "Şərq"in oxucuları
ilə bölüşüb:
- Ağdamda Muğam
Mərkəzinin açılışı
çox önəmli
bir hadisədir. Qarabağda muğam mərkəzinin inşa olunması, həqiqətən
ən böyük mədəniyyət hadisəsidir.
Bilirsiniz ki, Ağdamın böyük
bir hissəsi işğal altındadır.
Belə bir zamanda Ağdamda
Muğam Mərkəzinin
açılışı həqiqətən bizləri
təsirləndirdi, qürurlandırdı.
Cənab Prezidentimiz İlham Əliyev və Mehriban xanım Əliyevanın iştirakı ilə Ağdamda Muğam Mərkəzinin möhtəşəm
açılış mərasiminin
şahidi olduq.
Bu hadisə
biz sənətkarları,
muğam ifaçılarını
çox sevindirdi. Mərkəzin açılışında
mən də çıxış etdim.
Təbii
ki, ölkə başçısına, ölkənin
birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümü
bildirdim ki, muğam sənətinə
bu qədər qayğı göstərilir.
Çıxışımda onu da bildirdim
ki, bu gün
muğam sənətinin
yüksək səviyyədə
fəaliyyəti, muğam
müsabiqələrinin
keçirilməsi, məhz
onların qayğısının
nəticəsində reallaşıb.
Qarabağda Muğam Mərkəzinin
açılışı təkcə qarabağlılar
üçün deyil,
bütünlükdə Azərbaycan
musiqisinin inkişafı
üçün atılan
ciddi addımdı. Muğam mərkəzlərinin
fəaliyyəti muğam
sənətinin akademik
şəkildə inkişafına
şərait yaradır.
Muğam sənətinə
olan sevgi gənc nəsildə ildən-ilə artır. Bu da səbəbsiz
deyil. Muğam sənətinə olan dövlət dəstəyi,
diqqəti gənclərin
də diqqətini çəkir.
Onlar gələcəklərini
bu sahədə görə bilirlər. Bu, onlara stimul
verir. Təsəvvür edin ki, Qarabağda Muğam Mərkəzinin fəaliyyəti
muğamsevərlər üçün
növbəti bir qapı açdı. Hətta cənab Prezidentimiz də qeyd etdi ki,
inşallah, növbəti
muğam müsabiqəsi
keçirilərkən Ağdam
Muğam Mərkəzinin
səhnəsindən
də istifadə olunacaq. İnşallah, belə də olmalıdır. Ağdam Muğam Mərkəzində
biri-birindən maraqlı
muğam konsertləri
təşkil ediləcək,
xanəndələrimiz burda
rahat şəkildə
çıxış edə
biləcəklər. Yenə də
qeyd edirəm ki, cənab Prezidentimizlə bu görüş, Mehriban xanımla Ağdam Muğam Mərkəzinin açılış mərasimində
iştirak etmək mənim yaddaşımda o
qədər dərin izlər buraxdı ki, hələ də o təəssüratdan
ayrılmaq istəmirəm.
Hər ölkənin başçısı sənətkarlarla
belə görüşlər
keçirmir. Biz dövlət başçımıza
bu səmimiyyətə,
qayğıya görə
təşəkkür edirik.
Hər birimizlə ayrı-ayrılıqda maraqlandılar,
muğam sənəti
ilə bağlı fikirlərimizi dinlədilər.
Bu görüş hər birimizin yaddaşında dərin izlər buraxdı".
Xalq artisti
Aygün Bayramova da Ağdam Muğam
Mərkəzinin açılışında
ölkə başçısı
ilə olan görüşün özəlliyindən
danışdı:
«Muğam sənəti
bu gün o qədər qayğı ilə əhatə olunub ki, bu
sənətin inkişafı
səbəbsiz deyil. Cənab Prezidentimiz xanəndələrlə görüşdü,
mərkəzin açılışında
bizlərlə birgə
iştirak etdi. Mehriban xanım Əliyeva muğam sənətinin inkişafı
istiqamətində böyük
işlər görüb.
Məhz bu qayğının nəticəsidir
ki, bu gün
dünya musiqi salnaməsində muğamın
xüsusi yeri var.
Beynəlxalq muğam müsabiqələrinin
keçirilməsi, muğam
festivallarının möhtəşəm
şəkildə təşkili
muğamımızı dünyaya
daha dərindən tanıda bildi. Xanəndələr üçün
qururverici hadisədir ki, cənab Prezidentimiz İlham Əliyev, ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bu möhtəşəm hadisənin
açılışında bizimlə bir yerdə oldular.
Həqiqətən Azərbaycan musiqi tarixində önəmli hadisələrdən biridir
ki, Qarabağda Muğam Mərkəzi fəaliyyətə başladı.
Bu, musiqimizin növbəti qələbəsidir.
Bu, Azərbaycan muğamının daha bir uğur məbədidir.
İnanın, sevincimi
ifadə etmək üçün söz tapa bilmirəm. Mehriban xanımın dəstəyi və qayğısının nəticəsidir
ki, muğam sənəti bu qədər inkişaf edə bilib. Xanəndələr üçün
bu bir bayramdır.
Azərbaycan musiqisinin
bayramıdır. Muğamın
beşiyi sayılan Qarabağda Muğam Mərkəzinin fəaliyyətə
başlaması, muğamımızın
sədasıdır».
Tahirə Məmmədqızı
Şərq.-
2018.- 7 noyabr.- S.13.