26 il əvvəlin 17 noyabr günündə...

  1293    |   2018-11-17 09:12 Şriftin ölçüsü: A+ Böyütmək A+ Balacalaşdır

"525-ci qəzet"in ilk sayı 1992-ci ilin 17 noyabr günü nəşr olunub. Həmin gün Milli Dirçəliş Günü ilə bağlı Azadlıq meydanında mitinq idi. Biz orda qəzetin təbliği üçün 1000 nüsxəni pulsuz payladıq". "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin 7-8 il bundan əvvəl saytların birinə verdiyi müsahibəsində bu cümlələri oxuyanda çox təsirlənmişdim. Gözlərim önündə bir payız günü bir qrup gəncin meydandakı izdihamı yara-yara qəzet payladığı mənzərə canlandı...

İctimai-siyasi durumun son dərəcə mürəkkəb olduğu bir zamanda, hərənin bir hava çaldığı, hər ağızdan bir hava gəldiyi bir dönəmdə məhz gələcəkdə onu maddi-mənəvi çətinliklər, senzura qadağaları sair əngəllərin gözlədiyini bilə-bilə bir qrrup gəncin cəsarətli aydın vətəndaş mövqeyi sərgiləyərək bu addımı atması sözün həqiqi mənasında fədakarlıq idi.

Böyük Zərdabinin iz açdığı cığırda yol salmaq olduqca müqəddəs bir idi. İllah da çiyinlərini bu yükün altına verən adam hələ gəncdirsə, rahat bir qazanc yerini deyil, qarşıda onu gözlədiyini bilmədən, çətin, məsuliyyətli, ağır məşəqqətli bu işi tərcih edirsə, Yolun müqəddəsliyi daha da artır.

İllər ötdükcə, qəzet hər il bir yaş böyüdükcə Müəllifi onunla bərabər böyüyür, olğunlaşır. Doğma Ata-Bala kimi... Nədənsə, hər "525-ci qəzet"in adı çəkiləndə beynimdə Rəşad Məcidlə bağlı bir assosiasiya yaranır. Elə bilirəm ki, cansız bir kağızdan yox, Rəşad müəllimin övladlarından sonbeşiyi - ən əzizi haqqında danışırıq.

Bu günlərdə yaşı 55-i haqlamış Ata alnının təri, yuxusuz gecələrinin əməyi, əllərinin zəhməti ilə böyüdüb boya-başa çatdırdığı Ruhunun, Düşüncəsinin, Mənəvi dünyasının önəmli bir parçası olan Övladının - "525-ci qəzet"in 26 yaşını qeyd edir.

Rəşad müəllimin təkcə qəzetin fəaliyyəti ilə bağlı deyil, bütövlükdə Azərbaycan ədəbiyyatı, mətbuatı, mədəniyyətində xidmətləri böyük təşəkkürə təqdirəlayiqdir. Bu gün Sözün dəyərdən düşdüyü bir zamanda Sözü Söz adamlarını qorumaq olduqca müqəddəs bir missiyadır. Rəşad Məcid ta gəncliyindən bu müqəddəs yükü çiyinlərinə aldı şərəflə daşımaqdadır.

Qorumaq demişkən, elə onunla ilk əyani görüşümüz məhz bu qoruyub-saxlamaq əsnasında olmuşdu. İndi üstündən illər keçəndən sonra düşünürəm ki, qorumaq sanki Rəşad müəllimin ruhuna, qanına hopub. Sözün bütün mənalarında qorumaq... Sənəti, insanı, cansızı, kağızı, münasibəti, vicdanı - hər şeyi... qoruyub - yaşatmaq sanki onun alın yazısı, tale payıdır.

2010-cu il idi. Həyat yoldaşım (o zaman tələbə yoldaşı idik) "Ramiz Rövşənin poeziyası" mövzusunda yazırdı mən ondan ruhlanıb Ramiz Rövşənin nəsr əsərləri üzərində işləyirdim. Hər dəfə yeni bir fəsil, bölmə yazdıqca aparır, Ramiz müəllimə mütəmadi yazdıqlarımızı oxuyur, məsləhətlərini, tövsiyələrini dinləyirdik. Söhbətlərimizin birində Ramiz müəllim dedi ki, qızım, sən bu nəsr əsərlərimin içində "İnsan mənzərələri" silsiləsindən olan esselərimi təhlil edə bilsən, işin doğunlaşar, daha məzmunlu olar. "Nəfəs" kitabını sətir-sətir əzbər bildiyimdən çaşıb qaldım. Axı orda elə esselər yox idi. Düzünü desəm, Ramiz Rövşən yaradıcılığını hərtərəfli bildiyimizi düşündüyümüz halda belə bir silsiləsən xəbərsiz olmağımız ikimizi utandırmışdı. Sükutu Ramiz müəllim özü pozdu. Düzdü, kitabımda yoxdu o esselər... heç evdə bir nüsxəsini saxlamamışam. Təxminən, 10-12 il bundan əvvəl "525-ci qəzet"də "İnsan mənzərələri" çap olunurdu. Hamısı orda var.

Yaşadığım xoş xatırladığım ilklərimin müəllifi olan Pərvin xanım bu ilk görüşün səbəbkarı olmuşdu. Ramiz müəllimlə bağlı bu məqamı Pərvinə danışanda həmişəki ilıq təbəssümü, özünəməxsus qayğıkeşliyi ilə "Darıxdırma özünü. Mən Rəşad müəllimdən xahiş edərəm, sizə köməklik edər" demişdi.

Söhbətimizdən bir-iki saat keçmiş olardı, Pərvin zəng etdi ki, Rəşad müəllim deyir, uşaqlara xəbər elə, gəlsinlər. Biz Elşənlə qəzetin redaksiyasına çatanda Rəşad müəllim artıq qəzetin o saylarından ehtiyacımız olan bütün materialların surətini çıxarıb stolunun üstünə qoymuşdu. Sevincimdən həyəcandan təşəkkür etməyə söz tapa bilmirdim. Bu qədər işin, qayğıların arasında bir baş redaktor dərəcədə məsuliyyətli, nəcib, dərin incə düşüncəli olar?! Axı zamanının məhdud olduğu bir məqamda heç üzünü görmədiyi, adını bilmədiyi iki tələbədən ötrü bu qədər işi görməyə borcu yox idi ki?...

Mətbuatda ilk addımımı "525-ci qəzet"də atdığım kimi, ilk fəaliyyətimə başlamağımda da "525"in - Rəşad müəllimin adının böyük təsirini ömrüm boyu unutmaram. Universitetə işə qəbul üçün rektorla görüşəndə prorektor İradə xanım diplomlarımı təqdim edə-edə: "Abel müəllim, öz yetirməmizdi. Bakalavr magistraturanı fərqlənmə ilə bitirib, indi doktoranturada dövlət hesabına təhsil alır". Abel müəllim isə dinləyə-dinləyə qəzetə nəzər salır: "Diplomları lap yaxşı. Əsas odur ki, Rəşad müəllim onu "525"in tribunasına çıxarıbsa, demək ki, qabında bir şey var"...

Beləcə, heç özü bilmədən Rəşad müəllim bu ilk addımımda böyük yaxşılığını dəstəyini göstərmişdi... bu gün həyatımın ən kövrək, həssas bir dönəmində o Mənəvi Ata qayğısını üzərimdə hiss etməkdəyəm...

Rəhmətlik nənəm: "Yaxşılıqları itirməyin, yaxşı adamların əməyini qiymətləndirməyi unutmayın ki, Allah da sizi unutmasın", - deyərdi.

Rəşad müəllimin Mənəvi Ata qayğısı ilə arxa-dayaq olduğu, "525-ci qəzet"də, Gənc Ədiblər Məktəbində qol-qanad verib pərvazlandırdığı gənclər saysız-hesabsızdır.

Rəşad Müəllimin yaşadıqlarını kitab kimi vərəqlədikcə bu şərəfli ömür-tale-həyat yolunun biz gənclər üçün bütövlükdə cəmiyyətimiz üçün dəyərli nümunə olduğunun şahidi oluruq - saflıq, sadəlik, səmimilik, vicdan, ləyaqət, dürüstlük, ziyalılıq ən əsası İNSANLIQ nümunəsi...

Bu dünyaya gələn hər bir insan qismətinə düşən ömür payını yaşayır, yaradır, yaşlanır. Amma yaşa dolduqca kamilləşmək, müdrikləşmək hər kəsə nəsib olmur.

Kamillik, müdriklik özü bir Tanrı vergisidir ki, Tanrı onu sevdiyi, seçdiyi bəndələrinə ərməğan edər, öz ilahi nurundan ona pay verər. Rəşad müəllim məhz belə insanlardandır. Üzünün nuru sözlərinə tökülən, bütün yaxşılıqlara körpü salan, şərəfli ömrünü mətbuatımıza ədəbiyyatımıza həsr edən Rəşad Məcid cəmiyyətin sosial-mənəvi, siyasi-ictimai həyatında əvəzsiz xidmətləri olan ziyalı bütün bu yorulmaz əməyi ilə yanaşı mədəniyyətimizin kamil bilicisi, pərəstişkarı, sözün həqiqi mənasında qoruyanıdır.

Yaxşılıqlara körpü salan, xeyirxah əməllər üçün yorulmadan çalışan əlləriniz var olsun, Rəşad müəllim! Ünvanınıza söylənən bütün xoş sözlər halal haqqınızdır. Ulu Tanrı Sizin işığınızı ailənizə, yavrularınıza, bizlərə - bütün Sizi sevənlərə doyunca versin! Sizə möhkəm cansağlığı, yorulmaz fəaliyyətinizdə uğurlar diləyi, sonsuz sayğı sevgilərimlə...

 

XəyaləƏFƏNDİYEVA

Şərq.- 2018.- 16 noyabr.- S.7.