Nəsimi
Azərbaycanın ən böyük
dəyəridir
O, kəşf olunmamış dahidir. Onu kəşf etmək üçün ürfan ədəbiyyatını
yaxşı bilən mütəxəssislər cəlb
olunmalıdır. Bir daha deyirəm, əsl Nəsiminin 10 hissəsi belə tədqiq edilməyib
Prezident İlham
Əliyev Böyük
Azərbaycan şairi İmadəddin Nəsiminin
650 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda İmadəddin Nəsiminin
Azərbaycan xalqının
ümumbəşər mədəniyyətinə
bəxş etdiyi qüdrətli söz ustalarından biri olduğu qeyd olunub. Bildirilib ki, Şərqin zəngin mədəni-mənəvi
sərvətləri üzərində
ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli
incilərini meydana gətirib. Mütəfəkkir şairin dərin
poetik fikirlərlə
fəlsəfi görüşlərin
vəhdətində olub,
dövrün elmi-fəlsəfi
düşüncəsinin aydın
ifadəçisinə çevrilmiş
müstəsna əhəmiyyətli
ədəbi irsi qədim köklərə
və çoxəsrlik
ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil
edir.
Nəsimi irsinin Azərbaycan
xalqının mənəviyyat
xəzinəsində layiqli
yerini tutması ötən əsrin 70-ci illərində öz geniş fəaliyyəti sayəsində tarixi-mədəni
dəyərlərimizə münasibətdə
əsaslı dönüş
yaratmış ümummilli
lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Məhz
ulu öndərin təşəbbüsü ilə
Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndələrindən
ilk dəfə Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına
daxil edilmiş və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunmuşdur. Həmin dövrdən etibarən Nəsimi irsinin və bütövlükdə klassik
Azərbaycan mədəniyyətinin
daha əhatəli araşdırılması istiqamətində
mühüm addımlar
atılıb. Nəsiminin
yaradıcılığı artıq milli-mənəvi
varlığımızın ayrılmaz tərkib hissəsidir.
Sərəncamla Nazirlər Kabinetinə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin
Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanıb
həyata keçirilməsini
təmin etmək tapşırılıb.
Filologiya elmləri
namizədi Yadigar Cəfərli feysbuk hesabında Nəsiminin 650
illik yubileyinin qeyd edilməsi haqqında imzalanan sərəncamı yüksək
qiymətləndirib:
"Bu, çox
böyük bir mədəniyyət hadisəsidir.
İndiyə qədər
Yer üzünə gəlmiş, keçmiş
ən böyük şairlərdəndir Nəsimi.
Bu gün danışıb, yazıb,
oxuduğumuz ədəbi
dilimizin lüğəti,
ən inkişaf etmiş səviyyəsində
məhz onun yaradıcılığından başlanır. Ruslarda beləsi Puşkin sayılır. Nəsiminin
bütün şeirləri
kamillik qapısına
açardır. Onun şeirlərində bütün
varlıq 4 həqiqətdən
ibarətdir: Allah, Mənəvi aləm, Maddi aləm və İnsan. Heç nə yox, elə məşhur
"Sığmazam” qəzəlindəki
dördcə misraya diqqət edək:
Gərçi mühiti-əzəməm, adım
adəmdir, adəməm,
Tur ilə künfəkan mənəm,
mən bu məkanə sığmazam.
Narə yanan
şəcər mənəm,
çərxə çıxan
həcər mənəm,
Gör bu odun zəbanəsin, mən bu zəbanə
sığmazam.
Oxuyanda fikirləşirsən,
hə, nədir ki, adi sözləri
yığıb yan-yana,
eləyib qəzəl
də. Amma gəl, indi bu misraların hərəsinin öz hekayəsinə bax. Quranda Musaya peyğəmbərlik verildiyi
ərəfədə, Mədyəndən
Misirə gedərkən
onun yolda bir öz-özünə alışan göyəm ağacı ilə qarşılaşdığı məqam var.
Heyrətdən çaşan Musaya ağacdan səda gəlir ki, o, Allahın özüdür.
Bu dördcə misrada Nəsimi həm Musanın Allahla danışdığı Tur
dağına işarə
edir, həm Musa peyğəmbəri heyrətləndirən ağacı
təsvir edir, həm də "çərxə çıxan
həcər” ifadəsi
ilə Kəbədəki
müqəddəs qara
daşa toxunur. Üstəlik, kamil insanın bütün bunların heç birinə sığmaması
həqiqətini ərz
edir. İmadəddin Nəsimi xalq olaraq yetirdiyimiz böyük bir dəyərdir. Malik olduqlarımızın qədrini
bilək, hər zaman”.
Şərqşünas, araşdırmaçı yazar
Vüsal Hətəmov
da "Şərq”ə
açıqlamasında deyib
ki, Nəsimi Azərbaycan xalqının
şəxsiyyət vəsiqəsi
olduğu üçün
sərəncam yüksək
dəyərləndirilməlidir:
"Nəsimi bəşəri mövzuda
şeirlər yazdığından
böyük şairimizin
dünyaya tanıdılmasında
layiqli addımlar atmalıyıq. Belə addımlardan biri Nəsiminin şeirlərinin
xarici dillərə tərcümə olunmasıdır.
Nəsimi təkcə
qafiyəli şeir yazmayıb, Nəsimi ortaya fəlsəfə, ürfan, əxlaq, kamil insan nümunələri
təqdim edib. Təəssüflər olsun
ki, "Nəsimi"
deyəndə ilk olaraq ya onun
haqqında çəkilmiş
film, ya da ki, muğam
sənətkarlarımızın oxuduqları qəzəllər
yadımıza düşür.
Nəsiminin elə şeirləri var ki, onları cəm edib hər
bir şəxsin stolüstü kitabına çevirmək olar".
V.Hətəmov deyib ki, bu
tədbirlər planında
"Nəsimi” filmini tərcümə edib dünya kino inciləri siyahısına
da salmaq olar:
"Düşünürəm ki,
Nəsimi kəşf olunmamış dahidir. Onu kəşf etmək üçün ürfan ədəbiyyatını
yaxşı bilən mütəxəssislər cəlb
olunmalıdır. Bir daha deyirəm, əsl Nəsiminin 10 hissəsi belə tədqiq edilməyib. Əldə olan materiallar isə sovet dönəminin ideoloji quruluşuna uyğun tədqiq edilib. 20 ildən çoxdur ki, Nəsiminin əlyazmaları
ilə məşğul
olmuşam. Bu səbəbdən cəsarətlə
deyə bilərəm
ki, indiyə qədər bizə tanıtdırılan Nəsimi
əsl Nəsimi həqiqətindən uzaqdır.
Nəsimi üçün
kamil insan nümunəsi kimdir, Nəsimi allahsız olubmu, Nəsimi sufi idimi? Bütün
bunlar haqda yetərincə işləmişəm.
Hesab edirəm ki, yaxınlarda, inşallah, bu barədə kitabımın
işıq üzü
görməsinə sponsor
da tapılar".
Şəymən
Şərq.-
2018.- 17 noyabr.- S.8.