DİASPORA MƏTBUATI
ÖNƏMLİDİR
Xaricdəki hər
bir təşkilatın KİV-i
olmalıdır ki, Azərbaycan həqiqətlərini
dünyaya yaya bilək
Diaspor təşkilatlarının Azərbaycan həqiqətlərini fəaliyyət göstərdikləri ölkələrdə tanıtdırmaları üçün yeni imkanlar, yeni yanaşmalar tələb olunur. Təbii ki, bu zaman ilk növbədə informasiya kommunikasiya texnologiyaları yada düşür. Diaspor qurumlarımızın saytları olmalıdır ki, informasiya əlçatımlığı təmin olunsun. Azərbaycanın üzləşdiyi problemlər, Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə çatdırılmasında kütləvi informasiya vasitələrinin rolu və fəaliyyəti danılmazdır. Bəs görəsən, diaspor təşkilatlarının təsis etdikləri kütləvi informasiya vasitələri bu missiyanın öhdəsindən necə gəlirlər?
Qeyd edək ki,
Azərbaycan diaspor mediası XIX əsrin
ortalarından formalaşmağa
başlayıb, ötən əsrin ilk illərində
artıq mətbuat orqanlarının inkişafı sürətlənib.
Maarifpərvər ziyalı Məmmədağa
Şaxtaxtlının böyük əziyyətlər
hesabına nəşr etdirdiyi həftədə
üç dəfə türk
dilində çap edilən "Şərqi-rus”
Tiflisdəki Azərbaycan diasporunun böyük xidməti nəticəsində oxuculara təqdim olunub.
1903-cü ildən 1905-ci ilə qədər iki
il müddətində işıq üzü görən qəzetin cəmi 377
nömrəsi çıxıb. 1905-ci ildə "Şərqi-rus”
qapandıqdan sonra, 1918-ci ildə Tiflisdə
yeni bir mətbu orqan "Gələcək” ictimai-siyasi,
ədəbi qəzet çap olunub. Bu qəzet Mərkəzi
Müsəlman Təşkilatı olan
"Hümmət” Menşevik Sosial-Demokrat Firqəsinin orqanı olub. Elə həmin il
Tiflisdə yeni bir məcmuə
də - "Gənclər yurdu” çap edilib. Bala Məmmədzadə və F.T.Hacızadə
məcmuənin redaktoru olublar.
"Gənclik” qəzeti həftədə iki
dəfə, "Gənclik yurdu” isə ilkin mərhələdə ayda
iki dəfə, sonra
isə həftədə bir dəfə
buraxılıb. Zaman ötdükcə Azərbaycan
diaspor mətbuatı bu
və digər ölkələrdə daha
da inkişaf edərək
formalaşıb.
Avropa
ölkələrində fəaliyyət göstərən Azərbaycan
diaspor təşkilatlarının malik olduğu mətbu
orqanlar arasında "Azerbaidjan Review” qəzeti özünəməxsus
yer tutur. Qəzet Amerika Nyu-York Assosiasiyası tərəfindən
2007-ci ildə nəşr edilib. Bu qəzetdə
yalnız Azərbaycan haqqında informasiyalara
deyil, həmçinin Amerikada
yaşayan azərbaycanlılar, Azərbaycandan
bu ölkəyə köçmüş
yəhudilərin ictimai fəaliyyəti,
ABŞ-Azərbaycan münasibətlərinə dair maraqlı materiallara rast gəlmək mümkündür.
"Azerbaidjan Review” qəzeti
fəaliyyət göstərdiyi müddətdə fasiləsiz
olaraq nəşr olunub
və müəyyən oxucu kütləsi
toplamağa müvəffəq olub.
"Azerbaijan İnternational magazine” (Azərbaycan Beynəlxalq jurnalı) isə müstəqil ictimai, ədəbi-bədii jurnaldır. Jurnal Sovet İttifaqının dağılması və Azərbaycanın müstəqillik əldə etməsindən qısa bir zaman sonra, 1993-cü ildə yaradılıb. Həmin vaxtdan jurnal bəzi hallarda latın və ərəb əlifbası ilə Azərbaycan dilində, bəzi məqalələr də daxil olmaqla ingilis dilində ildə dörd dəfə buraxılır. Jurnalın Los-Anceles və Bakıda ofisləri var. Jurnalın hər nömrəsi (incəsənət, musiqi, ədəbiyyat, folklor, arxitektura, arxeologiya, sağlamlıq, ətraf mühit, beynəlxalq əlaqələr, biznes, dəb və adətlər kimi sosial məsələlərə həsr edilmiş məqalələr) təxminən 100 səhifədən ibarətdir. Jurnalın hədəf auditoriyası biznes, diplomatiya və akademik sahələrdəki beynəlxalq oxuculardır. Lakin jurnalda azərbaycanlıların özləri üçün də yeni olan mövzular və məsələlər araşdırılaraq təqdim edilir. Azərbaycan ədəbiyyatı və ingilis dilində tərcümələrlə zəngin internet səhifəsinə malikdir.
"Azərbaycan” radiosu (Almaniya) Azərbaycan Akademik Birliyi tərəfindən Almaniya Federativ Respublikasında 2002-ci ildən yayımlanır. Radioda Azərbaycan haqqında proqramlara - mədəniyyət, tarix və xəbər verilişlərinə xüsusi əhəmiyyət verilir. Radio Almaniyada yaşayan azərbaycanlıları informasiya ilə təmin etmək, onların öz dilini, adət-ənənələrini yaşatmasına yardım göstərmək məqsədinə xidmət edir.
Azərbaycan Akademik Birliyinin internet səhifəsi "www.asav.org” 2001-ci ildə Almaniyanın Boxum şəhərində yaradılıb. Alman və Azərbaycan dillərində yayımlanır. "Aktual”, "təşkilat haqda”, "media”, "nəşrlər”, "Azərbaycan haqda” məlumatlar saytın səhifəsində ayrıca linklərdə göstərilib.
Azərbaycan Radiosu (Danimarka) da həftənin
hər çərşənbə günü,
saat 22:00-dan 24:00-a kimi
Arhus FM, Kanal2, Frekans
98,7MHz tezlikdə yayımlanır. Radionun
yaradılmasında əsas məqsəd Azərbaycan tarixi və mədəniyyətini Danimarkada təbliğ etməkdir.
"Azərbaycanın səsi” radiosu (Fransa) "Azərbaycan Evi” tərəfindən 2004-cü ildən Fransada yayımlanır. Burada Azərbaycan haqqında ən son məlumat və xəbərləri dinləmək, milli musiqimizə qulaq asmaq mümkündür. Radioda müxtəlif mədəniyyət və əyləncəli proqramlar efirə verilir.
"Azərbaycanın səsi” radiosu (İsveçrə) isə İsveçrə-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən 2004-cü ildən İsveçrə Konfederasiyasında yayımlanır. Radio Azərbaycanda baş verən ən son hadisələr, ölkəmizin ictimai-siyasi və sosial iqtisadi həyatı ilə bağlı məlumatları İsveçrədə yaşayan azərbaycanlılara çatdırır.
"Azərbaycanın səsi” radiosu (Norveç) 2006-cı ildən Norveçdən yayımlanır. Radioda Azərbaycan mədəniyyəti, tarixi haqqında proqramlar və xəbər verilişləri efirə verilir. Norveçdə yaşayan azərbaycanlıları informasiya ilə təmin etmək, onların öz dilini, adət-ənənələrini yaşatmasına yardım göstərmək məqsədilə yaradılıb.
"AzCan” jurnalı Kanada Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzi tərəfindən 2008-ci ildən etibarən Kanadada nəşr edilir. Kanadada yaşayan azərbaycanlıların diaspor fəaliyyəti, təşkilatlar tərəfindən keçirilən tədbirləri geniş işıqlandıran bu jurnalda Azərbaycan həqiqətlərinin Kanada ictimaiyyətinə çatdırılmasına da xüsusi yer verilir. Jurnal Kanadada yaşayan soydaşlarımızın Azərbaycanla bağlı əsas informasiya mənbələrindən biridir.
Belçika
Krallığında fəaliyyət göstərən "Azərbaycan
Evi”nin mətbu
orqanı olan "EU Xəbər” qəzeti
"Azərbaycan Evi”nin
həyata keçirdiyi bütün
aksiyaları əks etdirir. Bununla
yanaşı, Azərbaycan diasporunun fəaliyyəti,
Azərbaycan mədəniyyəti, musiqisi,
mətbəxi haqda təbliğati məqalələr
qəzetin səhifələrində əks olunur.
Qəzet 2004-cü ildə nəşr olunub.
"Azəri” Latviya Azərbaycanlıları Cəmiyyətinin internet səhifəsi olan "www.azeri.lv” sadə dizaynlıdır. İki dildə: rus və latış dillərində yayımlanır. "Azərbaycan”, "Tarix”, "Bakı”, "Simvollar”, "Bayramlar”, "Azərbaycan mədəniyyəti”, "Hadisələr” və "Xəbərlər” linkləri var. Sayt Azərbaycan mədəniyyəti və tarixini Latviyada təbliğ etməklə milli və etnik qrupların bu ölkənin mədəni həyatındakı iştirakını, yerli əhali ilə qarşılıqlı münasibətlərin inteqrasiyasını dəstəkləyir, bu ölkədə yaşayan soydaşlarımızı öz ətrafında birləşdirir. Sayt "Azəri” cəmiyyətinin orqanı olaraq, Azərbaycanın tarixi və mədəniyyəti ilə Latviya ictimaiyyətini tanış edir.
"Azərbaycanın Holland dostları” təşkilatının internet səhifəsi "www.dufoa.nl” sadə dizaynlı olsa da, informativ baxımdan çox zəngin bir saytdır. Bakı, Azərbaycan bölmələri ilə yanaşı, "Xocalı”, "Xarı Bülbül”, "Azəricə danışaq”, "Azərbaycan mətbəxi” və digər bölmələrin aktiv olması xoş təəssürat yaradır. Saytda ön səhifədə Bakı, Azərbaycanla bağlı bir neçə video da yerləşdirilib. "Www.azerifood.com” saytı da 4 dildə yayımlanır və Azərbaycan mətbəxi barədə böyük təbliğati iş aparır. Bundan başqa, "Ümumi məsləhətlər” bölümündə məsləhət xarakterli tövsiyələr verilir. Mətbəx-mədəniyyət, mədəniyyət isə silahdır. Sözügedən sayt bununla təkcə Azərbaycan mətbəxini tanıtmır, həm də təbliğat aparır.
2000-2005-ci illərdə Azərbaycan
diasporunun mətbu orqanı olan "Azərbaycanın səsi” qəzetinin
redaktoru vəzifəsində
çalışan Qaraş
Tağıyevin sözlərinə görə, diasporların
kütləvi informasiya vasitələri həm
xalqımızın müxtəlif mərhələlərdə
yaşanmış tarixinin, həm müstəqil
Azərbaycanımızın dünəni, bu
günü və gələcəyi ilə
bağlı milli məsələlərin
beynəlxalq KİV müstəvisinə
çıxarılmasında böyük əhəmiyyət
təşkil edən sahədir: -Bu
sahənin inkişafını təmin edə biləcək
amillərin xarakterizə olunması, müəyyənləşdirilməsi,
qloballaşan dünyanın tələblərinə
cavabdehliyinin təmin olunması, diaspor KİV-nin
redaksiyalarının fəaliyyətinin sosial
inteqrasiyası üçün effektiv formaların, metodların təyin
olunması əsas şərtlərdən biridir.
Diasporumuzun KİV sahəsindəki işinin
daha effektli olması üçün həm Azərbaycanda diaspor sahəsində çalışan
jurnalistlər, həm də müxtəlif ölkələrdəki
diaspor təşkilatlarının mətbu
orqan əməkdaşlarının birgə
işinə yönəldilmiş tədbirlərin həyata
keçirilməsi ümdə məsələlərdəndir.
Bu baxımdan, səmimi olaraq
deyə bilərəm ki, yeni
fəaliyyətə başlamış "Diaspor
jurnalistləri birliyi” kimi
təşkilatın yaranmasına ehtiyac duyulurdu. Bu təşkilatın yaranması ilə bağlı
atılan addım diasporumuzun KİV sahəsindəki
işini daha da intensivləşdirmək istiqamətində
son dövrdə diasporun
fəaliyyətini işıqlandırmaqla bağlı
atılan səmərəli, mühüm əhəmiyyət
kəsb edə biləcək addımlardan biridir”.
Azərbaycan-Avropa İnformasiya Mərkəzinin internet səhifəsi "www.azerinfo.eu” da Azərbaycan haqda ətraflı məlumatlar verilən sadə dizaynlı saytlardan biridir. Böyük informasiya bazası var. Saytın sağ kalonunda Qarabağ problemini, Ermənistanın Azərbaycana təcavüzünü, soyqırım, toponimik soyqırımı əks etdirən 4 aktiv banner yerləşdirilib. Diaspor linkində xaricdə fəaliyyət göstərən bütün təşkilatların informasiya bazası verilib. Mədəniyyət, tarix, ədəbiyyat, musiqi bölümləri də informasiya ilə zəngindir. Bölmələrə daxil olmaqla asan axtarış aparmaq olur.
Şəymən
(Davamı olacaq…)
Şərq.- 2018.- 2 oktyabr.-
S.11.