DİASPOR TƏŞKİLATLARININ MƏTBU ORQANININ OLMASI MÜTLƏQDİR

 

Onlar fəaliyyətlərini işıqlandırmalıdırlar ki, olduqları ölkədə tanınsınlar

 

(... əvvəli ötən sayımızda)

 

Diaspor təşkilatlarının Azərbaycan həqiqətlərini fəaliyyət göstərdikləri ölkələrdə tanıtdırmaları üçün yeni imkanlar, yeni yanaşmalar tələb olunur. Təbii ki, bu zaman ilk növbədə informasiya kommunikasiya texnologiyaları yada düşür. Diaspor qurumlarımızın saytları olmalıdır ki, informasiya əlçatımlığı təmin olunsun. Azərbaycanın üzləşdiyi problemlər, Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə çatdırılmasında kütləvi informasiya vasitələrinin rolu və fəaliyyəti danılmazdır. Bəs görəsən, diaspor təşkilatlarının təsis etdikləri kütləvi informasiya vasitələri bu missiyanın öhdəsindən necə gəlirlər?

Qeyd edək ki, Azərbaycan diaspor mediası XIX əsrin ortalarından formalaşmağa başlayıb, ötən əsrin ilk illərində artıq mətbuat orqanlarının inkişafı sürətlənib. Maarifpərvər ziyalı Məmmədağa Şaxtaxtlının böyük əziyyətlər hesabına nəşr etdirdiyi həftədə üç dəfə türk dilində çap edilən "Şərqi-rus” Tiflisdəki Azərbaycan diasporunun böyük xidməti nəticəsində oxuculara təqdim olunub. 1903-cü ildən 1905-ci ilə qədər iki il müddətində işıq üzü görən qəzetin cəmi 377 nömrəsi çıxıb. 1905-ci ildə "Şərqi-rus” qapandıqdan sonra, 1918-ci ildə Tiflisdə yeni bir mətbu orqan "Gələcək” ictimai-siyasi, ədəbi qəzet çap olunub. Bu qəzet Mərkəzi Müsəlman Təşkilatı olan "Hümmət” Menşevik Sosial-Demokrat Firqəsinin orqanı olub. Elə həmin il Tiflisdə yeni bir məcmuə də - "Gənclər yurduçap edilib. Bala Məmmədzadə və F.T.Hacızadə məcmuənin redaktoru olublar. "Gənclik” qəzeti həftədə iki dəfə, "Gənclik yurdu” isə ilkin mərhələdə ayda iki dəfə, sonra isə həftədə bir dəfə buraxılıb. Zaman ötdükcə Azərbaycan diaspor mətbuatı bu və digər ölkələrdə daha da inkişaf edərək formalaşıb.

"Azərbaycan Evi” Mədəniyyət və Dostluq Mərkəzinin səhifəsi "www.azerbaijanhouse.org”dur. Londondakı "Azərbaycan Evi” Mədəniyyət və Dostluq Mərkəzi Britaniyada yaşayan bir qrup azərbaycanlı ziyalı, gənc mütəxəssis və tələbənin təşəbbüsü ilə qurulub. Mərkəz tamamilə qeyri-siyasimaddi mənfəət güdməyən bir təşkilat kimi fəaliyyət göstərir və məqsədi Azərbaycanla Britaniya arasında mədəni, dostluq bağlarını möhkəmləndirmək, Londondakı Azərbaycan icmasına xidmət etməkdir. "Azərbaycan Evi”, "Azərbaycan mədəniyyəti”, "Azərbaycan Musiqisi”, "Azərbaycan Kitabları” haqda xüsusi bölmələrlə yanaşı, "Xəbər” bölümü fəaliyyət göstərir. Saytda "Muğam Radioya birbaşa qoşulmaq imkanı yaradılıb. "Azərbaycan Evi” Mədəniyyət və Dostluq Mərkəzi tərəfindən həyata keçirilən müxtəlif tədbirlər, mühazirə və çıxışlar, seminarlar, görüşlər, konfranslar, sərgi, film nümayişləri, konsert proqramları, təqdimatlar və s. saytda əks olunub.

Azərbaycan Federasiyası İsveçin (AFİ) internet səhifəsi olan "www.azfi.org” isə Azərbaycan, türk, isveçingilis dillərində yayımlanır. Maraqlı dizayn və məlumat bolluğu baxımından diqqəti cəlb edir. Saytın manşetini 20-yə qədər "flash” formatlı xəbər tutur. Burada İsveçdəki diasporun fəaliyyətinə dair məlumatlara, Azərbaycanla bağlı ən son xəbərlərə rast gəlmək mümkündür. Müasir saytlara xas "forum”, "ən çox oxunan”, "facebook” və "twittersosial şəbəkələrinə keçidlər də saytın dizaynı zamanı nəzərə alınıb. Məlumatların operativ yerləşdirilməsi, məzmun və mövzu baxımından rəngarəngliyi diqqəti cəlb edir.

"www.diaspora.cz” "Azəri-ÇexCəmiyyətinin internet səhifəsidir. Çex Azərbaycan dillərində yayımlanan bu saytın giriş hissəsi dizayn baxımından göz oxşayır. Azərbaycan Bakının ən gözəgəlimli yerləri, əsrarəngiz təbiətini əks etdirən fotolar "flash” formatda yayımlanır. Təşkilat Azərbaycanla bağlı ətraflı məlumat verilən linklər mövcuddur, aktivdir, daima yenilənir.

Qeyd edək ki, təşkilat Çexiya Respublikasının müxtəlif ərazilərində mədəni proqramlar, sərgilər, Azərbaycan gecələri təşkil edir. Bu tədbirlər həmyerlilərimizin asudə vaxtının səmərəli keçməsilə yanaşı, həm yerli vətəndaşlara ümumilikdə Çex cəmiyyətinə Vətənimizi layiqincə tanıdır. Bütün bu aksiyalar əvvəlcə anons, tədbir başa çatdıqdan sonra isə informasiya fotosessiya formatında sayta daxil edilir.

Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının malik olduğu mətbu orqanlar arasında Avropa Azərbaycan Cəmiyyətinin rəsmi internet səhifəsi olan "www.teas.eu” - nun özünəməxsus yeri var. Avropa Azərbaycan Cəmiyyətinin əsas məqsədi Azərbaycanı Avropada tanıtmaqdır. AAC üzvləri mütəmadi olaraq xalqımızın özünəməxsus zəngin çoxşaxəli mədəniyyətini Avropa ictimaiyyətinə çatdırmaq məqsədilə müxtəlif tədbirlər, aksiyalar, sərgilər təşkil edir. AAC Avropa Azərbaycan arasında daha böyük anlaşma əməkdaşlığın inkişaf etdirilməsi, biznesin inkişafı, diplomatik münasibətlər, mədəniyyət təhsil kimi sahələrə yönəlmiş bir şəbəkə mərkəzi kimi fəaliyyət göstərir. Bu, təşkilatın internet səhifəsində öz əksini tapıb. Sayt hazırlanarkən müasir dizayn texnologiyasından yararlanıb. Layihələr, təşkilat haqqında məlumatlar, Azərbaycanla bağlı son xəbərlər saytda yayımlanır. Bundan başqa, saytda TEAS TV mövcuddur ki, bu linkdə təkcə təşkilatın fəaliyyəti deyil, həm elm-mədəniyyət xadimləri ilə müsahibələr, reportajlar, debatlar da videoformatda verilib. Saytın sağ kolonunda "Xəbərləraktiv-banneri var. Burada Azərbaycanda, dünyada Azərbaycanla bağlı baş verən ən son məlumatlar operativ şəkildə yenilənir.

Avropanın Türk Qafqaz xalqları Assosiasiyasının informasiya portalı olan "www.az.ee” isə 2004-cü ildən fəaliyyət göstərir. Portalın ilk səhifəsində 10-dan çox təşkilatın saytına keçid var. Sadə dizaynlı, informasiya ilə bol portaldır. Təkcə Azərbaycan diasporunu deyil, həm Qafqaz xalqlarının diaspor təşkilatları haqqında məlumatları özündə cəmləşdirir."Azerbaycan-Benilüks News” qəzeti isə Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbu orqanıdır. 2006-cı ildən Niderlandda nəşr edilir. Konqresin fəaliyyəti, keçirdiyi tədbirlər, təşkil etdiyi kampaniyalar haqqında məlumatı məhz bu qəzet Benilüks ölkələrində yaşayan azərbaycanlılara çatdırır. Qəzetdə Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana təcavüzü, xalqımızın məruz qaldığı terror soyqırımı haqqında məlumatların yerli ictimaiyyətə çatdırılmasına da xüsusi diqqət yetirilir."BabəkKültür Dərnəyinin internet səhifəsi olan "www.babekderneyi.org”un əsası İsveçin Linşoping şəhərində 1990-cı ildə qoyulub.

Məlumatların informasiya yükü dolğunluğu ilə diqqət cəlb edir. Daha çox dərnəyin fəaliyyətini işıqlandırır. Bundan əlavə, dərnəyin təşkil etdiyi tədbirlər barədə məlumatlar, anonslar kurslar haqda məlumatlar əks olunur. Qeyd edək ki, dərnəyin məqsədi Azərbaycan mədəniyyəti kursları təşkil etmək, gənclərin mədəni şüurunu istiqamətləndirmək, bununla bağlı müxtəlif təşəbbüslər göstərməkdir.

"www.tadef.org.tr” isə Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının internet səhifəsidir. Bu səhifə tipik Türkiyə internet səhifə modeli əsasında qurulub. Səhifənin manşetində menyu bölümü 10 flash formatlı xəbər yer alıb. Fotoqalereya videobölümləri ilə zənginləşdirilmiş səhifənin aşağısında Federasiyaya daxil olan dərnəklərin linkləri qoyulub. Qeyd edək ki, ana səhifədə Dağlıq Qarabağ ətraf ərazilərin işğal edilməsi barədə məlumat yerləşdirilib.

"Azərbaycan Dünyasıjurnalı İstanbul Azərbaycan Kültür Dayanışma Dərnəyi tərəfindən 2004-cü ildə nəşr edilib. Nəfis tərtibata, yüksək dizayna malik bu jurnal Azərbaycan mədəniyyətinin təbliği Azərbaycan həqiqətlərinin Türkiyə ictimaiyyətinə çatdırılmasında çox mühüm rol oynayır. Jurnal bir qayda olaraq Azərbaycan, türk ingilis dilində nəşr olunur.

"Türkelqəzeti "Türkelİctimai təşkilatının mətbu orqanıdır. Qırğızıstan Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Qəzetdə, siyasət, beynəlxalq münasibətlər, türk respublikaları arasında əməkdaşlıq və dostluq münasibətləri və digər mövzularda analitik yazılar verilir. Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının mətbu orqanı olan "Vətən” jurnalı 3 dildə yazılarla oxucularının görüşünə gəlir. Diasporun fəaliyyətini, Qazaxıstan-Azərbaycan mədəni əlaqələrinin genişlənməsində atılan addımları işıqlandırır. Diaspor TV-lərin içərisində isə Günaz TV-nin fəaliyyəti də öz aktivliyi ilə seçilir. Çikaqo şəhərində fəaliyyət göstərən "Günaz TV” 2 dildə - fars və Azərbaycan dilində yayımlanır. Xaricdən Azərbaycan dilində yayımlanan ən böyük internet portallardandır. Texniki baxımdan tam təchiz olunub.

Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə diaspor təşkilatlarının fəaliyyətilə bağlı müəyyən problemlər olduğunu deyib: "Komitənin keçmiş rəhbərliyinin ayrıseçkilik etməsi bu qurumların effektiv fəaliyyət göstərməsinə mane olub. İntizamsızlıq, qarşılıqlı ittihamlar Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə kölgə salıb. Sözsüz ki, bu, mətbuatın işini də çətinləşdirib. Bəzən elə olub ki, bir təşkilata iki-üç qrup iddia edib.

Bu isə qarışıqlığa gətirib çıxarıb. Ümid edirik ki, bu problemlər tezliklə aradan qalxacaq. Yeni rəhbərlik diaspor təşkilatlarını birləşdirmək istiqamətində vacib tədbirlər həyata keçirir. Bu proses mətbuatın diaspor təşkilatlarının fəaliyyətinə marağı artıracaq”.

Diaspor təşkilatlarının fəaliyyətini işıqlandırmağa ehtiyac olduğunu vurğulayan S.Verdizadənin fikrincə, vacib amil odur ki, diaspor təşkilatları mövcud olduqları ölkələrdə tanınsınlar: "Həmin təşkilatların xaricdə fəaliyyət göstərib Azərbaycan həqiqətlərini yaymasına ehtiyac var. Hesab edirəm ki, diaspor təşkilatları Azərbaycan mətbuatında görünməkdən daha çox öz ölkələrinin KİV-lərində görünməyə can atmalıdırlar”.

 

Şəymən

 

Şərq.- 2018.- 3 oktyabr.- S.11.