DOĞRU SEÇİM VƏ TARİXİ
GÜN...
9 oktyabr
İlham Əliyevin üçüncü
müddətə prezident seçildiyi
gündür
2013-cü
il oktyabrın 9-u Azərbaycanda prezident seçkiləri
günü kimi tarixə düşdü. Həmin
gün kütləvi şəkildə seçki məntəqələrinə
axışan xalq öz
seçimini etdi və
İlham Əliyevi yenidən Azərbaycan
Respublikasının Prezidenti seçdi. Əslində Azərbaycan xalqı
2003-cü ildə İlham Əliyevi
Prezident seçməklə öncə
Heydər Əliyevin siyasi kursuna
səs verdiyini bəyan etdi.
Ulu öndərin kursuna
sadiqliyini nümayiş
etdirən xalqımız ümummilli liderə
sevgisini və inamını bir daha sübuta
yetirdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin,
inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu
nümayiş etdirdi.
Ölkədə
bu siyasətə alternativin olmadığını göstərdi.
Xalqın iradəsi yerli və xarici ekspertlərin də diqqətini cəlb etdi. ABŞ, Türkiyə, Rusiya,
Fransa və digər ölkələr İlham Əliyevin növbəti dəfə prezident seçilməsini çox
uğurlu addım kimi
qiymətləndirdilər. Onunla rasional əməkdaşlığa hazır
olduqlarını bəyan etdilər. Zəngin və
qüdrətli Azərbaycan uğrunda
çağırışı ilə milyonları öz ətrafında toplayan
İlham Əliyevin yürütdüyü
siyasət nəticəsində tezliklə Azərbaycanda demokratik, hüquqi dövlət
quruculuğu prosesi uğurla həyata keçirilməyə
başladı. Xalqın bu ümummilli
hədəflərə çatmaq arzusu İlham Əliyevin növbəti prezident
seçkisindən də qalib
çıxmasını şərtləndirdi. 2008-ci ilin oktyabrında xalq yenə
də "Bizim uğurlarımızın
əsas mənbəyi Azərbaycan xalqının fəaliyyətidir,
Azərbaycan xalqının iradəsidir”, - deyən Prezident İlham Əliyevə
səs verdi.
2008-ci
ilin prezident seçkiləri ölkədə və dünyada
böyük rezonans doğurdu. Çünki xalqın yenidən
İlham Əliyevə etimad
göstərməsi onun həyata keçirdiyi siyasətin uğurları ilə
bağlı idi. İkinci
müddətə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham
Əliyevin fəaliyyəti, əslində, müasir Azərbaycanın inkişafına, tərəqqisinə
yönələn fəaliyyətin konsepsiyasına çevrildi. Dövlət
başçısı qarşıdakı illərdə Azərbaycanı
idarə etməyin strategiyasını bəyan etməklə
yanaşı, xalqımızda siyasi və
sosial-iqtisadi uğurlar
seriyasının davamlı xarakter
alacağına əminlik yaratdı. İlham
Əliyevin xalqdan aldığı dəstəyin
təməlində isə yenə də onun
Heydər Əliyev siyasətinə sadiqliyi
dayandı. 2013-cü il oktyabrın
9-da keçirilən prezident seçkilərində
xalq öz seçimini etmək üçün
kütləvi şəkildə yenidən məntəqələrə
axın etdi. Vətəndaşların
səsvermədəki fəallığı seçkiləri
müşahidə edən xarici ekspertlərin
diqqətindən yayınmadı. Müşahidəçilərin
hamısı bu amili
yüksək qiymətləndirərək İlham
Əliyevin rəhbərliyi altında son
illərdə ölkəmizdə demokratik
proseslərin geniş vüsət aldığını və budəfəki prezident seçkilərinin də
demokratiyanın inkişafı istiqamətində mühüm addım olduğunu
bildirdilər. Ötən dövr Azərbaycanda
bütün istiqamətlərdə böyük inkişafın müşahidə
edilməsi, ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi
ilə müşahidə olundu.
Müstəqilliyimizin
və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin,
vətəndaş həmrəyliyinin bərqərar
olmasının təməlində isə Azərbaycan dövlətinin
milli maraqlarının qorunması dayandı. Prezident İlham Əliyevin yürütdüyü
siyasət Azərbaycanın müttəfiqlərinin və
dostlarının sayını artırdı. Azərbaycan beynəlxalq
müstəvidə layiqli yerini
möhkəmləndirdi. Regional təşəbbüslər
Azərbaycanın möhkəmlənməsinə, həm də
bölgədəki əməkdaşlığın
inkişafına xidmət etdi. Milli mənafelərlə
bağlı problemlərin həllinə həssas və fəal
yanaşma uzaq və
yaxın xaricin də diqqətindən
yayınmadı. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu
xarici siyasət nəticəsində
ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Dünyada
beynəlxalq təşkilatlar Ermənistanı
işğalçı dövlət kimi
tanıdı. Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki,
Dağlıq Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur. Azərbaycanda ordu quruculuğu istiqamətində həyata
keçirilən tədbirlər, silahlı qüvvələrin
hərbi hazırlıq səviyyəsinin artırılması
ilə bağlı görülən işlər
Dağlıq Qarabağın Azərbaycandan qoparılması
ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın etdi, xalqımızı ordumuzun
etibarına inandırdı. Azərbaycanda güclü
müdafiə sənayesi quruldu. Bu dövrdə
Azərbaycanın iqtisadi uğurları daha da böyüdü,
iqtisadi nailiyyətləri ilə hər zaman diqqət mərkəzində olan ölkəmizin valyuta
ehtiyatları, o cümlədən Azərbaycana
qoyulan sərmayələrin həcmi
artdı, güclü sahibkarlıq sinfi yarandı. Regionların sosial-iqtisadi
inkişafına dair həyata
keçirilən üç dövlət
proqramı sayəsində bölgələrdə inkişaf prosesləri sürətləndi. Kənd
təsərrüfatının müxtəlif sahələri
ilə bağlı konkret proqramlar
icra olundu. İşsizliyin və yoxsulluğun
səviyyəsi aşağı düşdü,
Azərbaycanda 1 milyon 600 mindən çox yeni iş yeri yaradıldı.
Yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafını göstərdi. Ölkədə minlərlə məktəb tikildi, təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Bütün bunların təməlində isə uğurlu enerji siyasəti dayandı. Neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verdi. Bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Xəzərin Azərbaycan sektorunda "Azəri”, "Çıraq” və "Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici amil olduğunu bir daha təsdiqlədi. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı kimi çox böyük tarixi hadisə baş verdi. Ötən illərdə Azərbaycan, həm də Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilməsi, Oğuz-Qəbələ-Bakı su kəmərinin və Taxtakörpü su anbarının istifadəyə verilməsi kimi nəhəng layihələrin icrasına nail oldu. 2015-ci ildə ölkəmiz tarixdə ilk dəfə keçirilən birinci Avropa Oyunlarını yüksək səviyyədə qəbul etdi. İctimai-siyasi sabitliyin, iqtisadi inkişafın hökm sürdüyü Azərbaycan cəmiyyətinin tolerantlığı belə mühüm tədbiri həyata keçirmək üçün siyasi iradəyə, iqtisadi qüdrətə və zəruri infrastruktura malik ölkəmizin sahib olduğu güclə vəhdət təşkil etdi. Azərbaycan qədim və zəngin mədəniyyətini, modern və sivil ölkə olduğunu təqdim etmək üçün mühüm beynəlxalq arena qazandı. Əhalisinin mütləq əksəriyyətinin müsəlman olduğu Azərbaycan Avropa dəyərlərini özündə ehtiva edən, həmçinin müasir dünyaya açıq olan ölkə olduğunu sübuta yetirdi. 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları da Azərbaycanın gücünü, onun müsəlman dünyasında oynadığı rolu göstərdi. Bu oyunlar ölkəmizin müasir tarixində şanlı hadisə kimi qaldı və müsəlman ölkələri üçün idman bayramı olmaqla yanaşı, həm də islam dininə etiqad edən xalqlar arasında əlaqələrin və ümumbəşəri dəyərlərin möhkəmlənməsinə şərait yaratdı. Azərbaycanın bu addımı həmrəylik, əməkdaşlıq və qarşılıqlı anlaşma ruhunun daha da möhkəmlənməsinə yönəldi. Beləliklə güclü xalq, güclü dövlət, güclü lider vəhdəti müstəqil və müasir Azərbaycanın qüdrətinə çevrildi. Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf konsepsiyası bütün azərbaycanlıların həyatına birdəfəlik daxil oldu. Çünki onun müəyyənləşdirdiyi dövlət siyasətinin mərkəzində ancaq bir qüvvə - Azərbaycan vətəndaşı dayanır. Məhz görülən işlərin nəticəsidir ki, Azərbaycan xalqı bu il keçirilən prezident seçkilərində də İlham Əliyevə etimad göstərərək onu növbəti dəfə dövlət başçısı seçdi.
İsmayıl
Şərq.- 2018.-10 oktyabr