“STAR” dünya əhəmıyyətli layihədirİ
Zavodun açılışı
təkcə iqtisadi deyil, siyasi və
təhlükəsizlik baxımından
da çox böyük əhəmiyyətə
malikdir
Bir neçə gün
əvvəl Türkiyənin
İzmir şəhərində
açılış mərasimi
keçirilən "Star”
neft emalı zavodu Azərbaycan ictimaiyyəti tərəfindən
Azərbaycan-Türkiyə əlaqələrində
strateji əməkdaşlığın
gücləndirilməsi baxımından
yeni bir mərhələ kimi dəyərləndirilib. Xüsusən
də, "Star" neft emalı zavodunun açılışında
Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı zavoda sərmayə qoyuluşunun
əhəmiyyətinə verilən
qiymət kimi xarakterizə olunub.
"Star” neft emalı zavodunun açılışını
Türkiyə və Azərbaycan üçün
əlamətdar hadisə
kimi dəyərləndirən
millət vəkili və iqtisadçıların
fikrincə, bu layihə ikitərəfli əməkdaşlıq əlaqələrini
genişləndirəcək, enerji sahəsində qarşılıqlı fəaliyyəti
bir qədər də möhkəmləndirəcək.
Millət vəkili
Elman Məmmədov
Sherg.az-a açıqlamasında Türkiyədə açılış
mərasimi keçirilən
SOCAR-a məxsus "Star”
Neft Emalı Zavodunun dünya əhəmiyyətli bir layihə olduğunu deyib. "Star”
layihəsinin təkcə
iqtisadi deyil, siyasi və təhlükəsizlik baxımından
da çox böyük əhəmiyyətə
malik olduğunu vurğulayan millət vəkili bu layihənin Azərbaycan və Türkiyə münasibətlərinin daha
da dərinləşməsində
müstəsna rol oynadığını qeyd
edib:
"Türkiyənin İzmir şəhərində
"Star” neft emalı zavodunun açılış mərasimində
iştirak edən Prezident İlham Əliyev belə bir fikir söylədi:
"Mən dünyada
ikinci ölkə tanımıram ki, Türkiyə və Azərbaycan qədər bir-birinə bağlı olsunlar. Bu, bizim
böyük sərvətimizdir.
Məhz bu dostluq, qardaşlıq duyğuları əsasında
biz nəhəng layihələri gerçəkləşdiririk”.
Cənab prezident
həmçinin haqlı
olaraq belə nəhəng layihələrin
icrası üçün
Türkiyə və Azərbaycan liderlərində
güclü siyasi iradənin olduğunu da bəyan edib.
Təbii ki, bu belədir. Əgər güclü iradə, millilik, həmrəylik olmasa, bu layihə baş tutmazdı. Bu, elə-belə, sıradan bir layihə deyil. Bu, Azərbaycanla Türkiyə arasında işlənən layihələrin
ən güclülərindən
biridir. Şübhəsiz
ki, Azərbaycan-Türkiyə
münasibətləri bundan
sonra da inkişaf edəcək. Bizim aramızdakı münasibətlər bir tərəfdaşdan və
ya strateji əməkdaşlıqdan daha
artıqdır. Müttəfiqliyin
qardaşlıq, dostluq
prinsipləri üzərində
qurulması isə hər iki dövlətin
təhlükəsizliyi və
müdafiəsi baxımından
çox vacibdir”.
Konkret olaraq,
"Star” neftayırma
zavodunun açılışına
gəldikdə isə
E.Məmmədov deyib ki, bu layihə
iqtisadi cəhətdən
Azərbaycan üçün
yüksək əhəmiyyətlidir,
amma siyasi cəhətdən daha əhəmiyyətlidir. "Bu
layihənin ərsəyə
gəlməsi çox
uzun vaxt apardı, bünövrəsini
qoymaq üçün
çox güclü risk və iradə
tələb edirdi.
Bu layihənin həyata
keçirilməsi ondan
xəbər verir ki, Azərbaycan təkcə Cənubi Qafqaz bölgəsində yox, ümumiyyətlə, dünya çapında, iqtisadi, siyasi sahədə sözünü
deməyi bacaran, iradə ortaya qoymağı bacaran və qarşıya qoyduğu məqsədi uğurla həyata keçirib başa vura bilən
bir ölkədir. Bu tək Türkiyə
və Azərbaycan üçün yox, ümumiyyətlə, geniş
bir bölgəni, regionu əhatə edəcək. Biz oradan öz iqtisadi, maddi xeyrimizi götürəcəyik.
Və bu dövlətimizin maddi cəhətdən daha da güclənməsinə
səbəb olacaq. Ancaq strateji cəhətdən onun əhəmiyyəti maddi gəlirdən daha artıqdır. Bu layihə bir
daha sübut elədi ki, ölkə başçısı
qarşıya qoyduğu
bütün məqsədlərə
doğru cəsarətlə,
düzgün siyasətlə
hərəkət edir
və uğurla da istəklərinə nail olur. İnşallah,
Onun bu əzmi
Azərbaycanı gələcək
qələbələrə
doğru aparacaq!”
Maliyyə bazarları
üzrə ekspert Cəfər İbrahimli isə Türkiyədə
açılış mərasimi
keçirilən SOCAR-a məxsus
"Star” Neft Emalı Zavodunun bir sıra iqtisadi
avantajları olduğunu
deyib:
"Əvvəla, bu layihənin həyata keçirilməsi
üçün strateji
təşviq sənədi
və sərbəst ticarət bölgəsi statusunun təmin edilməsi çərçivəsində
vergi və digər ödənişlərdə
ciddi imtiyazlar əldə olunub. Bu, öz növbəsində
inzibati xərclərin
azalmasına və şirkət rentabelliyinin artmasını təmin edəcək”.
İqtisadçının
sözlərinə görə,
bu müəssisənin
işə düşməsi
nəticəsində xam
neftin emalı ilə əlavə dəyər zəncirinin yaradılması çərçivəsində
əlavə gəlir əldə oluna biləcək: "Azərbaycan
neftinə paralel olaraq Rusiya neftinin
də burda emal olunması şirkət üçün
əlavə gəlirin
əldə olunmasını
təmin edəcək.
Eyni zamanda alınan məhsulların bir hissəsini SOCAR-ın sahib olduğu "Petkim" şirkətinin
xammala olan tələbi qarşılayacaq
və bu tərəfdaşlıq nəticəsində
dayanıqlı istehsalın
təmin edilməsi və əlavə gəlir yaradılması təmin ediləcək”.
C.İbrahimli deyib ki, bu
gün dünya bazarlarına çıxmaq
və bazar payını artırmaq çox vacib məsələdir: "Bu
investisiya ilə xam neftin emalı
sonrası əldə
olunan məhsulların
hamısı Türkiyə
bazarında satılacaq,
böyük bir bazar əldə edilmiş olacaq və satışla bağlı problem olmayacaq. Hətta müəssisənin yerləşdiyi
ərazi baxımından
dünya bazarına çıxışda ciddi
üstünlük təmin
edilib. Bununla da Azərbaycan sadəcə xam neft və qaz
satan ölkə deyil, həm də ciddi həcmdə
neft məhsulları tədarük edən ölkəyə çevriləcək.
Nəticə etibarı
ilə yaradılan əlavə dəyər zənciri və tərəfdaşlıq çərçivəsində
Dövlət Neft Şirkətinin gəlirlərinin
artması və ölkəyə əlavə
valyuta axınının
daxil olmasını təmin edəcək”.
"SOCAR-ın
6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin
Əliağa rayonunda,
"Petkim” neft-kimya kompleksinin ərazisində
inşa etdiyi "Star” neft emalı
zavodu (NEZ) Türkiyədə
cari kəsirin azalmasına hər il 1,5 milyard dollarlıq töhfə verəcək”, bu sözləri də iqtisadçı Elçin
Bayramlı deyib.
Onun sözlərinə
görə, zavod
"Petkim” neft-kimya kompleksinin nafta və qarışıq ksilenə olan tələbatını tam
ödəyəcək:
"Star” neftayırma zavodu 5 milyon ton dizel yanacağı
istehsal etmək imkanına malikdir və Türkiyənin idxalının 40 faizə
düşməsinə səbəb
olacaq. Həmçinin
mayeləşdirilmiş neft
qazın (LPG) idxal səviyyəsi də 70 faizə enəcək. Zavod ildə 1,6 milyon ton təyyarə
yanacağı istehsal
etməklə Türkiyənin
tələbatını tam
ödəyəcək. "Star” neftin qiymətindən
asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq. Növbəti
mərhələdə zavoda
əlavə 700 milyon dollar yatırım ediləcək.
"Star” neft
emalı zavodunda avqustdan etibarən sınaq məqsədilə
xam neft emalına başlanılıb.
NEZ-ə ilk neft yükü məhz Azərbaycandan olmaqla 80 min ton "Azeri
Light” markalı neft çatdırılıb.
SOCAR-ın ötən
ay "Rosneft”lə imzaladığı Kontrakta
görə isə bu ilin dekabr
ayından etibarən bir il ərzində
"Star” NEZ-ə 1 milyon
ton Rusiya xam nefti təchiz
olunacaq”.
İqtisadçının
sözlərinə görə,
SOCAR neft emalı zavodunun daha məhsuldar işləməsi
üçün Əliağada
bir neçə il əvvəl aldığı depolama müəssisəsinə 300 milyon
dollarlıq əlavə
sərmayə yatıraraq
onun tutumunu artırıb:
"Türkiyənin ilk neft-kimya müəssisəsi "Petkim”in
xam maddə tələbatının demək
olar ki, hamısını təmin
edəcək "Star”
NEZ yeni iş yerlərinin yaradılmasına
da töhfə verəcək. Layihənin
həyata keçirilmə
müddətində burada
19 min 500 işçi
çalışıb. Zavod
istehsala başladığı
zaman burada 1100 nəfərlik yeni iş yeri yaradılacaq.
"Star”
neft emalı zavodunda hər il 10 milyon ton xam neft emal
ediləcək. Zavodda
ildə 1,6 milyon ton neft, 1,6 milyon ton təyyarə yanacağı,
4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft
koksu, 420 min ton qarışıq
ksilen, və 160 min ton
kükürd istehsal olunacaq”.
Şəymən
Şərq.-
2018.- 23 oktyabr.- S.3