$a O məzar mütəxəssislərin iştirakı ilə açılmalı
idi
"Qaradağda tapılan sümük qalıqları Mikayıl Müşfiqə aid deyilsə, o zaman onun kimə aid olduğu müəyyən edilməlidir"
"İP yığmaq, gündəmə gəlmək
naminə onun adından istifadə etmək nankorluqdur"
Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Azərbaycan şairi Mikayıl Müşfiqin məzarının
tapılması ilə
bağlı mətbuatda
yayılan xəbərlərə
münasibət bildirib.
Mikayıl Müşfiq
adının bizim üçün müqəddəs
olduğunu vurğulayan
nazir deyib ki, o müqəddəs insanın, şəxsiyyətin
qalıqları haqqında
danışmağa ehtiyac
yoxdur.
Nazirin sözlərinə
görə, bu məsələ ilə bağlı komissiya müəyyən ediləcək,
sənədlər toplanılacaq.
"Mikayıl Müşfiqin
məzarı ilə bağlı iddialar dəfələrlə qaldırılıb
və bu barədə müxtəlif
mülahizələr var.
Xahiş edirəm, bunu sensasiya etməyin. Lazım gəldikdə sizə məlumat verəcəyik".Qeyd edək ki, rusiyalı milyarder Fərhad Əhmədov Mikayıl Müşfiqin qalıqlarının
Qaradağ rayonu, Puta qəsəbəsində
tapdığını iddia
edib.
Yazar Zahir
Əzəmətin fikrincə,
Mədəniyyət Nazirliyi
bu mövzuda hər bir fakta
daha ciddi yanaşmalıdır: "Tapılan
qalıqların ekspertizasını
təşkil etməli,
daha konkret cavab verməlidir. Mikayıl Müşfiqin sevgisi hər nə qədər ürəyimizdə olsa da, onun nəşini
də ortaya çıxarıb torpağa
tapşırmalıyıq. Bu həm də
dövlətin və mədəniyyət nazirinin
mənəvi borcudur”.
Mikayıl Müşfiqin
məzarı ətrafında
gedən müzakirələrdən
xəbərdar olduğunu
vurğulayan yazar Mirmehdi Ağaoğlu məsələni böyük
həyəcan və həssaslıqla izlədiyini
deyib: "Azərbaycan
xalqı üçün
3 həssas və ağrılı mövzu var: 20 Yanvar faciəsi, Xocalı soyqırımı və Mikayıl Müşfiqin nakam həyatı. Müşfiqin faciəvi həyatı, gənc yaşlarında məruz qaldığı təqib
və repressiya istər-istəməz ona qarşı əlahiddə
bir sevgi, bir rəğbət hissi oyadıb.
Həm də bu səbəbdən Mikayıl Müşfiqin adı keçən hər cümlə bizim üçün həssas və əhəmiyyətlidir. KİV nümayəndələrindən,
yazar dostlarımızdan
da xahiş edirəm ki, onun məzarının tapılması ətrafında
gedən müzakirələrdə
daha diqqətli olaq. İP yığmaq, gündəmə gəlmək
naminə onun adından istifadə etmək nankorluqdur”. Aşkar olunan yeni faktların əhəmiyyətini qeyd edən yazar hesab edir ki,
məsələyə kompleks
yanaşmaq lazımdır.
Mikayıl Müşfiqlə
yanaşı digər
repressiya qurbanlarının
məzarının aşkarlanması,
arxivlərin araşdırılması
üçün komissiya
yaradılmalıdır. "Qaradağda tapılan sümük qalıqları
Mikayıl Müşfiqə
aid deyilsə, o zaman onun kimə
aid olduğu müəyyən edilməlidir.
Hər hansı bir açıqlamadan sonra həmin ərazidə kor-koranə
qazıntı aparılmalı
deyildi. O məzar mütəxəssislərin iştirakı
ilə açılmalı
idi”.Nazirin açıqlamasına gəldikdə
isə M.Ağaoğlu
bu yanaşmanın həddindən artıq soyuq və laqeyd
olduğunu deyib: "Nazirlik özü bu məsələnin həllində maraqlı olmalıdır. Söhbət
sadə bir vətəndaşın məzarından
yox, Mikayıl Müşfiqin taleyindən
gedir. Aidiyyəti şəxslər bu işi öz üzərinə götürməlidir
ki, kimlərsə özünün çirkin
əməlləri üçün
Müşfiqin adından
istifadə edə bilməsin. Lazımi araşdırmaları tezləşdirib,
həmin qalıqların
Müşfiqə aid olub-olmadığını ictimaiyyətə
açıqlamaq lazımdır”.
Şair Aqşin
Yenisey isə hesab edir ki,
əgər ortada belə bir kəllə
sümüyü və
iddiaçı tərəf
varsa, nazirliyin faktı quru sözlərlə rədd
etməsi doğru deyil: "Müasir tibb DNT analizləri nəticəsində İsraildə
tapılmış və
yaşı, təxminən,
2000 il əvvələ
gedib çıxan kəfən parçasında
İsa peyğəmbərin
izlərini axtarmağa
cəsarət edir. Bu gün ən
gizli cinayətləri
kriminalistlər DNT testləri
ilə açırlar.
Ən azı, bu testləri tapılan kəllə sümüyü üzərində
də aparmaq olar. Müşfiqin olmasa belə, bəlkə də, üstü açılmamış
hansısa bir cinayətin izi aşkara çıxar. Hər halda, kəlləsində iki güllə yerinin olması o adamın gora salamat baş aparmadığından xəbər
verir. İkincisi, fikir vermisinizsə, bizdə repressiya qurbanları daha çox ədəbiyyat mövzusu kimi təqdim olunur, onlar daha çox
bekar adamların şeir gecələrində
yad edilir”.
Bu mövzuda arxiv
materialları, araşdırma
faktları ilə danışan adamların görməzdən, eşitməzdən
gəldiyini vurğulayan
şair deyib ki, bu faktlar,
arxiv yazıları açıq müzakirəyə
çıxarılsa, bir
çoxlarının ictimai
nüfuzu o tapılan skeletin gününə düşəcək:
"Təkcə Mikayıl Müşfiq deyil ki, güllələnən,
o qədər dəyərli
insanlardan danoslar yazılıb ki. Bu, bir az
da mənəvi məsələdir. Danosbazlıq
ifşa edilmədikcə,
insanlarımız ona qazanc yeri kimi
baxır. Bu da insan alverinin
bir növüdür.
Xoşuna gəlməyən,
paxıllıq etdiyin insanları satıb, arvad-uşaq saxlayırsan.
Təəssüf ki, bu sovet ənənəsi
bizdə bu gün də davam edir. Belə
bir şəraitdə
kiminsə Mikayıl Müşfiqin taleyi ilə maraqlanacağı inandırıcı görünmür.
Qaldı ki, onun qəlblərdəki yerinə, xalq onu repressiyalardan sağ çıxmış
bütün sovet şair və yazıçılarından çox
sevir. Bu günlərdə bir sorğuda iştirak edən, demək olar ki, bütün
gənc ədəbiyyatçılar
onun adını yazmışdılar ən
yaxşıların sırasına”.
Şəymən
Şərq.-
27 oktyabr.- S. 13