Kino çəkə bilirik, amma

Azərbaycanda ərsəyə gələn filmlərin hamısı "bozbaş" deyil

Kinostudiya sahəsi böyük vəsait tələb edir. Yaxşı film çəkmək üçün yaxşı da pul xərcləmək lazımdır

"Qarabağ münaqişəsi və Xocalı soyqırımını dünyada tanıdacaq bir film ərsəyə gətirmək üçün müsabiqə elan olunmalı və yüksək miqdarda mükafat təyin edilməlidir""Ermənilər "Spitak" adlı film çəkiblər. O qədər iddialı bir film çıxıb ki, onu "Oskar" mükafatı uğrunda yarışmaq üçün Amerikaya göndərirlər. "Brest qalası", "Trotski" kimi filmlərin rejissoru Aleksandr Kott filmdə 1988-ci il Spitak zəlzələsinə fərqli bir baxış sərgiləməyə çalışıb. Bəzi fraqmentlərinə baxdım, filmin "Oskar” alıb-almayacağını bilməsəm də, ermənilər haqqında yaxşı rəy yaradacağını təxmin edirəm. Ermənilər yenə də səhnəyə yazıq, "mnogostradalnıy" millət olaraq çıxıblar.Zatən məqsədləri də bu idi - dünyanın mərhəmətini, təəssübünü qazanmaq”. Bu statusu Azərbaycan Dövlət Televiziyasının sabiq Türkiyə təmsilçisi, Azərbaycanın İstanbuldakı sabiq Baş konsulu İbrahim Nəbioğlu şəxsi feysbuk hesabında yazıb. Onun sözlərinə görə, "Spitak" filmində rus rejissorun ustalığı sayəsində ermənilər "qorxmaz", "çalışqan", "sevgi dolu" bir millət kimi veriliblər. Və seyrci bu filmə inanacaq, orda nəql olunanları qəbul edəcək. Bizim "bozbaş" filmlərimiz isə ayrılan milyonlarla manat vəsaitə baxmayaraq millətimizi mənəvi deqradasiyaya uğratmağa davam edir...

fikirlərini yazan onlarla istifadəçi sabiq jurnalistin fikirləri ilə həmrəy olub, Azərbaycan həqiqətlərini dünyada tanıtmaq iqtidarında olan filmlərimiz olmamasından böyük təəssüf hissi ilə söz açıblar.

2016-cı ildə ermənilərin "Zəlzələ” filmini çəkdiklərini xatırladan feysbuk istifadəçisi Fuad Şərifov həmin filmi bəyəndiyini etiraf edib: "Baxmamısızsa, məsləhətdir. Siz dediyiniz nüanslar orda da var”.

Firuq Qazıyev isə qeyd edib ki, ermənilər təbii fəlakətdən film çəkib, "Oskar” almaq istəyirlər. Halbuki təbii fəlakətin adı təbii fəlakət, filmin adı isə filmdir: "Biz isə hələ də torpaqlarımızın işğalını, Xocalı soyqırımını dünyaya çatdıra bilməmişik. Özümüzü tərifləməkdən başqa əlimizdən bir iş gəlmir...”.

Vuqar Abbasov da deyib ki, biz danışmaqdan o tərəfə bir addım da ata bilmirik, əgər söhbət filmdən gedirsə: "Mənə maraqlıdır, 1991-ci ildən, yəni müstəqillik əldə etdikdən sonra çəkilmiş hansı kinomuzu uğurlu adlandıra bilərik? Məncə, heç birini, dünya səviyyəsinə çıxa biləcək filmləri boş verək, qonşu dövlətlərə göstərəcək səviyyədə deyirəm. Məsələ ayrılmış pullarda deyil, məncə. Məsələ həm də ondadır ki, bu pullar kimlərə, hansı ssenarilərə, hansı mövzulara və s. ayrılıb və aidiyyəti üzrə xərclənibmi? Nə isə, hansını deyəsən? Bir sahə yoxdur ki, ora təyin olunan öz işini vicdanla görsün, yaşadığı, çörəyini yediyi ölkəsinə sevgi ilə yanaşsın”.Esmira Qasımova isə hesab edir ki, gözlərinin qabagında baş verən Xocalı faciəsinin tanıdılması məqsədilə təşkil edilən tədbirlərə xərclənən milyonlara bu qətliami əks etdirən yüksək səviyyəli və tükürpədici film çəkmək olardı: "Sabah ermənilər Xocalı mövzusunda film çəkib "Oskar”a təqdim etsələr və həmin filmdə məhz özlərinin "soyqırıma" məruz qaldıqlarını iddia etsələr, heç təəccüblənmərəm”.Sənan Həsənov isə hesab edir ki, "Spitak" barədə biz film çəkməli idik, ermənilər yox. Həmin dövrdə ermənilərin bizi qırmasına rəğmən onlara humanitar yardım göndərdik. Onlar da təyyarəyə xətt verməyərək yardıma gedən insanları məhv etdilər... Bundan dəhşətli səhnə ola bilər? Sən qonşu bilib ona köməyə gedəsən, qonşu isə səni düşmən bilib məhv edə?...

S.Həsənovun iddiasına görə, ermənilər həmin təbii fəlakətdən istifadə edib, xeyli silah-sursat topladılar. Spitakta məktəbliləri boruya yığıb qaynaqlayıb öldürdülər. 300-dən çox yerli türk əhalini qətlə yetirdilər... Göründüyü kimi, düşmən hər situasiyadan yararlanmağı bacarır, biz isə şou ilə məşğuluq...

 

İ.Nəbioğlunun və digər feysbuk istifadəçilərinin də qeyd etdiyi kimi, Azərbaycanda Dağlıq Qarabağ və Azərbaycan gerçəkliklərini dünyaya tanıdacaq səviyyədə peşəkar filmlərin çəkilməsi çox vacib və aktual məsələdir. Əslində mahiyyət etibarı ilə bu mövzuları özündəəks etdirən filmlərimiz var. Kəmiyyət baxımından kifayət qədər olan bu filmlər keyfiyyət baxımından heç ölkə ictimaiyyətini qane etmir, o ki qala dünya əhalisini...Qarabağla bağlı çəkilən çoxsaylı sənədli filmlərdə bu problem geniş şəkildə işıqlandırılıb. Xocalı soyqırımı ilə bağlı da filmlər çəkilib.Hətta Qarabağ həqiqətləri, Qarabağ münaqişəsinin gerçəkləri, müharibə və onun fəsadları, humanitar fəlakətlər bu filmlərin baş mövzusunu təşkil edir. Qarabağla bağlı filmlər Azərbaycan Respublikasının ayrılmaz bir hissəsi olan Dağlıq Qarabağın tarixindən, keçmişindən bu günədək siyasi oyunlar burulğanında keçdiyi çətin və mürəkkəb yoldan bəhs edir, qaçqınların, köçkünlərin taleyindən danışır, ermənilərin bizə qarşı etdikləri zorakılığa, vandalizmə bir etirazdır. Bir qrup şəxslər tərəfindən həmin filmlərin xarici ölkələrdə də nümayiş etdirilərək böyük populyarlıq qazandığı iddia edilsə də, əldə olunan uğurlar yetərli hesab olunmur. İctimai rəyə görə, Qarabağ torpağı Azərbaycana məxsusdur və onun adı ilə ölkəmizdə keçirilən bütün tədbirlər o torpaqlara qayıtmağa ümid aşılamalıdır. Müharibə iləbağlı çoxsaylı filmlərimiz olmasına rəğmən ziyalılarımız hər dəfə bunu təəssüflə qeyd edirlər ki, "Fəryad” bədii filmi istisna olmaqla, Qarabağ müharibəsi haqqında səviyyəli, reytinqli kino filmlərimizin adını çəkə bilmirik. Kino işçilərinin məsələnin mahiyyəti ilə bağlı səsləndirdiyi fikirlər isə daha məyusedicidir. Yaxşı ssenari yazan yoxdur, maliyyə çatışmazlığı var və s. kimi çatışmazlıqlar ön plana çıxarılır.Maraqlıdır, Qarabağ münaqişəsilə bağlı sanballı, dünyada rezonans doğuracaq bədii filmlər nəyə görə çəkilmir?"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə "Şərq”ə açıqlamasında məsələyə ifratçı yanaşmanın tərəfdarı olmadığını deyib. Onun sözlərinə görə, Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı filmlərin çəkilişinə dəfələrlə cəhd edilib: "Daha çox portret janrında olan qısametrajlı filmlərin çəkilişinə üstünlük verilsə də, sırf bu mövzuları özündəəks etdirən kinolarımız da var. Söz yox ki, Qarabağ və Xocalı ilə bağlı yüksək və peşəkar səviyyədə ortaya qoyulan filmlərimiz yoxdur. Problemin kökündə isə çəkilən filmlərdə kinorejissorların daha çox informasiya vermək istəyi dayanır. Bu mövzuda çəkilən ekran əsərlərində ancaq ölüm və qan görürük. Dünya isə bu yanaşma tərzini qəbul etmir. Fikrimcə, Xocalı soyqırımını bütöv bir kütlə faciəsi içərisindən təqdim etmək effektiv deyil. Bu qətliama məruz qalan ailələrin, doğmalarını itirən insanların həyatını çəkərək, onun simasında azərbaycanlı obrazını yaratmaq, yaşadığı çətinliklərə rəğmən onun öz insanlığını və mərhəmətini itirmədiyini göstərməklə daha böyük uğurlara nail ola bilərdik. Əgər kinostudiyalarımız ortaya peşəkar yanaşma qoysalar, biz də dünyada populyarlıq qazanacaq filmlər ərsəyə gətirə bilərik. Bu istiqamətdə atılan addımlar beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilsə, filmin yayımı və təbliğatı daha uğurlu olar”.Bütün bu problemlərə rəğmən Azərbaycanda çəkilən bütün filmlərin "bozbaş” olmadığını qeyd edən E.Mirzəbəylinin fikrincə, son illər çəkilən filmlərimiz arasında beynəlxalq mükafatlara layiq görülənləri də var:

"Bu filmlərin mövzusunda Qarabağ münaqişəsi və Xocalı soyqırımı ana xətt kimi keçməsə də, peşəkarlıq baxımından yüksək qiymətləndirilməyə layiq kinolardır. Düşünürəm ki, biz həmin filmləri çəkən rejissorların, aktyorların potensialından düzgün istifadə etməklə sözügedən mövzulu filmlərin ərsəyə gətirilməsi elə də çətin deyil. Qarabağla bağlı ortalıqda yüksək səviyyəli bir bədii əsər belə yoxdur. Problemin həllinə burdan başlamaq lazımdır. Aqil Abbasın "Dolu” romanı və onun ssenarisi əsasında çəkilən filmin bədii yükü qaneedicidir. Lakin bu filmin hansı şərtlər və imkanlar çərçivəsində çəkildiyi də heç kəsə sirr deyil. Kinostudiya sahəsi böyük vəsait tələb edir. Yaxşı film çəkmək üçün yaxşı da pul xərcləmək lazımdır.

"Dolu” romanı əsasında daha yüksək səviyyəli bir film çəkmək və beynəlxalq səviyyədə onun təbliğatına nail olmaq olardı. Görünür, mövcud şərtlər daxilindəəllərindən bu qədəri gəlib. Məncə, normal maliyyə vəsaiti olsa və onun xərclənməsinə düzgün nəzarət edilsə, "Fəryad” filminin ssenarisinə bir az əl gəzdirməklə, müasir standartlara cavab verən yeni bir ekran əsəri yaratmaq olar. Bu filmin bədii yükü kifayət qədərdir. İnsanlığın ölmədiyini özündəəks etdirən ən möhtəşəm əsərlərdən biridir”.

E.Mirzəbəyli hesab edir ki, Qarabağ münaqişəsi və Xocalı soyqırımını dünyada tanıdacaq bir film ərsəyə gətirmək üçün müsabiqə elan olunmalı və yüksək miqdarda mükafat təyin edilməlidir:

 "Bu zaman təkcə Azərbaycandan deyil, xaricdən olan insanlar da prosesdə iştirak etməyə maraqlı olacaqlar. Bəlkə bu yolla hansısa irəliləyişə nail olmaq mümkündür”

Şərq.- 2018.- 30 oktyabr.- S.10