Aygün Səmədzadənin əsərləri Türkiyədə
təqdim olunub
Ankarada Türkiyənin
“TRT Avaz” telekanalında
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi
və Bakının bolşevik-daşnak işğalından
azad edilməsinin 100 illiyinə həsr olunmuş konsert proqramı yayımlanıb.
Axşam.az-in məlumatına görə, proqram, həmçinin Azərbaycan
İctimai Televiziyasında canlı
yayımlanıb.
Tədbir Azərbaycan və Türkiyənin dövlət
himnlərinin səsləndirilməsi
ilə başlayıb. Xalq artisti, dirijor Yalçın Adıgözəlovun
rəhbərliyi ilə
Türkiyənin Prezident
Simfonik Orkestrinin və xalq artisti
Elnarə Kərimovanın
rəhbərlik etdiyi
TRT Dövlət Xorunun,
azərbaycanlı və
türkiyəli solistlərin
müşayiəti ilə
qardaş ölkələrin
məşhur bəstəkarlarının
əsərləri səsləndirilib.Xalq
artistləri Azər Zeynalov, Əlixan Səmədov və Azərin, türkiyəli ifaçılar Nesrin Gönüldağ, Özgür
Savaş Gençtürkün
də çıxışları
gecədə yer alıb. Konsertdə xalq artisti Aygün
Səmədzadənin Cümhuriyyətin
böyük şairi Əhməd Cavadın sözlərinə yazılmış
iki əsəri-“Türk ordusuna” və “Bismillah” rəğbətlə qarşılanıb.A.Səmədzadə
“Əsərlərimin bu
samballı sıralamada
yer aldıgına görə mənimlə bərabər sevinənlərə,
sənətimizlə fəxr
edənlərə, bizi
bu günə layiq bilənlərə minnətdaram. Bu tədbirdə
böyük zəhmətlə
bərabər çalışdıgımız
bütün sənət
adamlarına təşəkkürümü
bildirirəm” deyə bildirib.
Şərq.- 2018.- 15 sentyabr.-
S.13.