Azərbaycan neftçiləri peşə
bayramlarını qeyd
edirlər
19 sentyabr, Fineko/abc.az.
Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin
imzalanmasının ildönümü
və Azərbaycan neft-qaz sənayesi işçilərinin peşə
bayramı “Neftçilər
günü” ərəfəsində
SOCAR rəhbərliyinin nümayəndələri
və çoxminli kollektivinin təmsilçiləri
xalqımızın ümummilli
lideri Heydər Əliyevin Fəxri xiyabandakı
məzarını ziyarət
etmişlər.Şirkət nümayəndələri iqtisadiyyatımızın
inkişafında, milli
dövlətçiliyimizin möhkəmlənməsində müstəsna rol oynamış yeni neft strategiyasının banisi Ulu öndər
Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin
hörmət və ehtiramın ifadəsi olaraq onun ruhu qarşısında
baş əymiş, məzarı üzərinə
tər çiçəklər
düzmüşlər.Həmin gün SOCAR-ın Baş ofisində “Azərbaycan nefti” ekspozisiyasının açılışı
olmuşdur. Mərasimdə SOCAR prezidenti Rövnəq
Abdullayev, Azərbaycan
Respublikasının Energetika
naziri Pərviz Şahbazov, “BP”-nin Azərbaycan, Gürcüstan
və Türkiyə üzrə regional prezidenti Qəri Counz, SOCAR və BP şirkətlərinin rəhbərliyi
və qabaqcıl neftçilər iştirak
etmişlər. Ekspozisiyada
Azərbaycan neftinin qədim tarixi və ölkəmizin neft-qaz sənayesinin şanlı inkişaf mərhələləri, həmçinin
son illərdə əldə edilmiş nailiyyətlər öz əksini tapmışdır.
Aparıcı sahələr barədə
verilən əyani məlumatlar, istifadə olunan interaktiv görüntülər və
maketlər sərgiyə
böyük maraq
doğurur.20 sentyabr “Neftçilər
Günü”nə həsr
olunmuş təntənəli
mərasimdə əvvəlcə
“Neftçilər Günü”nə,
SOCAR-ın fəaliyyətinə və son illərdə neft-qaz sənayesində əldə edilmiş nailiyyətlərə həsr
olunmuş videoçarx
nümayiş olunmuşdur.
Tədbirin rəsmi hissəsini giriş nitqi ilə açan SOCAR-ın prezidenti Rövnəq Abdullayev bütün neftçiləri peşə
bayramı günü
münasibəti ilə
təbrik etmişdir.O
demişdir: “Yüksək
ixtisaslı, zəhmətkeş
neftçilər bizim
ən qiymətli xəzinəmizdir. Məhz
fədakar neftçi əməyinin sayəsində
SOCAR ilbəil böyüyür,
genişlənir. Biznes
portfelini şaxələndirmək,
hər hansı bir sahə və
ya məhsuldan asılılığı minimuma
endirmək məqsədi
ilə 2008-ci ildən
etibarən müxtəlif
sahələrə yatırdığımız
investisiyalar artıq öz bəhrəsini verməkdədir. Qarşıda
bizi yeni üfüqlər, böyük
perspektivlər gözləyir.”
Azərbaycan Respublikasının Energetika
naziri Pərviz Şahbazov tədbirdə çıxış edərək,
demişdir: “Azərbaycanın
neft sənayesinin qədim tarixini, enerji ölkəsi kimi qlobal əhəmiyyətini
əks etdirən bu simvolik gün
xalqımızın ümummilli
lideri Heydər Əliyevin neftçilərimizin
şərəfli əməyinə
verdiyi yüksək qiymətin təcəssümüdür.
1994-cü ilin 20 sentyabrında
“Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan öz nefti ilə
yeni status qazanaraq, uzaqgörənliklə
gələcək enerji
siyasətinin konturlarını
müəyyənləşdirmiş oldu: “Hələ
1996-cı ildə Heydər
Əliyev görüşlərinin
birində demişdir ki, 1994-cü ilin sentyabrında imzalanmış
müqavilə 30 il üçün nəzərdə
tutulmuşdur. Əminəm
ki, əməli işimiz bu müqavilənin müddətini
uzadacaq. Çünki
yeni imkanlar meydana çıxacaqdır.”
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin siyasi
iradəsi sayəsində
ölkəmizin “Əsrin
müqaviləsi”nin müddətinin
2050-ci ilədək uzadılmasına
nail olması ulu öndərin bu müdrik gözləntilərini doğrultdu
və dövlətimizin
nə qədər aydın yolda olduğunu göstərdi.”Tədbirdə çıxış
edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz demişdir: “Son
20 ildən artıq bir müddət ərzində Azərbaycanın
inkişafı, burada yaradılmış dünya
səviyyəli enerji infrastrukturu və miqyasca bərabəri olmayan neft və
qaz layihələri bu ölkəni iri bir beynəlxalq
enerji mərkəzinə
çevirmişdir. Bu
layihələrin əsas
qəhrəmanları, əlbəttə
ki, ölkənin çoxsaylı neftçiləridir.
“Neftçilər Günü”nü
qeyd etməklə biz onların fədakar əməyinə
və böyük nailiyyətlərinə dəyər
veririk. Onlar hamımızın dərin
hörmətinə və
sevgisinə layiqdirlər.
Onlar Azərbaycanın yeni nəsil neftçilərinə
daim nümunə olacaqlar və gənc nəsil məhz onlara bənzəməyə can
atmalıdır.”Daha sonra 2017-cı ilin yekunlarına görə əsas peşələr üzrə “İlin ən yaxşısı” nominasiyası qaliblərinə
mükafatlar təqdim
edilmişdir.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin
16 avqust 2001-ci il Sərəncamına əsasən
hər il sentyabrın 20-si Azərbaycan
Respublikasında “Neftçilər
Günü” peşə
bayramı kimi qeyd olunur.
Nail Rəhimzadə
İki
sahil.- 2018.- 20 sentyabr .- S.13