İki sahilNeftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb

 

İki sahilqəzetinin 20 Sentyabr - Neftçilər Gününə həsr olunmuş növbəti xüsusi buraxılışı çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, 84 səhifəlik xüsusi buraxılış Azərbaycanın neft-qaz sənayesinin 24 ildə keçdiyi inkişaf yolunu, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurla həyata keçirilməsinə davamlı töhfələr verən SOCAR-ın onun struktur bölmələrinin fəaliyyətini əks etdirən maraqlı yazıları, foto şəkilləri yüksək poliqrafik tərtibatı ilə diqqət çəkir.

Xüsusi buraxılışda Ümummilli Liderin bugünkü uğurlarımıza inam əminliyi ifadə edən bir tezisi qeyd olunur: “Əsrin müqaviləsiilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmləndirilməsi üçün gözəl imkan yaradacaq. İnanıram ki, XXI əsr Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaq”.

Azərbaycan bu gün neft strategiyasının davamlı uğurlarını yaşayır. Prezident İlham Əliyevin xüsusi buraxılışda yer alan bu fikri Azərbaycanın iştirakçısı təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası nəticəsində dünyanın enerji təhlükəsizliyinin təminatında artan roluna, regional əməkdaşlıqdan beynəlxalq əməkdaşlığa doğru atılan addımlara işıq salır: “Azərbaycan qazı yeni mənbədir Cənub Qaz Dəhliziyeni enerji damarıdır. Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir.”

SOCAR-ın prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayevin “SOCAR öz inkişafının yeni mərhələsinə qədəm qoyursərlövhəli yazısında Azərbaycanın enerji sektorunda qazandığı uğurlar təhlil edilərək, xüsusi vurğulanır ki, dövlətimizin başçısı İlham Əliyevin uzaqgörən strateji kursu qarşımızda qoyduğu vəzifələr SOCAR-ı qlobal brend səviyyəsinə qədər yüksəltdi. Bu uğurlar, eyni zamanda, Azərbaycan neftçilərinin fədakar əməyindən, zəngin təcrübəsindən peşəkarlığından qaynaqlanır. SOCAR Azərbaycan üçün taleyüklü olan cari ildə əsas layihələrin tamamlanması inkişafın son nöqtəsi deyil, məhz dönüş nöqtəsidir ki, qarşıda yeni üfüqlər açır yeni çağırışlar gətirir. Odur ki, əvvəlki layihələr hələ tamamlanmamış yeni layihələrin təməlini qoymaq SOCAR-ın qarşısında duran ən mühüm vəzifədir.Məqalədə qeyd edilir ki, müstəqiliyimizin ilk illərində SOCAR-ın qarşısında duran əsas vəzifələri ölkə iqtisadiyyatının dirçəlməsi, bu məqsədlə neft hasilatını artırmaq dənizin dərinsulu hissəsində yeni yataqların işlənməsi üçün xaricdən investisiya texnologiyalar cəlb etmək idisə, artıq hədəflər dəyişib. SOCAR indi daxili imkanları hesabına müasir dərin dəniz özülləri inşa edir, quraşdırır, istismar edir, dənizin böyük dərinliklərində qazma işlərini yerinə yetirir, ən müasir standartlar səviyyəsində sənaye müəssisələri qurur, böyük transmilli layihələrdə operator qismində iştirak edir, xarici bazarlara sərmayə yatırır.SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt YusifzadəninAzərbaycanın neft qaz strategiyası: genişlənən üfüqlərsərlövhəli yazısında isə qeyd edilir ki, ulu öndər Heydər Əliyevin qısa müddətdə işləyib hazırladığı neft qaz strategiyası müstəqilliyimizin ilk illərində Azərbaycanın yaşadığı iqtisadi böhranın aradan qaldırılmasında lokomotiv rolunu oynadı. Xarici ölkələrin məşhur neft şirkətləri ilə 1994-cü ilin martında Bakıda başlanmış, may ayında İstanbulda iyulun 21-dən sentyabrın 4-dək Amerika Birləşmiş Ştatlarının Hyüston şəhərində davam etdirilmiş gərgin danışıqlar həmin il sentyabrın 20-də BakıdaAzəri”, “Çıraqyataqlarının Günəşliyatağının dərinsulu hissəsinin birgə işlənməsi Hasilatın Pay Bölgüsü haqqında, sonralar dünyanın neft ictimaiyyəti mediasının haqlı olaraqƏsrin müqaviləsiadlandırdığı məşhur sazişlə nəticələndi.

 

YazıdaƏsrin müqaviləsi”nin imzalanmasından ötən dövr ərzində əldə olunan uğurlara, həyata keçirilən layihələrə bir daha diqqət yönəldilərək, ötən ilin sentyabrındaAzəri-Çıraq-Günəşliyataqlarının birgə işlənməsinə dair 1994-cü ildə 30 il müddətinə bağlanmış sazişin, yəniƏsrin müqaviləsi”nin vaxtının uzadılması haqqında müqavilənin imzalanmasından geniş bəhs edilir. Vurğulanır ki, yeni müqavilədə Azərbaycan üçün olduqca sərfəli şərtlər müəyyən edilib. 2050-ci ilədək AÇG-dən daha 500 milyon tona qədər neft hasil ediləcək o vaxtadək bu yataqlara indiyədək qoyulduğu qədər, yəni daha 43 milyard dollar sərmayə qoyulacaq.Xüsusi buraxılışda SOCAR-ın ayrı-ayrı sahələrdə tətbiq etdiyi yeniliklər, təcrübələr, qazandığı uğurlar ətraflı şəkildə ictimaiyyətə çatdırılır. Korporativ idarəetmə prinsiplərinə xüsusi önəm verilir”, “Qabaqcıl texnologiya idarəetmənin tətbiqində yeniliklər”, “SOCAR istiqrazları: təkrar bazar əməliyyatlarının həcmi 160 milyon ABŞ dollarını ötüb”, “Milliləşdirmə siyasəti: Əmin addımlarla qarşıdakı hədəfə doğru”, “SOCAR xaric ölkələrdəki fəaliyyətini uğurla davam etdirir”, “Neft-qaz sənayesinə sərmayə qoyuluşu 100 milyard ABŞ dollarına yaxınlaşır”, “SOCAR-ın təsisçiliyi ilə yaradılan müəssisələrin fəaliyyəti neft qaz sənayesinin əksər sahələrini əhatə edir”, “Neft-qaz emalı: keyfiyyət yüksəlir”, “STAR” NEZ, Karbamid Zavodu vəSOCAR Polymer”: milli sərvətimizə əlavə dəyər”, “Strateji inkişaf layihələri gələcək üçün təminatdır”, “Xəzər hövzəsindəki yeni yataqlar gələcək perspektivlərdən xəbər verir”, “Yenidənqurma modernizasiya: keyfiyyət göstəriciləri yüksəlir”, “Yeni texnologiyalar, yeni əməkdaşlığa açılan imkanlar”, “Nəqliyyat sisteminin stimullaşdırılması günün əsas tələblərindəndir”, “Neftçilərin mənzil şəraitinin yaxşılaşdırılması sosial məsuliyyətin tərkib hissəsidir”, “Yüksək səviyyəli şəraiti, uğurlu istehsalat göstəriciləri”, “Sağlamlığın təminatı uğurlar üçün əsasdır”, “Müasir dövrün tələblərinə cavab verən yüksək ixtisaslı fəhlə kadrlar hazırlanır”, “İnsan kapitalının idarə edilməsində beynəlxalq təcrübə”, “Neft-qaz sektorunda İKT-nin inkişafı prioritet sahələrdəndir”, “Bakı Ali Neft Məktəbi təhsildə yeni rekordlara imza atır”, “Qarşıdakı hədəf: ölkə üzrə qazlaşdırma 95 faizə çatdırılmalı”, “Ekologiya sahəsində beynəlxalq əməkdaşlıq qazanılan uğurlar”, “Lay suları tullantıların idarə edilməsi, torpaqların təmizlənməsi, ekoloji monitorinqlər”, “Ekologiyanın təbiətin mühafizəsinə böyük dəstək”, “Geoloqların əsas vəzifəsi: yeni sahələri öyrənmək, perspektivliliyi riskləri qiymətləndirmək qazmaya hazırlamaq”, “Yataqların səmərəli işlənməsi üçün müasir geoloji hidrodinamik modellərdən istifadə olunur”, “İstehsal sahələrinin fasiləsiz istismarı cari əsaslı təmir tələb edir”, “Asudə vaxtın təşkili, aztəminatlı ailələrə dəstək”, “Neftin qiymətinin artmasında müsbət dinamikanı şərtləndirən amillər”, “Neft məhsullarının ixracı artıb”, “SOCAR-ın reytinq proqnozu stabil inkişaf edir”, “Əsrin müqaviləsi”ndən başlanan yolun uğurları”, “Qazmada tətbiq edilən müasir texnologiyalar, əldə olunan yüksək göstəricilərsərlövhəli yazılar Neftçilər Günü ilə bağlı son bir ildə görülən işlərin qısa hesabatını növbəti ilin hədəflərini açıqlayan dəyərli mənbələrdir.

Şərq.- 2018.- 21 sentyabr.- S.10.