Bolqarıstan Milli Assambleyasının
sədrinin rəhbərlik
etdiyi nümayəndə
heyəti BSU-da olub
20 sentyabr
2018-ci il tarixdə Azərbaycan Parlamentinin 100
illiyi ilə bağlı tədbirdə
iştirak etmək üçün respublikamıza
gəlmiş Bolqarıstan
Respublikasının Milli
Assambleyasının sədri
xanımTsveta Karayançevanınrəhbərlik
etdiyi on nəfərlik nümayəndə
heyəti Bakı Slavyan Universitetində qonaq olublar. Qonaqlar universitetin foyesində tələbələrin
hazırladığı milli
kompozisiya ilə qarşılanıblar. Bədii
hissədə BSU-nun bolqar dili ixtisası
üzrə təhsil alan tələbələri
tərəfindən bolqar
dilində şeirlər
səsləndirilib, “Arzu”
rəqs ansamblının
təqdimatında milli
və bolqar rəqsləri nümayiş
olunub.
Qonaqları qəbul edən BSU-nun rektoru, professor Nurlana Əliyeva əvvəlcə BSU-nun yaranma tarixi, keçdiyi inkişaf yolu, universitetdə fəaliyyət göstərən tədris və mədəniyyət mərkəzləri barədə qısa məlumat verib.BSU-nun beynəlxalq əlaqələrindən söz açan N.Əliyeva Bolqarıstanın qabaqcıl universitetləri ilə qurulan sıx əməkdaşlıqbarədə ətraflı söhbət açıb.N.Əliyeva 1996-cı ildən BSU-da bolqar dili tədris olunduğunu diqqətə çatdırıb.Sonra qonaqlar BSU-da fəaliyyət göstərən Bolqar Dili və Mədəniyyəti Mərkəzində bolqar dili ixtisası üzrə təhsil alan tələbələrlə görüşüblər. Mərkəzin fəaliyyətini yüksək qiymətləndirən rəsmilər mərkəz nəzdindəki kitabxana ilə də tanış olublar.Rektor Nurlana Əliyeva vurğulayıb ki, 2002-ci ildə Bakı Slavyan Universiteti ilə Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb, həmin il Bolqarıstan Respublikasının sabiq prezidenti Celyu Celevə Bakı Slavyan Universitetinin Fəxri doktoru adı verilib.2004-cü ildə BSU-da Bolqar Dili və Mədəniyyəti Mərkəzi Bolqarıstan Respublikasının prezidenti Georgi Pırvanovun iştirakı ilə açılıb.
Tədbir rəsmi hissə ilə davam edib. Rəsmi hissəni giriş sözü ilə açan professor Nurlana Əliyeva Azərbaycanla Bolqarıstan arasında tarixən geniş dostluq əlaqələrinin olduğunu bildirib. O, bu münasibətlərin humanitar sahədə də özünü daha aydın göstərdiyini deyib. Bolqar Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyətindən danışan N.Əliyeva bildirib ki, mərkəzin əsas vəzifəsi Azərbaycan və Bolqarıstan arasında mədəni əlaqələri inkişaf etdirmək, gənclərin hər iki ölkənin mədəniyyətinə, təhsilinə, maarifinə və elminə marağını artırmaq, həmçinin universitetdə bolqarşünaslıq istiqaməti üzrə tədris prosesinin təkmilləşdirilməsinə kömək etməkdir. Rektor son illər ərzində ölkəmizə səfər edən Bolqarıstanın sabiq vitse-prezidenti Marqarita Popova və hazırki vitse-prezident İliana Yotovanın Bakı Slavyan universitetində qonaq olduqlarını xatırladıb. Azərbaycanın birincivitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun rəhbərliyi altında Bolqarıstanın bir sıra dini-mədəni obyektlərində təmir-bərpa işlərinin aparıldığını, arxeoloji qazıntılara şərait yaradıldığını vurğulayıb.Bolqarıstan Milli Assambleyasının sədri xanımTsveta Karayançeva isə çıxışında Azərbaycanla Bolqarıstan arasında istər siyasi, iqtisadi, istərsə də elmi, texniki və mədəni istiqamətdə münasibətlərin sürətlə inkişaf etməkdə olduğunu bildirib. Hər iki respublikanın dövlət başçılarının bu münasibətlərin genişlənməsində maraqlı olduqlarını bəyan edən parlament sədri ökələrimiz arasında təhsil, o cümlədən mədəniyyət sahəsində ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu bir daha vurğulayıb. Azərbaycanla Bolqarıstan arasındakı dostluq və qardaşlığın tarixi köklərindən söz açan T. Karayançeva qeyd edib ki, Bakı Slavyan Universitetində bolqar dilinin, tarixinin, mədəniyyətinin, etnoqrafiyasının tədrisi bu ölkədə dost xalqların milli-mənəvi dəyərlərinə marağın böyük olmasından xəbər verir. O, bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əmin olduğunu qeyd edib.
İki
sahil.- 2018.- 21 sentyabr.- S.15.