"Şəlalə" 56 sayında millətə çox şey öyrətdi

 

Qadın azadlığı, yeni nəslin tərbiyəsi, ana dilinin qorunması kimi məsələlər jurnalın səhifələrində yer tutmuş müzakirələrin əsas obyektinə çevrilib

 

Həftədə 2 dəfə çıxan bu jurnal dövrün, həyatın aktual məsələlərini əks etdirən məqalələri çap edirdi

 

Azərbaycan mətbuatı tarixində əvəzsiz rol oynayan, XX əsr ictimai fikir və ədəbiyyat tariximizdə yeni dövr açan mətbu orqanlardan biri də "Şəlalə” jurnalıdır.

Nəşr olunduğu ilk gündən başlayaraq köhnə dünya ilə ölüm-dirim mübarizəsinə girmiş "Şəlalə” jurnalı təkcə Zaqafqaziya, Rusiyada deyil, Yaxın və Orta Şərq ölkələrində də geniş yayılıb və böyük nüfuz qazanıb. Jurnalın səhifələrində imperialist dövlətlərinin milli müstəmləkə zülmü, çar mütləqiyyəti, Şərqdə, ilk növbədə, İran və Türkiyədə istibdad quruluşu, orta əsr feodal qalıqları, xalq kütlələrini ağlasığmaz dərəcədə istismar edən burjua-mülkədar ağalığı, gerilik, cəhalət, ətalət, dini fanatizm, din xadimlərinin riyakarlığı çox cəsarətlə tənqid olunub.

Jurnalın nəşri ilə Xalid Xürrəm Səbribəyzadə Azərbaycan ədəbiyyatı və mətbuatı tarixində yeni dövr – "Şəlalə” dövrünü açıb. Professor Əziz Şərifin yazdığına görə, o dövrdə "elə bir az-çox əhəmiyyətli siyasiya ictimai hadisə olmamışdı ki, jurnal ona səs verməsin və demokratik ictimaiyyəti maraqlandıran elə bir problem olmayıb ki, jurnal ona öz münasibətini bildirməsin.

Əslən Azərbaycan türkü olduğu qeyd olunan və Türkiyənin Üsküdar şəhərində anadan olan Xalid Xürrəm Bakıya dönərək burada yaşadığı ilk günlərdən şeir və hekayələrini mətbuatda dərc etdirib. "İqbal” qəzetində dərc etdirdiyi "Ermənistan haqqında erməni xülyaları” məqaləsində kürdlərin tarixi məskunlaşma problemi ilə bağlı mülahizələrini söyləyib. Azərbaycanın demokratik inkişaf yoluna qədəm qoyması üçün əlindən gələni əsirgəməyib. Bu yolda o həm elmi-nəzəri, həm də əməli-təcrübi fəaliyyəti ilə xidmət göstərib. O, bir tərəfdən ermənipərəst, şovinist dairələrin məkrli siyasətini ifşa edir, rusdilli "Baku” qəzetində türklük əleyhinə yürüdülən saxta fikirlərə qarşı çıxır, digər tərəfdən Azərbaycanda milli maarif, mədəniyyət, ədəbiyyat və mətbuat işinin quruculuğuna yardım göstərib.

O, Bakı varlılarından maarifçi İsa bəy Aşurbəylinin naşiri olduğu "Şəlalə” jurnalının redaktoru olub. İctimai-siyasi, ədəbi, fəlsəfi dərgi olan "Şəlalə”nin ilk nömrəsi Bakıda 19 yanvar 1913-cü il, son nömrəsi isə 1914-cü ildə nəşr edilməklə 56 sayda çıxıb. Jurnal ictimai, elmi, fənni şəkilli, rəsmli mətbuat nümunəsi idimüasir sivil dünyanın həyat tərzinə diktə elədiyi xüsusiyyətləri aşılamağa çalışıb. Həftədə 2 dəfə çıxan bu jurnal dövrün, həyatın aktual məsələlərini əks etdirən məqalələri çap edirdi.

"Şəlalə” jurnalını çap etdiyi illər – Xalid Xürrəmin ədəbi-ictimai fəaliyyətinin ən maraqlı dövrünü təşkil edir. O "Şəlalə” jurnalını nəşr etməklə özünü həm Azərbaycan ədəbi-ictimai fikrində, həm də mütərəqqi dünyagörüşlü şəxsiyyət kimi tanıdıb. Dövrün bir sıra qabaqcıl fikirli ziyalılarını jurnalın ətrafına toplayıb. Özü isə "Şəlalə”də elmmaarif məsələlərini təbliğ edən məqalələrini, onlarca şeir və hekayələrini çap etdirib.

Qeyd edək ki, bu jurnal nəşrə başladığı gündən son sayına qədər "Füyuzat” ədəbi məktəbinin nüfuzu altında olub, "Türkləşmək, islamlaşmaq və müasirləşmək” ideyasını yürüdüb. Buna görə də "Şəlalə” Azərbaycan Xalq Cümhuriyyətinə doğru aparan yolun ən qiymətli abidələrindən biridir.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Solmaz Həyatovanın araşdırmalarına görə, "Şəlalə” jurnalının nəşrə başlaması o dövrün Azərbaycan mətbuatında əlamətdar hadisə kimi qarşılanıb. Onun nəşri haqqında bir sıra mətbuat orqanlarında təbrik yazıları gedib. "Molla Nəsrəddin”, "Zənbur” kimi "Şəlalə” də həftədə iki dəfə nəşr olunub. Hər üç jurnalda həm zahiri görkəm, həm də daxili tərtibat cəhətdən bir-birinə yaxınlıq müşahidə olunur. "Şəlalə”də də felyetonlar, liriksatirik şeirlər, teleqraf xəbərləri, rəsm və başqa bu kimi şöbələr vardı. Burada müəlliflər gizli imza ilə yazır, öz mütərəqqi fikirlərini təbliğ etmək üçün imzalarını dəyişirdilər.

Jurnalın özəlliklərindən biriondan ibarətdir ki, burada Ə.Hüseynzadə, H.Cavid, Ə.Cavad, X.X.Səbribəyzadə, M.Ə.Rəsulzadə, A.Şaiq, Tofiq Fikrət, Əhməd Kamal, Əli Kamal, M.Ə.Rəcaizadə, Rza Tofiq, Şinasi, Abdulla Cövdət və başqaları ilə yanaşı, gənclər də çıxış edib.

"Şəlalə”nin məqsəd və qayəsi 1913-cü il yanvarın 19-da çıxan 1-ci nömrəsində "Müqəddimə” başlıqlı proqram məqaləsində ifadə olunub: "... zəmanəmizin nəzakət və dəqayiqini və təhsisat və həqayiqini təhlil və təsvir edəcək dərəcədə insanlarını təcəvve və tədqiq edərək milli bir ədəbiyyat sayəsində millətdaşlarını təqazayi-zəmanədən xəbərdar edərək irşad etmək olmuş. Çünki ədəbiyyat bir millətin ruhunun qidası və vücudunu təhlil edən əmzarın da mənəvi dəvasıdır”. Qidasız ruhu, dəvasız mərəzi olan bir vücud yaşayamaz. Bir müddət yaşasa belə həyatı böhrani-əzim və ovcahi-ələm ilə keçər. Buna misal olaraq vətəndaşlarımızın halını göstərə biliriz”.

Şübhəsiz ki, inqilabi epoxada fəaliyyət göstərən bir jurnal üçün ictimai-tarixi, siyasi mövzulara toxunmamaq düzgün deyildibu da digər sələfləri kimi "Şəlalə”nin bağlanmasını şərtləndirən başlıca səbəblərdən oldu. İnqilabi mübarizə ideyaları ilə çalışanların "beyinlərini sərinlətsə” də "Şəlalə” jurnalı romantik ədəbi metodun təkmilləşdirilməsi baxımından əhəmiyyətli rol oynayıb.

Jurnalda qoyulan problem və məsələlər bir çox başlıqlar adı altında verilir.

"Ədəbiyyat” hissəsində jurnalın baş redaktoru Xalid Xürrəm Səbribəyzadənin əsərləri daha çox sayda çap olunub. "Şəlalə”nin bir çox saylarında "Eşq və həvəs”, "Milli hekayə”, "Nişadın dəftəri-xatiratından” kimi romanları, "Altun Uluq”, "Bahar və Xəzan”, "Nalə”, "Şair”, "O və mən”, "Sən” və s. şeirləri, qadın məsələlərinə aid "Qadınlarımız”, "Qadınlarımız və tərbiyə” adlı silsilə məqalələri dərc olunmuşdur. Ədib əsərlərini "Altun qələm”, "Xürrəm”, "X.Səbribəyzadə”, "Sancaq” imzaları ilə yazırdı. O, Türkiyədən Azərbaycana gəldikdən sonra burada ədəbi-ictimai fəaliyyətlə məşğul olmaqla yanaşı, yeri gəldikcə siyasi məsələlərə az da olsa qarışıb.

Qadın azadlığı, yeni nəslin tərbiyəsi, ana dilinin qorunması kimi məsələlər başqa məcmuələrdə olduğu kimi, "Şəlalə”nin də səhifələrində yer tutmuş müzakirələrin əsas obyektinə çevrilib. Din məsələlərində isə dövrünün bir çox başqa ziyalıları kimi o da dini müasirləşdirmək tərəfdarı idi.

Məcmuə romantik ruhlu ədəbi nümunələrin təbliğatçısı, "Füyuzat, "Yeni Füyuzat” jurnallarının davamçısı olmaqla yanaşı, həm də səhifəsində dünyəvi elmlərə yer ayırır, müxtəlif ölkələrin ictimai-siyasi həyatına ötəri də olsa, münasibət bildirirdi. Məcmuənin az bir zaman ərzində özünəməxsus bir dəst-xətt yarada bilməsi, polemika müstəvisində olan ən aktual mövzulara belə özünün baxışları və mövqeyi ilə yanaşdığını müşahidə etmək olar. Onun dəst-xəttinin aparıcı qüvvəsinin yeniliyə, novatorluğa kökləndiyini elə ilk səhifəsindən duymaq mümkündür. Məlumdur ki, o dövrün məsələlərindən biri qadın azadlığı idi. Müxtəlif mətbuat nümunələrində bu məsələyə müxtəlif baxışların, hətta mühafizəkar münasibətlərin daha üstün mövqe qazanmış olduğunu bilirik.

"Şəlalə” jurnalının birinci nömrəsindən məlum olur ki, jurnalın bu nömrəsi bütünlüklə gələcək nömrələrin proqramını təşkil edir. Burada qoyulmuş məsələlər jurnalın sonrakı nömrələrində dövrün tələbinə uyğun şəkildə davaminkişaf etdirilib. Bu məqsədlə "Şəlalə” jurnalının müəllifləri daha radikal mövqe tutur, "füyuzat”çı ənənələrin, "modern ədəbiyyat” nümayəndələri kimi çıxış edirdilər.

Jurnalda "Türklükxalq ədəbiyyatı” (F – imzası ilə) məqaləsinin müəllifi bütün dünya xalqlarının iki qisim – xəlqi və aristokratik ədəbiyyatı olması fikrinə haqq qazandırıb.

"Şəlalə”də çap olunmuş bədii əsərlərdəki bütün mütərəqqi keyfiyyətlərlə bərabər, ziddiyyətli və zəif cəhətlərin də olduğunu xatırlatmalıyıq. Çünki "Şəlalə” jurnalında Sabir, A.Şaiq, Ə.Cavad, H.Cavid, Tofiq Fikrət və başqa bu kimi sənətkarlarla yanaşı, qələmcə bir qədər zəif yazarların da əsərləri dərc edilirdi. Bu müəlliflərin əsərləri həm ideya, həm də bədii sənətkarlıq nöqteyi-nəzərindən aşağı səviyyədə olurdu. Belə yazarlardan Rəbii, Ə.Şərəf, Ə.Fəhmi, Ə.Nicat və başqalarını göstərmək olar.

Xatırladaq ki, "Şəlalə” jurnalının ilk nömrəsi çapdan çıxanda Əli bəy Hüseynzadə artıq Bakıda olmayıb. Türkiyəyə mühacirətə getmişdi. Lakin qələm yoldaşları onun ədəbi xətti-hərəkatına, üslubuna və ideyasına sadiq qalmış və "Faustdan olan tərcümələrini "Şəlalə”də çap etdiriblər. Burada tarix, coğrafiya, etnoqrafiya, fizika, həndəsə, riyaziyyat, kimyas. elmlər, onların tarixi inkişaf yolu, müxtəlif nümayəndələri haqqında geniş bilgi verilib. "Şəlalə” bağlandıqdan sonra Səbribəyzadə Türkiyəyə getməli oldu. Bu zaman Ə.Qəmküsar onu belə bir satira ilə yola salıb:

 

Səbribəyzadə, bizi atma, amandır getmə.

Millətin halı bu gün xeyli yamandır, getmə.

 

Qadın azadlığı mövzusu jurnalın bədii əsərlərində geniş şəkildə işıqlandırılıb. Həm bu mövzu "Şəlalə”də öz dövrünə qarşı ictimai etirazını ifadə edən bir çox bədii əsərlərində ictimai bərabərsizlik dünyasında hər cür məşəqqətə məruz qalan hüquqsuz Azərbaycan qadınlarının vəziyyətini çox kəskin şəkildə tənqid edib.

Qadına münasibət məsələsində "Şəlalətamamilə "Molla Nəsrəddincəbhəsində dururdu. Bu bir daha öz təsdiqini X.X.Səbribəyzadənin "Qadınlarımız tərbiyəadlı məqaləsində tapıb.

"Şəlalə”nin elə ilk nömrələrindən başlayaraq qadınların savadlanması, təhsil alması ümdə məsələlərdən biri hesab edilib.

Türkiyə inqilabi mövzusu XX əsrin əvvəllərində nəşr edilən Azərbaycan demokratik mətbuatının, o cümlədən "Şəlalə”nin mühüm mövzusu olub. "ŞəlaləTürkiyədə cərəyan edən gənc türklər hərəkatını da işıqlandırırdı, bəzən bu hərəkatın burjua xarakterlərini dərk etmədən ondan zülmə, əsarətə qarşı bir təbliğat vasitəsi kimi istifadə edirdi. Türkiyədə cərəyan edən "Sultan Ədqül Həmidin hərəkatı bu üsula qarşı başlanan gənc türklər hərəkatına "Şəlaləxüsusi diqqət yetirirdi.

"Şəlaləjurnalında türk ədəbiyyatının, ən çox da romantiklərinin təbliğinə diqqətlə yanaşılırdı. M.Ə.Rəcaizadə, Ə.Hamid, T.Fikrət, N.Kamal yaradıcılığına göstərilən rəğbət bunu sübut edir. N.Kamalın mənəvi saflıq Vətən eşqinin tərənnümünə həsr etdiyi "Vətən mənzuməsi "Vaveylaşeiri həmin məqsədlə nəşr olunub.

"Şəlalə”də bir sıra elmi-fəlsəfi terminlər, o sıradan, abstraxsiya, eklektizm, psixologizm, sensualizm, intellektualizm, volyuntarizm, pozitiv fəlsəfə, potensial enerji, metafizika, ideyalar assosiyası s. ətraflı şərh olunur, təbii elmlər, dini görüşlər ədəbi-estetik mülahizələri birləşdirən analitik yazılar verilib.

 

Şəymən

 

Şərq.- 2018.- 28 sentyabr.- S. 11.