Azərbaycan
mətbuatının ilk şəhidi
Salatın Əsgərova yaşasaydı,
54 yaşı olacaqdı
1988-ci ildə Azərbaycan ərazisi olan Qarabağın Ermənistana birləşdirilmə
tələbi bölgədə
növbəti faciələrin
əsasını qoydu.
Sovet hakimiyyətindən və
təbii ki, Ermənistan rəhbərliyindən
böyük dəstək
alan separatçıların
Azərbaycana qarşı
ərazi iddiaları respublikanın durğun həyatında bir silkələnmə yaratdı.
Yaranmış şərait
xalqımızı uzun
zamandan sonra birləşməyə, ermənilərin
milli təhlükəyə çevrilən iddialarını puça
çıxarmaq üçün
düşünülmüş fəaliyyətə sövq
etdi. Dağlıq Qarabağı Ermənistana
birləşdirmək cəhdi
Azərbaycanda bütün
fəaliyyət sahələrində
fərqli atmosfer və baxışın yaranmasına səbəb olurdu.
Uzun illər
çalışdıqları iş yerlərində əsasən, plan doldurmağın qayğısına
qalan soydaşlarımız
artıq öz fəaliyyətləri ilə
xalqa faydalı olmaq haqqında düşünürdülər. Bu sırada kommunist ideologiyasının təbliğatçısından
başqa heç bir funksiyası olmayan sovet mətbuatının
tərkib hissəsinə
çevrilmiş Azərbaycan
mediası da mühüm rol oynayırdı. Erməni separatizminin yenidən baş qaldırmasından
sonra Azərbaycan mətbuatı da silkələnərək, on
illərlə üzərinə topladığı "sovet
toz-torpağı”nı üstündən
atdı. Bunun nəticəsində Qarabağın
gerçək tarixi, Azərbaycan xalqının
milli maraqlarından irəli gələn materiallar dövri nəşrlərdə daha
sıx dərc olunmağa başladı. Ölkənin tanınmış
jurnalistləri öz qələmləri ilə ermənilərin iddialarına qarşı mübarizədə əsas
ağırlığı üzərlərinə
götürdülər. O dövr Azərbaycanda nəşr olunan respublika əhəmiyyətli
azsaylı qəzetlər
əməkdaşlarını Dağlıq Qarabağa, muxtar vilayətin azərbaycanlılar yaşayan
ucqar kəndlərinə
ezam edir, onların hazırladıqları
ətraflı materiallar
vasitəsilə oxucuları
unudulmuş yaşayış
məntəqələrindəki vəziyyətlə tanış etməyə çalışırdılar. Qarabağ həqiqətlərinin
respublika ictimaiyyətinə
obyektiv çatdırılmasında
xüsusi yer tutan ovaxtkı nəşrlərdən biri
də "Molodyoj Azerbaydjana” qəzeti hesab olunurdu. Respublika komsomol təşkilatının rusdilli
qəzeti olan bu nəşr digər qəzetlərdən
fərqli olaraq, yenidənqurmanın yaratdığı
imkanlardan maksimum faydalanmağa çalışır,
öz səhifələrində
cəsarətli materiallara
tez-tez yer verirdi. Heç də təsadüfi deyil ki, Qarabağ
münaqişəsinin təkrar
alovlanmasından sonra Azərbaycan mətbuatının
verdiyi ilk şəhid də "Molodyoj Azerbaydjana” qəzetinin müxbiri, tanınmış jurnalist
Salatın Əsgərova
oldu. Dünən qəhrəman jurnalist Salatın Əsgərovanın
doğum günü idi. Yaşasaydı, 54 yaşı olacaqdı...
O, qələmiylə mübarizə aparanlardan idi..Yəqin ki, jurnalistləri ictimai döyüşçü
adlandırsaq,
kimsə
bizi qınamaz.
Məgər, jurnalistlər qələmi silah edərək ictimai rəyin formalaşması
uğrunda döyüşmürmü? Elə jurnalistikanın
özəlliyi də bundadır. Nə xoş ki, Azərbaycanın
Milli Qəhrəmanı
adına layiq görülən ilk xanım həmkarımız
olmuş Salatın Əsgərovadır. 1961-ci il dekabrın 16-da Bakıda anadan olan Salatın
Əsgərovanın nə vaxtsa jurnalistikaya üz tutacağı, tanınmış
imza sahibinə çevriləcəyi, nəhayət,
peşə borcunu yerinə yetirərkən şəhidlik zirvəsinə
ucalacağını yəqin
ki, heç onun özü də təsəvvür etmirdi. Hər halda, 1979-cu ildə
18 saylı orta məktəbi bitirərək
sənədlərini Neft
və Kimya İnstitutuna verən S.Əsgərovanın mətbuata
gəlişi gözlənilən
deyildi. Lakin institutu bitirərək
mühəndis ixtisasına
yiyələnən Salatın
sonrakı fəaliyyətini
mətbuata bağladı.
O, əvvəlcə "Baku” qəzetində işləməyə
başladı. 1988-ci ildə isə "Molodyoj Azerbaydjana” qəzetinə keçdi və qısa müddətdə imzasını
respublika oxucusuna tanıtdıra bildi.
Qarabağda məlum hadisələr
baş qaldırdıqdan
sonra muxtar vilayətə tez-tez səfər edən jurnalistlər arasında S.Əsgərovanın adı
da keçirdi. Vətən sevgisi
ona qadın olduğunu və belə səfərlərin
təhlükəsini elə
bil, tamam unutdururdu. İxtisasca geofizik olsa
da, dərin müşahidə,
gördüklərini təhlil
etmək qabliyyətinə
malik olan bu xanımı jurnalistika özünə
daha çox cəlb edib.
S.Əsgərova müxtəlif mövzularda
yazırdı. Onun qəzet səhifələrində
toxunduğu problemlər
həyatımızın ən
vacib, ən ümdə məsələləri
idi. Ancaq Qarabağ problemi,
Azərbaycanın bütövlüyü,
erməni qəsbkarlarına
qarşı igidliklə
vuruşan oğullarımızın
mərdliyi həyatının
son 3 ilində Salatın
Əsgərovanın yazılarının
başlıca mövzusuna
çevrilmişdi.
Bakıda
oturub rahat işləyə bilmirdi...
Peşəsinə sadiq olan bu
qorxmaz qadın Qarabağın ən odlu nöqtələrində
olurdu. "Molodyoj
Azerbaydjana” qəzetinin
oxucuları onun doğma torpağa məhəbbət, azğın
düşmənə nifrət
dolu oçerklərini,
yol qeydlərini səbirsizliklə gözləyirdilər.
Onun həqiqəti söyləyən, erməni
faşizminin iç üzünü açan yazıları yağıların
gözünə ox kimi
sancılırdı. Salatının Xocalıdakı xüsusi təyinatlı polis dəstəsinin
fəaliyyətindən, çətin
döyüş əməliyyatlarından
bəhs edən "Omonçular” adlı sonuncu yazısı söylədiyimiz fikrin təsdiqi üçün
kifayətdir. Jurnalist bu
yazısında təkcə
döyüşçülərin igidliyindən yazmır, həm də imperiya nökərlərini
kəskin tənqid edirdi. Yazı belə bir məntiqi
yekunla bitir:
"SSRİ prezidentinin (M.Qorbaçovun)
DQMV-də qanunsuz silahlı birləşmələrin
tərksilah edilməsi
barədə fərmanına
əməl olunmursa, respublikamızda prezident idarəçiliyinə nə
ehtiyac var?”.
S.Əsgərovanın boğazında zob xəstəliyi var idi. Bu xəstəlik jurnalistin yolunu kəsir, gördüyü
işlər qarşısında
ona mane olurdu. Yaxın adamları ona əməliyyat olunmağı
məsləhət görsələr
də, jurnalist bununla razılaşmırdı,
deyirdi ki, boş şeylərə, mənasız yerə vaxt itirməyə dəyməz. Sanki hansısa daxili qüvvə Salatın Əsgərovaya deyirdi ki, "sən bu gün cərrahiyyə
stolunda yox, Vətən oğullarının
al qanına boyanmış
torpaqlarımızda olmalısan,
düşmənlə üz-üzə
dayanmalısan”. Qarabağ adı
gələndə onun
yadından hər şey çıxırdı.
Şəhidlik zirvəsi...
1991-ci il yanvarın
9-u düşmən gülləsi
bu fədakar qadın jurnalistimizin həyatına son qoymaqla yanaşı, həm də Azərbaycan mətbuatının ilk şəhidinin
verdiyi tarix kimi yaddaşlara həkk olundu. Həmin gün növbəti ezamiyyət çərçivəsində
avtomobildə sovet hərbçilərinin müşayiəti
ilə Laçından
Şuşaya doğru
hərəkət edən
Salatın erməni yaraqlılarının qurduqları
pusquya düşərək
aldığı güllə
yarasından dünyasını
dəyişdi. S.Əsgərova
layiq olduğu yerdə - Bakının Şəhidlər Xiyabanında
dəfn edildi. Azərbaycan dövləti
və xalqı öz qəhrəman qızının, şəhid
jurnalistimizin xatirəsini
hörmətlə yaşatmaqdadır.
Salatın Əsgərova
Azərbaycan Prezidentinin
6 noyabr 1992-ci il tarixli fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bundan başqa, paytaxt Bakıda bir küçə və Bakı buxtasında gəzinti gəmilərindən
biri Salatın Əsgərovanın adını
daşıyır. Salatının
həlak olduğu əraziyə ən yaxın yerləşən
kənd də onun şərəfinə
Salatınkənd adlandırılıb.
O, özündən sonra
bir oğlan övladını da yadigar qoyub gedib.
Həmkarımız şəhidlik
zirvəsinə yüksələndə
cəmi bir neçə yaşı olan oğlu Ceyhun Əsgərov böyüyərək anasının
jurnalistikadakı yolunu
uğurla davam etdirib.
1991-ci ilin yanvarın
8-də yola çıxan
jurnalistin ezamiyyəti
Laçına idi. Ancaq o, Şuşada
- Qaladərəsində həlak
oldu. Çoxdan tanıdığı, şəxsiyyətinə böyük
hörmət etdiyi rus döyüşçü
Oleq Larionovun Şuşada olduğunu eşitmişdi. Oleq Larionov
Qazaxda S.Əsgərovanı
ölümdən xilas
etmişdi. Erməni təcavüzkarlarına
qarşı aparılan
əməliyyatlarda, döyüşlərdə
onun mərdliyinin dəfələrlə şahidi
olan jurnalist döyüşçü ilə
görüşmək, ondan
müsahibə almaq istəyirdi. S.Əsgərova bunu özünün vəzifə borcu hesab edirdi. Odur ki, Şuşaya getdi. Salatın Əsgərova Larionovla
söhbət etdi.
Ancaq bu söhbəti yarı yolda düşmən avtomatlarının
səsi susdurdu. Salatının gicgahına
dəyən güllə
onun dünyaya sığmayan Vətən
eşqini, gənc ömrünü Qarabağın
qanlı yollarında yarımçıq qoydu...
Onun necə şəhid olması haqqında sənədlərdə
bu bilgilər verilib: "1991-ci il yanvarın 9-da pusquda durmuş erməni terrorçuları tərəfindən
Yevlax-Laçın yolunun
141 km-də (Şuşa
rayonu ərazisi) Gəncə şəhərinin
44682 saylı hərbi
hissəsinə məxsus
"UZ 469” markalı 30-14 NB dövlət nömrə nişanlı avtomaşın
atəşə tutulmuş
və nəticədə
sürücü, kəşfiyyat
batalyonunun komandiri, polkovnik-leytenant O.Larionov, Laçın rayonu hərbi komendaturasının
qərargah rəisi,
mayor İ.İvanov və
"Azərbaycan Gəncləri”
qəzetinin müxbiri
Salatın Əsgərova
şəhid olub”.
İsmayıl
Şərq.-
208.- 10 yanvar.- S.11.