“Atam doğrudan da zəhmli idi”
Fərrux
Şıxlı :” Amma elə şərait
yaratmışdı ki, sözümüzü deməyə
çəkinmirdik"
Bu il Xalq yazıçısı, görkəmli
ictimai xadim İsmayıl Şıxlının 100 illik
yubileyidir. Böyük yazıçının yubileyinin
dövlət səviyyəsində qeyd olunması ilə
bağlı Prezident İlham Əliyev sərəncam
imzalayıb. Mədəniyyət Nazirliyi
İ.Şıxlının yubiley tədbirlərinin silsilə
şəkildə keçirilməsi üçün artıq
işlərə başlayıb. Bakıda və Xalq
yazıçısının doğulduğu Qazax rayonunda
geniş tədbirlərin baş tutacağı gözlənilir.
"Şərq" qəzeti olaraq görkəmli
ədəbiyyat adamımızın yubileyinə biz də
töhfəmizi vermək istədik. " ” üsahibimiz isə
mətbuatda az-az görünən İ.Şıxlının
sonbeşiyi, oğlu Fərrux Şıxlıdr. Fərrux bəylə
söhbətimizdə onun atası ilə bağlı
maraqlı xatirələrinə işıq tutmağa
çalışdıq.
Fərrux Şıxlı öncə yubiley tədbirləri
haqqında qısa məlumat verdi. Qeyd etdi ki, Mədəniyyət
Nazirliyi ilə tədbirlərin keçirilməsi məsələlərinin
danışıqları aparılır....
- Təxminən may ayının ikinci
yarısında Bakıda böyük tədbir keçiriləcək.
Sonra, Qazaxda çoxlu silsilə tədbirlərin keçirilməsi
nəzərdə tutulub. Bunlarla daha çox
Elçin (qardaşı, tanınmış jurnalist Elçin
Şıxlınski - A.😎 məşğul
olur. Ona senarilər verirlər, məsləhətləşirlər
ki, bunu necə edək, tədbiri necə təşkil edək
və s. Yubiley tədbirləri aprelin sonunda Qazaxda konfransın
keçirilməsi ilə başlamalıdır. Mədəniyyət
Nazirliyi tərəfindən də, Qazax Rayon İcra Hakimiyyəti
tərəfindən də təkliflər edilib. Biz də təkliflərimizi
veririk. Yaxşı olacağına inanıram.
"ATAM BİZƏ OYUNCAQ ALANDA, BİR GÜN
BİZLƏ BİR YERDƏ ÖZÜ DƏ O OYUNCAQLARLA
OYNAYIRDI”
- Uşaqlığınızı necə
xatırlayırsız? İsmayıl müəllimin
övladları ilə davranışı necə idi?
Uşaqlıq xatirələrinizdə nələr qalıb?
- Bir yandan deyə bilərlər ki,
İsmayıl Şıxlı haqqında danışmaq mənim
üçün asandır, çünki atam olub.
Uşaqlığımdan, gözümü açandan, atam
dünyasını dəyişənə kimi yanında
olmuşam. Bir yandan da çətindir danışmaq. Necə
deyim, uşaq idik, o qədər də dərk etmirdik ki,
atamız kimdir. Adətən uşaqlarda valideyndən nələrisə
istəmək var, tələbləri olur. Amma biz o qədər
də tələbkar deyildik, imkan daxilində əlbəttə
atam bizə nələrsə alırdı, oyuncaqlar
alırdı. Həmişə deyirdi ki, onların
uşaqlığı çox ağır keçib,
müharibə dövrünə təsadüf edib,
oyuncaqları olmayıb. Atam bizə oyuncaq alanda, bir gün bizlə
bir yerdə özü də o oyuncaqlarla oynayırdı.
Deyirdi, "biz görməmişik, sizinlə
uşaqlığımı yaşayıram sanki".
Uşaqlıqla bağlı xatirələr
çoxdur. Məsələn, hər yay bizi başqa şəhərlərə
gəzməyə aparırdı. Özü imkan daxilində səyahəti
çox sevirdi. Demək olar ki, keçmiş SSRİ məkanı
hüdudlarında bir çox şəhərlərə gəzməyə
aparıb. Səyahət baxımından
uşaqlığımız əla keçib.
- Tək səyahətə getdiyi olurdumu?
- SSRİ Yazıçılar
İttifaqının sanatoriyalarında Yaradıcılıq
Evləri vardı. Bəzən qış aylarında
özü tək gedib, bir ay orada qalırdı. Buna səyahət
yox, daha çox işləməyə getmək adı versək
daha düzgün olar. O sanatoriyada yazıb-yaratmaqla məşğul
olurdu. Amma yayda həmişə ailə üzvlərimizlə
birlikdə gedirdik başqa şəhərlərə.
Çox vaxt Şimali Qafqazdakı şəhərlərə,
əsasən də Nalçikə gedirdik. Sovet
dövrünün yazıçılarının ən
çox getdiyi, istirahət etdiyi yerlər,
Yaradıcılıq Evləri olan sanatoriyalar idi. Nə deyim,
çox gözəl uşaqlığımız olub.
- Atanız oxumağınıza, dərslərinizə
nəzarət edirdimi? Dərslə bağlı hansısa
problem yarananda İsmayıl müəllimə, yoxsa ananıza
müraciət edirdiz?
- Özünü tərifləmək kimi
olmasın, biz dərslərimizi pis oxumurduq. Elə də
çətinliyimiz, problemimiz yaranmırdı. Amma təbii ki,
nəzarət edirdilər, maraqlanırdılar. Bizim də
hansısa problemimiz olsa, valideynlərimizə müraciət
edirdik. Çox vaxt anama deyirdik, amma atama da müraciət
edirdik. İbtidai siniflərdə valideynlərimiz dərslərimizə
kömək edirdilər. Böyüdükcə,
özümüz öhdəsindən gəlirdik.
Müəllim inşa yazmağı
tapşıranda, əsasən atama müraciət edirdik. Onu
deyim ki, atam ədəbiyyatçı olmağına baxmayaraq,
riyaziyyatı da pis bilmirdi. Riyaziyyatla bağlı çətinlik
olardısa, atam yenə də, köməkliyini göstərirdi.
- İsmayıl müəllim haqqında
danışarkən, onu bir çox hallarda zəhmli, necə
deyərlər, ağırtaxtalı kişi kimi xarakterizə
edirlər. Siz gənclik illərində, sonrakı dövrdə
atanızın zəhmini üzərinizdə hiss edirdinizmi? Yəni
o zəhmdən çəkinirdinizmi?
- Biz heç vaxt atamıza sözümüzü
deməyə çəkinməmişik. Elə bir şərait
yaratmışdı ki, fikrimizi çəkinmədən
deyirdik. O da həmişə bizi canla-başla dinləyirdi, məsləhətlərini
verirdi. Zəhmli idi doğrudan da. Amma
çalışırdıq ki, onun zəhminə tuş gəlməyək.
Cəmiyyətdə, məktəbdə, universitetdə
özümüzü elə aparırdıq ki, atamızın
adına söz gəlməsin. Artıq kimin
övladları olduğumuzu anlayırdıq.
Çalışırdıq elə hərəkət edək
ki, kənardan deməsinlər ki, "bu, İsmayıl
Şıxlının oğludur, görün özünü
necə aparır". Üzərimizdə İsmayıl
Şıxlının oğlu olmaq məsuliyyəti vardı
ki, biz bunu dərk edirdik, məsuliyyətimizi başa
düşürdük. Hər zaman çalışdıq ki,
özümüzü atamıza layiq övlad olaraq aparaq. O da
davranışımızla bağlı bizə hansısa irad
bildirməyib. Təbii ki, ola bilər hansısa
narazılığı da olub. Valideyndir, hər valideynin
övladından xırda da olsa narazı qaldığı məqamları
var. Amma ciddi narazılıqlarını görməmişik.
- 1990-cı illərdə, Qarabağ
münaqişəsi yeni başlayan zamanlarda, İsmayıl
müəllim parlament tribunasından SSRİ-yə, mərkəz
Moskvaya qarşı sərt ifadələr işlədirdi. Təbii
ki, həmin zaman İsmayıl müəllimə təzyiqlər
olurdu çıxışlarına, bəyanatlarına
qarşı basqılar vardı. Siz yanında olmusuz, həmin
o gərgin anlarını necə xatırlayırsız?
- Təbii ki, gərgin idi o dönəmlər. Əsəbi idi. Ölkənin
taleyi onu çox narahat edirdi. Amma o, təzyiqlərdən
çəkinən, qorxan adam deyildi. Hər şeyə rəğmən
sözünü deməli idi. Yadımdadır ki, o gərgin
vaxtlarda qardaşım Elçinlə yaxınlaşdıq
atama, dedik ki, birdən sən bizi düşünərsən,
bizimlə bağlı hansısa narahatlığın olar,
fikrini deməkdən çəkinərsən. Biz bilirdik ki, o
basqılardan çəkinən insan deyil. Sadəcə bizə
görə çəkindiyi an ola bilərdi. Bildirdik ki, bizimlə
bağlı heç bir narahatlığın olmasın,
sözünü hər zaman düşündüyün kimi
de, bizdən nigaran qalma. Hamı kimi Qarabağ məsələləri,
işğal İsmayıl müəllimi də narahat edirdi,
ziyalı olaraq Azərbaycanın taleyindən çox nigaran
idi. Hər zaman özünü bir döyüşçü
kimi görürdü.
Mənim bir epizod yadımdadır. 1990-cı ildə
anamla birlikdə Qazaxda idilər. Bir televiziya kanalı AzTV
vardı ki, hamı ona baxırdı. Xəbərlərdən
gördük ki, Qazaxa ermənilər hücum ediblər,
Bağanıs Ayrım soyqırımını törədiblər.
Biz də övladları olaraq narahat qaldıq. O vaxt mobil telefon yox, telefon-poçt
sistemi bəzi yerlərdə dağılıb, işləmir.
Atamla anamın nə etdiklərindən xəbərsiz
idik, nigaran qalmışdıq. Sonra
televiziyadan axşam xəbərlərində Qazaxdan reportaj
verilirdi. Atamı əlində avtomat,
insanların qarşısında, ön cərgədə
gördük. Bundan sonra bir az
rahatlandıq, sağ-salamat olduqlarına sevindik.
- Parlament
tribunasından odlu-alovlu çıxışları olurdu...
-
Sessiyalara gedib-gəlirdi, fikirlərini qorxmadan səsləndirirdi.
Yadımdadır, gərgin iclasların birində xəstə
olsa da, dedi ki, ora getməliyəm. Qarabağ
hadisələri atama çox pis təsir etmişdi, səhhətində
problemlər yaranmışdı. Milli Məclislə
üzbəüz, indiki Mərkəzi Klinik Xəstəxanada
müalicə alırdı. Zəng elədi evə, dedi
gəlin məni Milli Məclisə aparın, vacib iclasdır,
orada məsələlər həll olunur, mən burda yata bilmərəm.
Dedik, həkim
icazə vermir, ürəyində problem var, stress olmaz, tərpənmək
olmaz. Dedi yox, mütləq gəlib məni parlamentə
aparmalısız. Biz gəldik qardaşımla xəstəxanaya,
orda hərəmiz bir qoluna girdik, yolu keçirib, gətirib
Milli Məclisin qapısından içəri
ötürdük. Çox narahat idik.
Çünki həkimlər demişdi belə vəziyyətdə
tərpətmək qorxuludur. Amma atam dedi yox, mən əksinə,
xəstəxanada qalsam daha pis olaram. Milli Məclisin
qarşısında narahat vəziyyətdə gözlədik.
"XƏSTƏXANADA
MÜALİCƏ ALIRDI. ZƏNG ELƏDİ EVƏ, DEDİ
GƏLİN MƏNİ MİLLİ MƏCLİSƏ APARIN,
VACİB İCLASDIR, ORADA MƏSƏLƏLƏR HƏLL OLUNUR,
MƏN BURDA YATA BİLMƏRƏM"
Maraqlısı odur ki, atam Milli Məclisdən çox
gümrah halda, şux qamətlə çıxdı. Qolundan
tutmağa ehtiyac yox idi. Çünki
iclasda sözünü demişdi, rahat olmuşdu. Özü yolu keçdi, xəstəxanaya
qayıtdı. Yəni İsmayıl müəllim
üçün ölkənin taleyi həssas məsələ
idi. Ən çətin vəziyyətdə
də olsa, əlindən gələni edirdi.
-
Yaradıcılıq prosesi necə yadınızda qalıb? Yəni evdə yazan zamanları necə
xatırlayırsız?
- Evdə
atamın, bizim kabinet dediyimiz otağı vardı. İş otağının çölə baxan pəncərəsindən
başqa divarlarının hər yeri kitab idi. Sanki divar daşla yox, kitabla
hörülmüşdü. Yerdən
tavana qədər kitab rəfləri idi. O rəflərdə
dünya ədəbiyyatına, Azərbaycan ədəbiyyatına
aid kitablar yer almışdı. Yadımdadır,
iş masasının bir "gözü" vardı, ora biz
heç vaxt baxmadıq. Artıq yekə
kişilər olsaq da, heç zaman o "gözü"
açmazdıq. Bilirdik ki, orada atamın
vacib yazıları, sənədləri var, onu qurdalamaq olmaz.
Girirdi iş otağına, qapını da
bağlayırdı, başlayırdı yazmağa. Biz də öz otağımıza çəkilib,
qapını bağlayırdıq ki, səs salmayaq, sakitlik
olsun ki, atam işləsin. Arada çay istəyəndə
səsləyirdi, çay aparırdıq.
Otağında yazı makinası vardı. Amma atam
birbaşa makinada yaza bilmirdi. Ancaq
kağıza yazırdı, sonra makina ilə
köçürülürdü. Biz
kömək edirdik, makinaya biz köçürürdük.
İsmayıl müəllimin xətti çox qəliz
idi, bəzən çətinlik çəkirdik əlyazmasını
köçürməkdə. Otururdu
yanımızda, diktə edirdi, makinada yazırdıq. Yaradıcılıq prosesi ilə bağlı, bir də
dediyim kimi, qış aylarında Yazıçılar
İttifaqının Yaradıcılıq Evlərinə gedib,
orda yazmaqla məşğul olurdu. Moskva ətrafında
"Peredelka" deyilən yer vardı, orada
yaradıcılıqla məşğul olmağı sevirdi.
Çünki həmin yerdəki Yaradıcılıq Evinin ərtafı
meşəlik, hər tərəf qar, sakitlik... Bu
da yazıçı üçün münbit şərait
deməkdir.
-
Yazdıqlarını ilk kimə oxuyurdu?
- "Dəli Kür" romanını yazanda biz
uşaq olmuşuq. İstəsə belə bizə oxuya bilməzdi.
"Dəli Kür" dərslikdə var idi,
biz şagird vaxtı oxuduq. Evimiz
yazıçıların binasında idi. O binada Azərbaycanın
ən tanınmış, görkəmli yazıçıları
yaşayırdılar. O zamanlar yazıçılar bir-birinin
evinə gedirdi, müzakirələr aparırdılar. Məsələn,
mərhum yazıçımız İsa Muğanna ilə atam
yaxın dost idilər. Həm də qonşu
idik. Biz uşaq idik, həyətdə
oynayırdıq. İsa müəllim,
başqa yazıçılar gəlirdilər, çəkilirdilər
kabinetə, yeni yazdıqlarını biri-birlərinə
oxuyurdular, müzakirə aparırdılar, fikirlərini
bölüşürdülər. Uşaq
vaxtı o qədər də anlamırdıq, onların
kabinetdə nədən danışdıqlarını dərk
etmirdik. Böyüyəndə anladıq
ki, biri-birlərinə yazdıqlarını oxuyurmuşlar.
Atam yazdığını ilk dəfə
görkəmli yazıçımız Mehdi Hüseynə
oxuyurmuş. Ümumiyyətlə,
İsmayıl müəllim ilk qələm təcrübəsini,
ilk yazdıqlarını hər zaman Mehdi müəllimə
göstərib, oxuyub. Mehdi Hüseyni həmişə
özünün ədəbiyyatdakı müəllimi
adlandırırdı. Böyüdük,
ağlımız kəsən vaxtlar bizə də oxuyurdu.
Məsələn, atamın yazdığı məşhur
rəvayətləri var, silsilə şəklində. Yadımdadır ki, onları yazanda ailəcə
yığılırdıq, ilk bizə oxuyurdu.
-
Heç olubmu ki, hansısa bir probleminiz yaranıb, sənədləmi
bağlı, işləmi bağlı, İsmayıl müəllimin
nüfuzundan, adından istifadə edərək bunu həll
etmisiz?
-
Çalışırdıq ki, atamızın adından
heç yerdə istifadə etməyək. Elə
bir həyati vacib məsələ də olmayıb ki, bunun həlli
üçün atamın nüfuzundan istifadə edək,
yoluna qoyaq. İsmayıl Şıxlı
adından sui-istifadəyə yol verməmişik heç vaxt.
Atamın da bundan xoşu gəlmirdi.
- İsmayıl müəllimin yoxluğunda, onun
zamanında sizə verdiyi məsləhətləri, tövsiyələri
hansısa məsələdə köməyinizə gəlibmi? Rəhmətə
gedəndən sonra atanızın yoxluğu
yaşamınıza, həyatınıza hansı təsirləri
göstərdi?
- Atam bizi
yanına çağırıb xüsusi tövsiyə
vermirdi. Təvazökarlıqdan uzaq ola bilər,
amma atamın yaşam tərzi bizim üçün tövsiyə
idi. Bizim yaşamımız üçün
atam bir məktəb rolunu oynadı. Xüsusi tövsiyəsi
yox idi, çağırsın desin ki, "uşaqlar, bunu belə
edin, onu elə edin". Onun
davranışından, addımlarından, ağlımız kəsəndən,
böyüyəndən sonra öz dərsimizi
almışdıq. Atam dünyasını
dəyişəndən sonra, təbii ki, bu hadisənin bizim
ailəmizə təsirləri oldu. Əlbəttə,
yaşayırıq, həyat davam edir. Amma hər zaman
atama ehtiyac hiss edirəm.
"BU
GÜN DƏ ÇALIŞIRIQ Kİ, CƏMİYYƏTDƏ
ÖZÜMÜZÜ ELƏ APARAQ Kİ, KƏNARDAN BAXAN
DESİN Kİ, "OĞLANLARI İSMAYIL ŞIXLIYA
LAYİQDİRLƏR"
Bilirsiz, adam cavan olanda bəlkə o qədər də
dərk etmir, amma yaşlananda ataya, ümumiyyətlə,
valideynə böyük ehtiya İSMAYIL ŞIXLININ
SONBEŞİYİ: "UŞAQLIĞIMDAN, DÜNYASINI
DƏYİŞƏNƏ KİMİ ATAMIN YANINDA
OLMUŞAM" - MÜSAHİBƏ
Fərrux Şıxlı: “Doğrudan da zəhmli
adam idi, amma elə şərait yaratmışdı ki,
sözümüzü deməyə çəkinmirdik"
Bu il Xalq yazıçısı, görkəmli
ictimai xadim İsmayıl Şıxlının 100 illik
yubileyidir. Böyük yazıçının yubileyinin
dövlət səviyyəsində qeyd olunması ilə
bağlı Prezident İlham Əliyev sərəncam
imzalayıb. Mədəniyyət Nazirliyi
İ.Şıxlının yubiley tədbirlərinin silsilə
şəkildə keçirilməsi üçün artıq
işlərə başlayıb. Bakıda və Xalq
yazıçısının doğulduğu Qazax rayonunda
geniş tədbirlərin baş tutacağı gözlənilir.
"Şərq" qəzeti olaraq görkəmli
ədəbiyyat adamımızın yubileyinə biz də
töhfəmizi vermək istədik. " ” üsahibimiz isə
mətbuatda az-az görünən İ.Şıxlının
sonbeşiyi, oğlu Fərrux Şıxlıdr. Fərrux bəylə
söhbətimizdə onun atası ilə bağlı
maraqlı xatirələrinə işıq tutmağa
çalışdıq.
Fərrux Şıxlı öncə yubiley tədbirləri
haqqında qısa məlumat verdi. Qeyd etdi ki, Mədəniyyət
Nazirliyi ilə tədbirlərin keçirilməsi məsələlərinin
danışıqları aparılır....
- Təxminən may ayının ikinci
yarısında Bakıda böyük tədbir keçiriləcək.
Sonra, Qazaxda çoxlu silsilə tədbirlərin keçirilməsi
nəzərdə tutulub. Bunlarla daha çox
Elçin (qardaşı, tanınmış jurnalist Elçin
Şıxlınski - A.😎 məşğul
olur. Ona senarilər verirlər, məsləhətləşirlər
ki, bunu necə edək, tədbiri necə təşkil edək
və s. Yubiley tədbirləri aprelin sonunda Qazaxda konfransın
keçirilməsi ilə başlamalıdır. Mədəniyyət
Nazirliyi tərəfindən də, Qazax Rayon İcra Hakimiyyəti
tərəfindən də təkliflər edilib. Biz də təkliflərimizi
veririk. Yaxşı olacağına inanıram.
"ATAM BİZƏ OYUNCAQ ALANDA, BİR GÜN
BİZLƏ BİR YERDƏ ÖZÜ DƏ O OYUNCAQLARLA
OYNAYIRDI”
- Uşaqlığınızı necə
xatırlayırsız? İsmayıl müəllimin övladları
ilə davranışı necə idi? Uşaqlıq xatirələrinizdə
nələr qalıb?
- Bir yandan deyə bilərlər ki,
İsmayıl Şıxlı haqqında danışmaq mənim
üçün asandır, çünki atam olub.
Uşaqlığımdan, gözümü açandan, atam
dünyasını dəyişənə kimi yanında
olmuşam. Bir yandan da çətindir danışmaq. Necə
deyim, uşaq idik, o qədər də dərk etmirdik ki,
atamız kimdir. Adətən uşaqlarda valideyndən nələrisə
istəmək var, tələbləri olur. Amma biz o qədər
də tələbkar deyildik, imkan daxilində əlbəttə
atam bizə nələrsə alırdı, oyuncaqlar
alırdı. Həmişə deyirdi ki, onların
uşaqlığı çox ağır keçib,
müharibə dövrünə təsadüf edib,
oyuncaqları olmayıb. Atam bizə oyuncaq alanda, bir gün bizlə
bir yerdə özü də o oyuncaqlarla oynayırdı.
Deyirdi, "biz görməmişik, sizinlə
uşaqlığımı yaşayıram sanki".
Uşaqlıqla bağlı xatirələr
çoxdur. Məsələn, hər yay bizi başqa şəhərlərə
gəzməyə aparırdı. Özü imkan daxilində səyahəti
çox sevirdi. Demək olar ki, keçmiş SSRİ məkanı
hüdudlarında bir çox şəhərlərə gəzməyə
aparıb. Səyahət baxımından
uşaqlığımız əla keçib.
- Tək səyahətə getdiyi olurdumu?
- SSRİ Yazıçılar
İttifaqının sanatoriyalarında Yaradıcılıq
Evləri vardı. Bəzən qış aylarında
özü tək gedib, bir ay orada qalırdı. Buna səyahət
yox, daha çox işləməyə getmək adı versək
daha düzgün olar. O sanatoriyada yazıb-yaratmaqla məşğul
olurdu. Amma yayda həmişə ailə üzvlərimizlə
birlikdə gedirdik başqa şəhərlərə.
Çox vaxt Şimali Qafqazdakı şəhərlərə,
əsasən də Nalçikə gedirdik. Sovet
dövrünün yazıçılarının ən
çox getdiyi, istirahət etdiyi yerlər,
Yaradıcılıq Evləri olan sanatoriyalar idi. Nə deyim,
çox gözəl uşaqlığımız olub.
- Atanız oxumağınıza, dərslərinizə
nəzarət edirdimi? Dərslə bağlı hansısa
problem yarananda İsmayıl müəllimə, yoxsa ananıza
müraciət edirdiz?
- Özünü tərifləmək kimi
olmasın, biz dərslərimizi pis oxumurduq. Elə də
çətinliyimiz, problemimiz yaranmırdı. Amma təbii ki,
nəzarət edirdilər, maraqlanırdılar. Bizim də
hansısa problemimiz olsa, valideynlərimizə müraciət
edirdik. Çox vaxt anama deyirdik, amma atama da müraciət
edirdik. İbtidai siniflərdə valideynlərimiz dərslərimizə
kömək edirdilər. Böyüdükcə,
özümüz öhdəsindən gəlirdik.
Müəllim inşa yazmağı
tapşıranda, əsasən atama müraciət edirdik. Onu
deyim ki, atam ədəbiyyatçı olmağına baxmayaraq,
riyaziyyatı da pis bilmirdi. Riyaziyyatla bağlı çətinlik
olardısa, atam yenə də, köməkliyini göstərirdi.
- İsmayıl müəllim haqqında
danışarkən, onu bir çox hallarda zəhmli, necə
deyərlər, ağırtaxtalı kişi kimi xarakterizə
edirlər. Siz gənclik illərində, sonrakı dövrdə
atanızın zəhmini üzərinizdə hiss edirdinizmi? Yəni
o zəhmdən çəkinirdinizmi?
- Biz heç vaxt atamıza sözümüzü
deməyə çəkinməmişik. Elə bir şərait
yaratmışdı ki, fikrimizi çəkinmədən
deyirdik. O da həmişə bizi canla-başla dinləyirdi, məsləhətlərini
verirdi. Zəhmli idi doğrudan da. Amma
çalışırdıq ki, onun zəhminə tuş gəlməyək.
Cəmiyyətdə, məktəbdə, universitetdə
özümüzü elə aparırdıq ki, atamızın
adına söz gəlməsin. Artıq kimin
övladları olduğumuzu anlayırdıq.
Çalışırdıq elə hərəkət edək
ki, kənardan deməsinlər ki, "bu, İsmayıl
Şıxlının oğludur, görün özünü
necə aparır". Üzərimizdə İsmayıl
Şıxlının oğlu olmaq məsuliyyəti vardı
ki, biz bunu dərk edirdik, məsuliyyətimizi başa
düşürdük. Hər zaman çalışdıq ki,
özümüzü atamıza layiq övlad olaraq aparaq. O da
davranışımızla bağlı bizə hansısa irad
bildirməyib. Təbii ki, ola bilər hansısa
narazılığı da olub. Valideyndir, hər valideynin
övladından xırda da olsa narazı qaldığı məqamları
var. Amma ciddi narazılıqlarını görməmişik.
- 1990-cı illərdə, Qarabağ
münaqişəsi yeni başlayan zamanlarda, İsmayıl
müəllim parlament tribunasından SSRİ-yə, mərkəz
Moskvaya qarşı sərt ifadələr işlədirdi. Təbii
ki, həmin zaman İsmayıl müəllimə təzyiqlər
olurdu çıxışlarına, bəyanatlarına
qarşı basqılar vardı. Siz yanında olmusuz, həmin
o gərgin anlarını necə xatırlayırsız?
- Təbii ki, gərgin idi o dönəmlər. Əsəbi idi. Ölkənin
taleyi onu çox narahat edirdi. Amma o, təzyiqlərdən
çəkinən, qorxan adam deyildi. Hər şeyə rəğmən sözünü
deməli idi. Yadımdadır ki, o gərgin
vaxtlarda qardaşım Elçinlə yaxınlaşdıq
atama, dedik ki, birdən sən bizi düşünərsən,
bizimlə bağlı hansısa narahatlığın olar,
fikrini deməkdən çəkinərsən. Biz bilirdik ki, o basqılardan çəkinən insan
deyil. Sadəcə bizə görə çəkindiyi
an ola bilərdi. Bildirdik ki,
bizimlə bağlı heç bir narahatlığın
olmasın, sözünü hər zaman
düşündüyün kimi de, bizdən nigaran qalma. Hamı kimi Qarabağ məsələləri,
işğal İsmayıl müəllimi də narahat edirdi,
ziyalı olaraq Azərbaycanın taleyindən çox nigaran
idi. Hər zaman özünü bir
döyüşçü kimi görürdü.
Mənim bir epizod yadımdadır. 1990-cı ildə
anamla birlikdə Qazaxda idilər. Bir
televiziya kanalı AzTV vardı ki, hamı ona baxırdı.
Xəbərlərdən gördük ki, Qazaxa
ermənilər hücum ediblər, Bağanıs Ayrım
soyqırımını törədiblər. Biz də övladları olaraq narahat qaldıq.
O vaxt mobil telefon yox, telefon-poçt sistemi bəzi yerlərdə
dağılıb, işləmir. Atamla anamın
nə etdiklərindən xəbərsiz idik, nigaran
qalmışdıq. Sonra televiziyadan
axşam xəbərlərində Qazaxdan reportaj verilirdi.
Atamı əlində avtomat, insanların
qarşısında, ön cərgədə gördük.
Bundan sonra bir az rahatlandıq, sağ-salamat
olduqlarına sevindik.
- Parlament
tribunasından odlu-alovlu çıxışları olurdu...
-
Sessiyalara gedib-gəlirdi, fikirlərini qorxmadan səsləndirirdi.
Yadımdadır, gərgin iclasların birində xəstə
olsa da, dedi ki, ora getməliyəm. Qarabağ
hadisələri atama çox pis təsir etmişdi, səhhətində
problemlər yaranmışdı. Milli Məclislə
üzbəüz, indiki Mərkəzi Klinik Xəstəxanada
müalicə alırdı. Zəng elədi evə, dedi
gəlin məni Milli Məclisə aparın, vacib iclasdır,
orada məsələlər həll olunur, mən burda yata bilmərəm.
Dedik, həkim
icazə vermir, ürəyində problem var, stress olmaz, tərpənmək
olmaz. Dedi yox, mütləq gəlib məni parlamentə
aparmalısız. Biz gəldik qardaşımla xəstəxanaya,
orda hərəmiz bir qoluna girdik, yolu keçirib, gətirib
Milli Məclisin qapısından içəri ötürdük.
Çox narahat idik. Çünki
həkimlər demişdi belə vəziyyətdə tərpətmək
qorxuludur. Amma atam dedi yox, mən əksinə, xəstəxanada
qalsam daha pis olaram. Milli Məclisin
qarşısında narahat vəziyyətdə gözlədik.
"XƏSTƏXANADA
MÜALİCƏ ALIRDI. ZƏNG ELƏDİ EVƏ, DEDİ
GƏLİN MƏNİ MİLLİ MƏCLİSƏ APARIN,
VACİB İCLASDIR, ORADA MƏSƏLƏLƏR HƏLL OLUNUR,
MƏN BURDA YATA BİLMƏRƏM"
Maraqlısı odur ki, atam Milli Məclisdən çox
gümrah halda, şux qamətlə çıxdı. Qolundan
tutmağa ehtiyac yox idi. Çünki
iclasda sözünü demişdi, rahat olmuşdu. Özü yolu keçdi, xəstəxanaya
qayıtdı. Yəni İsmayıl müəllim
üçün ölkənin taleyi həssas məsələ
idi. Ən çətin vəziyyətdə
də olsa, əlindən gələni edirdi.
-
Yaradıcılıq prosesi necə yadınızda qalıb? Yəni evdə yazan zamanları necə
xatırlayırsız?
- Evdə
atamın, bizim kabinet dediyimiz otağı vardı. İş otağının çölə baxan pəncərəsindən
başqa divarlarının hər yeri kitab idi. Sanki divar daşla yox, kitabla
hörülmüşdü. Yerdən
tavana qədər kitab rəfləri idi. O rəflərdə
dünya ədəbiyyatına, Azərbaycan ədəbiyyatına
aid kitablar yer almışdı. Yadımdadır,
iş masasının bir "gözü" vardı, ora biz
heç vaxt baxmadıq. Artıq yekə
kişilər olsaq da, heç zaman o "gözü"
açmazdıq. Bilirdik ki, orada atamın
vacib yazıları, sənədləri var, onu qurdalamaq olmaz.
Girirdi iş otağına, qapını da
bağlayırdı, başlayırdı yazmağa. Biz də öz otağımıza çəkilib,
qapını bağlayırdıq ki, səs salmayaq, sakitlik
olsun ki, atam işləsin. Arada çay istəyəndə
səsləyirdi, çay aparırdıq.
Otağında yazı makinası vardı. Amma atam
birbaşa makinada yaza bilmirdi. Ancaq
kağıza yazırdı, sonra makina ilə
köçürülürdü. Biz
kömək edirdik, makinaya biz köçürürdük.
İsmayıl müəllimin xətti çox qəliz
idi, bəzən çətinlik çəkirdik əlyazmasını
köçürməkdə. Otururdu
yanımızda, diktə edirdi, makinada yazırdıq. Yaradıcılıq prosesi ilə bağlı, bir də
dediyim kimi, qış aylarında Yazıçılar
İttifaqının Yaradıcılıq Evlərinə gedib,
orda yazmaqla məşğul olurdu. Moskva ətrafında
"Peredelka" deyilən yer vardı, orada
yaradıcılıqla məşğul olmağı sevirdi.
Çünki həmin yerdəki Yaradıcılıq Evinin ərtafı
meşəlik, hər tərəf qar, sakitlik... Bu
da yazıçı üçün münbit şərait
deməkdir.
-
Yazdıqlarını ilk kimə oxuyurdu?
- "Dəli Kür" romanını yazanda biz
uşaq olmuşuq. İstəsə belə bizə oxuya bilməzdi.
"Dəli Kür" dərslikdə var idi,
biz şagird vaxtı oxuduq. Evimiz
yazıçıların binasında idi. O binada Azərbaycanın
ən tanınmış, görkəmli
yazıçıları yaşayırdılar. O zamanlar
yazıçılar bir-birinin evinə gedirdi, müzakirələr
aparırdılar. Məsələn, mərhum
yazıçımız İsa Muğanna ilə atam yaxın
dost idilər. Həm də qonşu idik. Biz uşaq idik, həyətdə oynayırdıq.
İsa müəllim, başqa
yazıçılar gəlirdilər, çəkilirdilər
kabinetə, yeni yazdıqlarını biri-birlərinə
oxuyurdular, müzakirə aparırdılar, fikirlərini
bölüşürdülər. Uşaq
vaxtı o qədər də anlamırdıq, onların
kabinetdə nədən danışdıqlarını dərk
etmirdik. Böyüyəndə anladıq
ki, biri-birlərinə yazdıqlarını oxuyurmuşlar.
Atam yazdığını ilk dəfə
görkəmli yazıçımız Mehdi Hüseynə
oxuyurmuş. Ümumiyyətlə,
İsmayıl müəllim ilk qələm təcrübəsini,
ilk yazdıqlarını hər zaman Mehdi müəllimə
göstərib, oxuyub. Mehdi Hüseyni həmişə
özünün ədəbiyyatdakı müəllimi
adlandırırdı. Böyüdük,
ağlımız kəsən vaxtlar bizə də oxuyurdu.
Məsələn, atamın yazdığı məşhur
rəvayətləri var, silsilə şəklində. Yadımdadır ki, onları yazanda ailəcə
yığılırdıq, ilk bizə oxuyurdu.
-
Heç olubmu ki, hansısa bir probleminiz yaranıb, sənədləmi
bağlı, işləmi bağlı, İsmayıl müəllimin
nüfuzundan, adından istifadə edərək bunu həll
etmisiz?
-
Çalışırdıq ki, atamızın adından
heç yerdə istifadə etməyək. Elə
bir həyati vacib məsələ də olmayıb ki, bunun həlli
üçün atamın nüfuzundan istifadə edək,
yoluna qoyaq. İsmayıl Şıxlı
adından sui-istifadəyə yol verməmişik heç vaxt.
Atamın da bundan xoşu gəlmirdi.
- İsmayıl müəllimin yoxluğunda, onun
zamanında sizə verdiyi məsləhətləri, tövsiyələri
hansısa məsələdə köməyinizə gəlibmi? Rəhmətə
gedəndən sonra atanızın yoxluğu
yaşamınıza, həyatınıza hansı təsirləri
göstərdi?
- Atam bizi
yanına çağırıb xüsusi tövsiyə
vermirdi. Təvazökarlıqdan uzaq ola bilər,
amma atamın yaşam tərzi bizim üçün tövsiyə
idi. Bizim yaşamımız üçün
atam bir məktəb rolunu oynadı. Xüsusi tövsiyəsi
yox idi, çağırsın desin ki, "uşaqlar, bunu belə
edin, onu elə edin". Onun
davranışından, addımlarından, ağlımız kəsəndən,
böyüyəndən sonra öz dərsimizi
almışdıq. Atam dünyasını
dəyişəndən sonra, təbii ki, bu hadisənin bizim
ailəmizə təsirləri oldu. Əlbəttə,
yaşayırıq, həyat davam edir. Amma hər zaman
atama ehtiyac hiss edirəm.
"BU
GÜN DƏ ÇALIŞIRIQ Kİ, CƏMİYYƏTDƏ
ÖZÜMÜZÜ ELƏ APARAQ Kİ, KƏNARDAN BAXAN
DESİN Kİ, "OĞLANLARI İSMAYIL ŞIXLIYA
LAYİQDİRLƏR"
Bilirsiz, adam cavan olanda bəlkə o qədər
də dərk etmir, amma yaşlananda ataya, ümumiyyətlə,
valideynə böyük ehtiyac olduğunu görürsən.
Yaşlananda anlayırsan ki, yanında yaşadığın,
böyüdüyüninsan kim olub, ondan daha çox şey
öyrənə bilərdin və s. Məsələn, indi
fikirləşirəm ki, filan məsələni niyə o vaxt
atamdan soruşmadım, filan söhbəti niyə onunla etmədim?!
Bir də görürsən hansısa bir vəziyyətə
düşürsən, özünə sual verirsən ki,
görəsən atam bu vəziyyətlə bağlı mənə
nə məsləhət verərdi?!
Gənclikdə ora-bura gedirsən, evdə çox
olmursan. İndi deyirsən, kaş atamın yanında daha
çox olaydım, daha çox söhbətləşərdik,
onun söhbətlərini dinləyəydim. Hər bir insanın hər yaşında ataya, anaya
ehtiyacı olur. Atamın ölümündən 24 il keçib. Bu gün də
çalışırıq ki, cəmiyyətdə
özümüzü elə aparaq ki, kənardan baxan desin ki,
"oğlanları İsmayıl Şıxlıya layiqdirlər".
Nə qədər bunu bacarırıq, nə qədər
layiq oluruq, bunu kənardakılar deyib, qiymət verə bilərlər.
Bütün hallarda isə həmişə
üzərimizdə İsmayıl Şıxlının
oğlu olmaq məsuliyyəti var.
Anar Bayramoğluc olduğunu görürsən.
Yaşlananda anlayırsan ki, yanında yaşadığın,
böyüdüyün insan kim olub, ondan daha çox şey
öyrənə bilərdin və s. Məsələn, indi
fikirləşirəm ki, filan məsələni niyə o vaxt
atamdan soruşmadım, filan söhbəti niyə onunla etmədim?!
Bir də görürsən hansısa bir vəziyyətə
düşürsən, özünə sual verirsən ki,
görəsən atam bu vəziyyətlə bağlı mənə
nə məsləhət verərdi?!
Gənclikdə ora-bura gedirsən, evdə çox
olmursan. İndi deyirsən, kaş atamın yanında daha
çox olaydım, daha çox söhbətləşərdik,
onun söhbətlərini dinləyəydim. Hər bir insanın hər yaşında ataya, anaya
ehtiyacı olur. Atamın ölümündən 24 il keçib. Bu gün də
çalışırıq ki, cəmiyyətdə
özümüzü elə aparaq ki, kənardan baxan desin ki,
"oğlanları İsmayıl Şıxlıya layiqdirlər".
Nə qədər bunu bacarırıq, nə qədər
layiq oluruq, bunu kənardakılar deyib, qiymət verə bilərlər.
Bütün hallarda isə həmişə
üzərimizdə İsmayıl Şıxlının
oğlu olmaq məsuliyyəti var.
Anar Bayramoğlu
Şərq.-
2019.- 13 aprel.- S.6