İsmayıl Şıxlı – 100” - Xalq
yazıçısının yubleyi ilə bağlı tədbirdə
kitab və elektron baza təqdim
olundu
Azərbaycan Milli Kitabxanasında
ölkə başçısının
müvafiq Sərəncamına
əsasən Azərbaycan
ədəbiyyatının görkəmli
nümayəndəsi, istedadlı
nasir, tanınmış
ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı
İsmayıl Şıxlının
100 illiyinə həsr
olunmuş tədbir keçirilib.
Milli Kitabxananın
Mədəniyyət Nazirliyi
ilə birgə təşkil etdiyi tədbirdə "İsmayıl
Şıxlı. Biblioqrafiya”
kitabının və
"İsmayıl Şıxlı
– 100” elektron məlumat
bazasının təqdimatları
olub.
Milli Kitabxananın direktoru,
professor Kərim Tahirov bildirib ki, İsmayıl Şıxlı zəngin yaradıcılığı ilə
Azərbaycan xalqının
bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarındandır. Ədibin
məşhur "Dəli
Kür” romanı ictimai şüurda dönüşə və
özünüdərkə yol açan mühüm ədəbi-mədəni hadisə
kimi qiymətləndirilir.
Sənətkarın klassik
irsin ənənələrini
davam etdirməklə və folklor xəzinəsindən bəhrələnməklə
meydana gətirdiyi əsərlərdə dərin
həyat fəlsəfəsi
öz dolğun ifadəsini tapıb. Azərbaycan ədəbiyyatında
öz dəstixətti
ilə seçilən
İsmayıl Şıxlının
əsərləri bütün
zamanlarda öz aktuallığı ilə
seçilir. Bildirilib ki, Azərbaycan
Milli Kitabxanasının
"Azərbaycanın görkəmli
şəxsiyyətləri” seriyasından nəşr etdirdiyi "İsmayıl
Şıxlı” biblioqrafik
vəsaiti Azərbaycan
ədəbiyyatının görkəmli
nümayəndəsi İsmayıl
Şıxlının anadan
olmasının 100 illiyinə
həsr edilib. Biblioqrafiyada yazıçının
həyat və yaradıcılığına aid
zəngin materiallar toplanıb. Diqqətə çatdırılıb ki,
"İsmayıl Şıxlı.
Biblioqrafiya” kitabı və "İsmayıl Şıxlı – 100” elektron
məlumat bazası görkəmli yazıçının
gələcək nəsillərə
daha yaxından tanınması baxımından
olduqca əhəmiyyətlidir.
Akademik Nizami
Cəfərov bildirib ki, Xalq yazıçısı
İsmayıl Şıxlı
yaradıcılığını ulu öndər Heydər Əliyevə hər zaman yüksək qiymətləndirib.
Akademik deyib
ki, İsmayıl Şıxlı ən az yazan yazıçılardan
olsa da, daha çox yadda qalan, sevilən
qələm adamlarındandır.
Tədbirdə iştirak edən
Xalq şairi Nəriman Həsənzadə,
professor Qəzənfər
Paşayev, filologiya elmləri doktoru Buludxan Xəlilov, Yazıçılar Birliyinin
katibi Rəşad Məcid, "Şərq”
qəzetinin baş redaktoru Akif Aşırlı, BDU-nun professor Məti Osmanoğlu, "Azərbaycan”
jurnalının baş
redaktoru İntiqam Qasımzadə və başqaları çıxış edərək,
İsmayıl Şıxlı
şəxsiyyəti və
yaradıcılığı haqqında fikirlərini bildiriblər.
Tədbirdə İsmayıl Şıxlının
"Cəbhə gündəlikləri”,
"Ayrılan yollar”
"Ölən dünyam”,
"Dəli Kür” romanları kimi sanballı əsərlərindən
danışılıb. Yazıçının bir çox ədəbi qəhrəmanlarının
təhlili verilib,
"Dəli Kür” romanının ictimai şüurda dönüşə
və özünüdərkə
yol açdığı
qeyd edilib. İsmayıl Şıxlının
klassik irsin ənənələrini uğurla
davam etdirdiyi, folklor xəzinəsindən
bəhrələndiyi, yaratdığı əsərlərdə
dərin fəlsəfi
məna olduğu vurğulanıb. İsmayıl
Şıxlı nəsri
üslub mükəmməlliyi,
bədii dilin obrazlılığı, daxili-psixoloji
aləmin zənginliyi
və əlvanlığı
baxımdan dəyərləndirilib.
Qeyd edilib ki, ölkə başçısının
müvafiq Sərəncamına
əsasən Azərbaycan
ədəbiyyatının görkəmli
nümayəndəsi, Xalq
yazıçısı İsmayıl
Şıxlının 100 illiyi
ölkəmizdə silsilə
tədbirlərlə qeyd
edilir, onun bənzərsiz yaradıcılığı
yenidən tədqiq edilir.
"İsmayıl Şıxlı. Biblioqrafiya”
kitabı və "İsmayıl Şıxlı
– 100” elektron məlumat
bazasını yazıçının
100 illiyinə sanballı
töhfə kimi dəyərləndirən natiqlər
bu işdə əməyi olan hər kəsə minnətdarlıqlarını bildiriblər.
Sonda İsmayıl
Şıxlının ailəsi
adından oğlu, tanınmış journalist
Elçın Şıxlınski
tərbirin təşkilatçılarına,
kitab və electron bazanın yaradılmasında əməyi
keçən şəxslərə
təşəkkürünü bildirib.
Anar
Şərq.- 2019.- 20
aprel.- S.6.