"Dəmir
ağacdan asılan beşik..."
Bu film dövlətçilik
tariximizin nəhəng bir hissəsini əhatə edir
Şeyx Əbdül Mahmudbəyov: "Bu gün hətta
bizə qənim kəsilən tarixçilər, Şah
İsmayılın anadilli dövlətimiz kimi bərpa etdiyi
Azərbaycan Səfəvilər dövlətini
tanıyırlar"
"Heydər Əliyev mənə dönə-dönə
tapşırdı ki, filmdə nə çəkəcəksənsə,
dəqiq tarixi faktlara əsaslanmalıdır"
“Mərhum Heydər Əliyev mənə
dönə-dönə tapşırdı ki, bu, bizim dövlətçilik
tariximizdi. Filmdə nə çəkəcəksənsə,
dəqiq tarixi faktlara əsaslanmalıdır. Bizə başqa nəsə lazım deyil. Tarixə əsaslanmayan nəsə çəkib
özümüzü çətin vəziyyətə
salmayaq. Özümüzün nəyimiz
varsa, artıqlaması ilə bəsimizdi”.
Kinorejissor Şeyx Əbdül Mahmudbəyov
Şah İsmayıl Xətai haqqında çəkəcəyi
film barədə söhbətinə bu sözlərlə
başladı. “Şərq”in qonağı
olan Şeyx, çəkəcəyi filmin senarisini də
özüylə gətirmişdi. “Dəmir
ağacdan asılan beşik” – dövlətçilik tariximizin
nəhəng bir hissəsini əhatə edir. Eyni zamanda bəşər tarixini də əhatə
edir, desək, yanılmarıq. Şeyx
Əbdül Mahmudbəyov bəşər tarixinə Şah
İsmayıl Xətainin üzərindən gedişlər
edib. Senari də bizə çox maraqlı
göründü:
- Xətai 14 yaşında
700 nəfərlə məclis qurur və deyir: "Qoy
bütün dünya bilsin ki, biz yeni dövlət qurmuruq, biz qədim
dövlətçiliyimizi bərpa edirik. Xətai
1501-ci ildə Təbrizdə Azərbaycan dövlətçiliyini
bərpa edəndə orada Rusiya dövləti və Osmanlı
dövlətinin təmsilçiləri olub. Osmanlı dövləti həm sultanlıq, həm də
Trabzon Krallığı ilə təmsil olunubmuş, Xətai
o məclisdə bunu da deyir ki, əvvəlcə içimizdə
təmizliyə nail olmalıyıq. Buna
nail olmasaq, dövlətimizi qoruyub saxlaya bilmərik. Dünyanın ilk yaranışından,
yaranmışların yox, ulu Yaradanın yanında olan,
zaman-zaman dünya sivilizasiyalarının hərtərəfli
inkişaf etməsində xüsusi xidmətlər göstərən
ən qədim xalq bizik. 26 türk soyunun
bir qolu olan şükranlı Azərbaycan xalqı. Tarixən
“Aqatta”, “Bilqamıs” “Orxon-Yenisey”, “İrfan”, Zərdüşt,
“Əxlaqi-Nasiri” kimi möhtəşəm mədəniyyət
abidələri yaradan qüdrətli zəka sahiblərimiz,
müqəddəs söz bahadırlarımız, dahi
filosoflarımız olub. Mən bu sualı qoyuram
“Azərbaycan milli kimliyi hansı dəlillərə söykənir?
Və cavab verirəm: Zərdüşt “Qata”da yazır ki,
göydən 3 od endirildi. Haradır
o 3 yer – Abşeron yarımadası, Yanardağ, Atəşgah.
Milyon illərdir bu ərazilərdə od
yanır. Pirallahı isə, Pur-Allahdı.
3 tərəfi su olan yerdir. Bəşəriyyətin
xilas olduğu yer də Azərbaycan torpaqlarıdır.
Nuh peyğəmbərin 3 oğlu olub: Yasəf, Həmid, Səmid.
Yasəfin oğlunun adı Türkdür. Azərbaycan sözü isə əslində Azərbeycandı.
Bizim ölkənin adını türkiyəlilər
daha düzgün tələffüz edir. Azər od deməkdi, bey – beyət edənlər, can –
yaşayan xalq.
Torpaq vardı, su, hava vardı, odu da Allah
endirdi. Dünyanın yaradılışında
iştirak edən 4 ünsürün 4-ü də bizdədir.
Azərbaycan sözü ilə bağlı ulu
öndərimiz çox gözəl gediş elədi. “Mən həmişə fəxr etmişəm, bu
gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”
deməklə yurdumuzu bizə tanıtdı, Türkiyəni nəzərdə
tutaraq “Biz bir millət iki dövlətik” deməklə isə
milli kimliyimizi təsdiq etdi. Mən bu
gün tariximizə daş atan bəzi şəxslərə
şans verirəm. Bu gün hətta bizə
qənim kəsilən tarixçilər, Şah
İsmayılın anadilli dövlətimiz kimi bərpa etdiyi
Azərbaycan Səfəvilər dövlətini
tanıyırlar. Bu ana dilli dövlətin rəsmi təsdiq
olunmuş və etiraf edilən 2 milyon 800 min kv.metrlik xəritəsi
var. Mən bu xəritəni Şah İsmayıl Xətai ilə
bağlı çəkiləcək filmdə də
xatırladıram. Gördüyünüz bu
kitabda da o xəritə verilib (filmin senarisi yazılmış
kitabı göstərir – red.). Bunu mən
ulu öndərimizə də göstərmişdim. Azərbaycan
Səfəvilər dövləti 230 il
ömür sürüb. 150 il sonra Azərbaycan Qacarlar dövlətinin
zamanında bu ərazi artıq 1 milyon 700 kv.km., ondan 60-70 il
sonra Nadir şahın vaxtında 1 milyon idi. Bu
gün haqlı olaraq bəyənmədiyimiz sovetlər dönəmində
ərazimiz 116. kv.km. idi. Bəs indi? Cəmi 86.min.kv.metrdi.
Və onun da içində qara çevrəyə
alınmış Qarabağ durur.
Bu qara çevrə nədi? Niyə
silib atmırsız? Nədi, dilinizdən
düşmür, “Ermənistan”, “erməni xalqı”. “Ermənistan” varmı, “erməni xalqı” varmı?
Belə adların olmaması ilə bağlı
faktları açmazdan öncə niyə sizə şans
verdik? Mən Prezident Aparatında
olmuşam, Turizm Nazirliyində, Coğrafiya İnstitutunda
olmuşam. Məqsəd nədi? Məqsəd dünya ictimaiyyətinə bələd
olan faktları izah edib başa salmaqdır. Dünya bilməlidir
ki, 500 il ərzində biz nələri itirə-itirə
hara gəlib çıxmışıq. Biz
dünya sivilizasiyasını formalaşdıran, dünyaya
böyük mədəniyyətlər verən xalq olaraq daim
amansızcasına işğala məruz qalmışıq.
Xəritələrimiz yenidən işlənməli,
bir neçə dilə tərcümə edilməli, xalq və
dövlətçiliklə bağlı bütün nazirlik və
idarələrdə təbliğ olunmasına yardım edin.
Bununla, günahınızı yuyarsınız.
- Nəzərdə tutduğunuz adamlar məgər bu
dediklərinizi bilmir?
- Bəlkə bilirlər. Amma səhv
yanaşma sərgiləyirlər. Şah
İsmayıl Osmanlı sultanı Səlimə bütün məktublarını
ana dilində - türk dilində yazıb. Həm
də onun farsca yazdığı məktublara cavab olaraq.
“18 min aləm” sözü yalnız bizim dilimizdədi.
Böyük Xətai də bu möhtəşəm
yaradılışın bir mərhələsidi. 18 min aləm üç 6-lıq deməkdir. 6 min kainat, 6 min təbabət, 6 min heyvanat. Xətai yazır ki, “18 min aləmə mən gərdişi
ilə gəldim, ol səbəbdəndir həqq ilə
sirdarım idim, sərdar idim”. Bu haqda
düşünməyimiz məsləhətdi. Bu, hər iki dünyanın irfani
yaradılışı ilə bağlıdır. Bütün xalqlardan öncə bizim babaların bu
olahi sirri bilməsi, İlahinin bizə verdiyi lütf deyilmi?!
Xətai təxəllüsü ilə də
bağlı mənasız açıqlamalar verirlər.
Xətai Allaha bağlı deməkdir. Bizim klassiklərimizin – Xəqan- i, Nizam- i, Füzul –
i... adlarındakı “i” hərfi Allaha bağlanmağı
bildirir.
-Məlumdur ki, dünya mədəniyyətinin beşiyi
Şərqdir. Amma elə bir vəziyyət yaranıb ki, guya,
bütün bəşəriyyətə mədəniyyəti
Avropa yayır...
-Baxın, dünyanın ilk yazılı ədəbiyyatı
təbliğ edildiyi kimi Homerin “İliada”, “Odisseya”sı deyil.
Ondan 4 min əvvəl mövcud olmuş bizim xalqa məxsus
“Aqatta”, “Bilqamıs”, “Şumernamə”, “Orxon-Yenisey” abidələridir.
2-ci fakt: bu gün dünyada analoqu olmayan poeziyamızın
şah əsəri hesab edilən rübailər janrı da, təbliğ
edildiyi kimi Ömər Xəyyama deyil, bizim dost-doğma
babamız Qətran Təbriziyə məxsusdur. Bu
gün əlimizdə konkret 40-a yaxın rübai var, Ömər
Xəyyam dünyaya gəlməmişdən əvvəl Qətran
Təbrizi tərəfindən yazılıb. Dünyanı heyrətə gətirən
poeziyamıza, muğamlarımıza baxsaq,
xalqımızın nələr yaratdığının bir
daha şahidi olarıq. Allahın ilk
yaratdığı insan Adəm peyğəmbərdir də.
Adəm peyğəmbərdən bəşəriyyətə
3 səs qaldı: pıçıltı – pəs,
öz-özünə danışmaq - yalvarmaq və minacat –
uca səslə dua etmək. Bizim zəminxarə
muğamımıza baxın, eynilə bu 3 səsdən ibarətdi.
Dünyanın 3-cü sivilizasiyası 2 mənbə
- 2 ideya üzərində qurulmuşdu. Biri
qışlaq, o birisi yaylaq sivilizasiyadı. Oturaq mədəniyyətlə bağlı nə
varsa, mövcud olan hər şey, o cümlədən, oyunlar,
köç adət-ənənələri, mətbəx mədəniyyəti,
döyüş taktikası... hər şey bu iki sivilizisiyaya
məxsusdur. Bütün dünya bunun
üzərində yaşayır. Bu gün
də tarixi bilinməyən “Gavur arxı” deyilən kanalı
Böyük İsgəndər Dara ilə savaşdan əvvəl
təmir elətdirib.
-Yaddaş üçün deyim biləsiz ki, müasir Azərbaycan
dövləti tariximizin müxtəlif dövrlərində
mövcud olmuş dövlətlərimizin sayca 17-sidir. Yeri gəlmişkən onu da deyim ki, Azərbaycan
tarixində “Ağqoyunlu” “Qaraqoyunlu” dövlətləri
olmayıb – Ağ qövm, Qara qövm olub. Bu dövlətlərin adı da təhrif edilir.
20 yanvar mübarizəmiz isə 20-ci əsrdə
4-cü və sonuncu azadlıq mübarizəmiz idi. Şükürlər olsun ki, biz növbəti dəfə
azadlığımıza nail olduq. Bir əsrdə
müstəqilliyi üçün 4 dəfə qan axıdan
2-ci millət tarixdə olmayıb. Səttarxan-Bağırxan
Hərəkatı, Azərbaycan Xalq Cümhuriyyəti, 21 Azər
və sonuncu 20 Yanvar.
-Senariyə baxdıq, burda, sanki dünyanın
yaradılış tarixi yazılıb. Erməni
tarixçilərinin özlərini ifşa edən tarixi
faktlarına da yer vermisiniz.
-Bunu ona görə etmişəm ki, bütün
dünya bu gün özünü “erməni” xalqı kimi təqdim
edən “hay” tayfasının zinadan əmələ gələn
olduğunu bilsin. “Hay” sözünün mənası
bic doğulmuş, zinadan əmələ gəlmiş deməkdir.
Məhz əsli-kökü bəlli olmayan bu xəyanətkar,
satqın toplum dünya ölkələrinin əlində həmişə
bir alət kimi istafadə olunub. Qriboyedov,
bilirsiz ki, Çar Rusiyasının İranda səfiri idi.
Ermənilərin Qafqaza köçürülməsinə
Qriboyedov rəhbərlik edib. İlk dəfə
Qafqaza 7 min erməni ailəsi köçürülüb.
Və ermənilər haqqında da “ermənilər
Qafqaz xalqlarının kürəyinə sancılmış xəyanət
xəncəridir” deyirlər. Qriboyedov çara məktubunda
I Pyotrun bu tayfa haqqında sözünü xatırladır:
onlar xristian xalqları arasında satqınlıq
üçün ən uyğun tayfadır. Ermənilərin
tarixçi alimi, akademik Manik Abeqyan yazır: (“İstoriya
armyanskoy literaturı”, İrəvan, 1971-ci il) “ermənilərin
kökləri haradadır, bu gün məskunlaşdıqları
ərazilərə necə, nə vaxt, haralardan və hansı
yollarla gəlib? Bizdə bu suallara cavab verəcək
tam aydın dəlil-sübutlar, konkret faktlar yoxdur”. Bunu mən, sən demirik, erməni alim özü
deyir. Rus tarixçi alimi və yazıçı
V.Veliçko: “Erməni adlanan “hay” tayfasının mənşəyi
bir etnos kimi heç kəsə bəlli deyil”. “Qafqaz”
əsəri. Sankt-Peterburq. 1904-cü il. Belə faktlardan
saysız-hesabsız nümunələr gətirə bilərik.
-Şeyx, filmin çəkilişləri
ilə bağlı indi məsələ nə yerdədir?
-Filmin çəkilməsi
yenidən gündəmdədi. Rəsmi təqdimat
hazırlanır cənab Prezidentə, Azərbaycanın birinci
xanımı Mehriban Əliyevaya. Sağ olsun, Azərbaycan
Respublikası Kinematoqrafçılar İttifaqının sədri
Şəfiqə xanım da bu işlə məşğul
olaçağına söz verib. Bununla demək istəyirəm
ki, yerindən hər duran Xətaiyə hücum edə bilməz.
Filmin çəkilməsi artıq dövlət səviyyəsində
həll olunmaq üzrədir.
Məlahət Rzayeva.
Şərq.- 2019.- 15
avqust. S. 7.