…Və məni səsləyən
iç dünyam
İtalyanın önəmli qadın şairlərindən olan Paola Pennecchi ile Rumınya və İtalyada keçiriln dünya şeir festivalında tanış olmuşdum.Hər görüşdüyümüzdə “qrazia” deyib qollarını iki yana açıb görüşməyi vardı.Festivalda iştirak edən kişili, qadınlı bütün şairlər şən olduğu qədər də dilli-dilavər və hazırcavab olan bu İtalyan xanımı ürəkdən sevirdilər desəm,yanlış olmaz.Mənə də yarıingilis, yarıitalyan dilində “şair qardaşım” deyə sevgi göstərilərində bulunmağı vardı.Deyim ki, öz dilində-italyanca oxuduğu qısa şeirləri salondakılar tərəfindən razılıqla qarşılanırdı.Bu da səbəsiz deyildi, Antik çağlarda Rumınya qədim Roma imperatorluğunun şimal güzərgahı olmuşdu, əslində biz azərbaycanlılar onların vətəninə Rumınya deyirik,özləri isə Romanya deyirlər.
Roma-Romanya çağrışımlarının boşuna olmadığını İtalyan və Rumın dillərinin çox yaxın olmasından da bilmək mümkündür...İtalyada keçirilən şeir şölənində rumın və moldav şairləri şeir salonlarında özlərini vətənlərinin dil aurasındakı kimi aparırdılar.Rumınyada da İtalyan şairləri eyni dil coşgusu ilə çıxış edir və qarşılanırdılar.Və bəlkə də Paola xanım da şeir salonlarında bu səbəbdəndir ki,dəryada balıq misalı özünü çox sərbəst aparırdı.Festivallar boyu foto-aparatı da əlindən düşmürdü, çəkilən şəkillərimin ən dəyrliləri də Paola xanımın fotoqraf ustalığının yadigarlarıdır.
2017-ci ilin payızında geri qayıtdığımızda Paola xanımdan qiymətli albom dəyərində bir kitab alacaqdım.Bu, onun şeirlər kitabı idi.Hər şeir ayrı-ayrılıqda rəngli illüsterasyalşarla süslənmişdi.Hələ o zamanlar bu xanımın bir neçə şerini dilimizə çevirmək istəmişdim,amma görünür qismət bu günə imiş…
Müqəddəs
səssizlik
Müqəddəs səssizlik
Sənə ürəkdən təşəkkür edirəm parlaqlıq üçün,
mənim idarə olunmayan məbədlərim.
Rüzgar üçün düşün cələrimi qurban verirsiz,
dostum, boşluğa nifrət etmək məni hər zaman həyata geri qayıtmağa səsləmədə.
Bir şey heç bir şeyin yanında deyil
Demək olar ki, bir
şey heç bir şeyin yanında deyil.
hər şey sənin adın,
sevinc hər səhər yazılır
əqli intizam məşqi kimi könül dəftərimin
səhifələrinə…
məşq,
yoxsulluq mücərrəd kəşfürəklər
və qidalı həyat…
Bu günəşli
şəhərdə
Bu günəşli səhərdə
yaşıyıram.
Məndə yoxdur bu səhərin cücərti
kökləri addımlarım
səslənir pöhrə
ağacların sıralarında.
amma quş
lələkləri səssiz
və məni səsləyən iç
dünyam.
Bozrəng
Ən sehirli,sirli,
Və gözləmə rəngidir,
-Boz rəng.
Üzü boz deyiminə baxmayın…
Başlanğıc
Bizim səma altında göz qamaşdıran günəbaxan cənnətimiz...
Atamın
qar üstündə yorğun adımlarının
topuq vuran ritmi.
sevindi birincisi-uçuş,
işıqonun sakit əzəməti şərəf
üçün ödəyər
boz rəngin bozluğunu əlində əbədi polad bıçaq.
Sevincini mənə etibar
et
Sevincini mənə etibar
et.
Et ki,
Onun yetəri qədər hamisi, qəyyumu ola bilərəm.
Mən bilirəm
Orbital planetlər
Duaları eşidir və
onları ulduz
tozuna döndərir.
Və nə zaman rüzgar
da dağınıq mantralar rezonans verir,
sonbaharın bilgi külçələrinin qızıl
toxumları düşməyə
başlar
Və beləcə çörək
qoxusunda vədə yerinə dönüşlər
gerçəkləşər…
Məmməd İsmayıl.
Şərq.- 2019.- 22 avqust. S. 7.