Əminə Dilbazinin anadan olmasının 100 illiyi qeyd olunub

 

 

Dekabrın 16-da Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan xoreoqrafiya məktəbinin tanınmış nümayəndəsi, görkəmli rəqs ustası, Xalq artisti Əminə Dilbazinin anadan olmasının 100 illik yubileyi keçirilib.

 

AZƏRTAC xəbər verir ki, əvvəlcə Əminə Dilbazinin ömür yolu fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

 

Gecədə Azərbaycan Dövlət Rəqs Ansamblı, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı Rəqs Ansamblı, Suxişvili adına Gürcüstan Milli Baleti, “LəzginkaDağıstan Dövlət Akademik Rəqs Ansamblı, “Alan” Dövlət Akademik Rəqs Ansamblı (Şimali Osetiya-Alanya), Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının balet truppası Bakı Xoreoqrafiya Akademiyasının tələbələri çıxış ediblər.

 

Xatırladaq ki, Prezident İlham Əliyev bu il sentyabrın 4-də tanınmış rəqqasənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

 

Əminə Dilbazi Azərbaycan rəqs sənətinin çoxəsrlik ənənələrinin qorunub yaşadılmasında müstəsna xidmətlər göstərib. Sənətkar uzunmüddətli fəaliyyəti ərzində daim yüksək səhnə mədəniyyəti nümayiş etdirib, fitri istedadı bənzərsiz ifaçılıq imkanları sayəsində xalq rəqslərinin qiymətli nümunələrinə yeni çalarlar qazandırıb.

 

Xalq artisti bir çox filmlərdə rəqslərə quruluş verib. O, Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində oynanılanDədə Qorqud”, “Azərbaycan toyu”, “Bir bağçanın güllərisəhnə əsərlərində əsas partiyaların ifaçısı olub.

 

Onun oynadığıİnnabı”, “Tərəkəmə”, “Vağzalı”, “Turacı”, “Naz eləmərəqsləri xüsusilə məşhurdur. Repertuarına rus, Ukrayna, özbək ərəb rəqsləri daxil olan Əminə DilbaziLeyli Məcnunoperasında, “Arşın mal alan “O olmasın, bu olsunkomediyaları başqa əsərlərdə rəqslərə quruluş verib.

 

 

Şərq.- 2019.- 17 dekabr.- S.6