“Şərq”
milli- mənəvi dəyərlərə sadiq qəzetdir”
Qarabağ qaziləri
«Şərq»i Oxu» kampaniyasına dəstəklərini
bildirmək məqsədilə
«Şərq»in qonağı
oldular. Qarabağ döyüşçüləri
– Əlibala Talıbov,
"Qarabağ Qaziləri"
Birliyinin sədri Asəf Əliyev, Vətən Müharibəsi
Əlilləri Birliyinin
sədri Firudin Məmmədov, «Qazilər.az» saytının
baş redaktoru Rey Kərimoğlu «Şərq» qəzetinə
hər cür dəstək verməyə
hazır olduqlarını ifadə etdilər. Qəzetin baş redaktoru Akif Aşırlı yaranmış situasiya barədə qonaqlara ətraflı məlumat verdi. Qeyd etdi ki, «Şərq»i Oxu» kampaniyasının və redaksiyada «Abunə dəftəri» açılmasının
başlıca məqsədi
klassik mətbuat ənənələrini yaşatmaqdır.
İnternet, sosial şəbəkələrin zamanın
reallığına çevrildiyi
bir zamanda çap mediasının çətin dövr yaşayacağı məlum
həqiqətdir.
Lakin nə internet, nə sosial şəbəkələr,
nə də ümumiyyətlə, hər
hansı müasir texnologiya mətbuatı heç bir halda əvəz edə bilməz.
Bu, inkişaf
etmiş ölkələrin
timsalında da, qonşu dövlətlərin,
o cümlədən qardaş
Türkiyənin timsalında
da aydın görünür. ABŞ-da, Avropada, həmçinin
Türkiyədə, eləcə
də uzaq şərqdə – Yaponiya kimi inkişaf etmiş bir ölkədə çap mediası bu gün də informasiya sektorunun ən dayanıqlı və ən etibarlı sükanıdır.
İctimai fikrin formalaşması və yönləndirilməsində qəzetlərin
rolu həmişə böyük çəkiyə
malik olub, bu gün də
əhəmiyyətini qoruyub
saxlayır. Peşəkar
jurnalistika, peşəkar
xəbərçilik istəyiriksə,
informasiya cəmiyyətinin
alt yapısı – çap mediası sıradan çıxarılmamalıdır.
Çünki peşəkar
jurnalistika öz inkişafını məhz
çap mediasına borcludur. Peşəkar jurnalistlər də qəzet redaksiyalarında yetişir. «Sosial
şəbəkələr peşəkar xəbərçiliklə
məşğul olmur.
Çünki məsuliyyət
daşımırlar. Çap
mediası olmasa, məsuliyyətsiz, yazdığını
bir neçə dəqiqə sonra silib, tamam fərqli
tərzdə cəmiyyətə
ötürə biləcək
səhlənkar bir informasiya mühiti formalaşacaq».
«Qarabağ Qaziləri»
Birliyinin sədri Asəf Əliyev qeyd etdi ki,
«Şərq» qəzeti
əzəl başdan qazilərin dostu olub. Qarabağ müharibəsi əlillərinin
problemlərini işıqlandırıb,
onların informasiya dəstəkçisi olub:
- Bu gün
də biz – Qarabağ döyüşçüləri
«Şərq»in yanındayıq
və dəstəyimizi
bildiririk. Abunə kampaniyasına qoşuluruq,
Qarabağ döyüşçülərinin
hərəsinə bir
qəzet paylayacağıq…»
Rey Kərimoğlu
mətbuatın Azərbaycan
dövlətçiliyinin salnaməsini
yazdığını dedi:
- Allah Şirməmməd
müəllimə can
sağlığı versin.
Şirməmməd müəllim
Azərbaycan Xalq Cümhuriyyətinin şərəfli
tarixini o zaman nəşr olunmuş qəzetlərdən araşdırdı.
Eləcə də siz, Akif müəllim.
Qəzetlər olmasaydı, biz
indi öz tariximizi necə öyrənəcəkdik, dövlətçilik
tariximiz necə, hansı vasitə ilə araşdırılacaqdı?!
İndi də çap mediası dövlətçiliyimiz tarixini
yazmaqla, əslində
onu hifz etmiş olur. İllər, əsrlər
sonra araşdırmaçılar
yaşadığımız bu dövrü araşdırmaq üçün
qəzetlərə müraciət
edəcəklər. Saytlarda
heç nə tapılmayanda, yeni xəbərlər köhnələri
silib atdıqda, tarix qəzet səhifələrindən «boylanacaq».
Buna görə qəzetlərə dəstək
verilməlidir.
Vətən Müharibəsi Əlilləri
Birliyinin sədri Firudin Məmmədov «Şərq»i milli-mənəvi
dəyərlərə sadiq
qəzet adlandırdı:
- Biz qazilər
«Şərq»ə həmişə
böyük önəm
vermişik. 23 illik tarixi var bu qəzetin.
Bilirsiz ki, Baş Qazimiz
Etimad Əsədov da
«Şərq»i sevirdi, bu qəzetə dəyər verirdi və həmişə də abunə yazılırdı. Biz qazilərin
«Şərq»ə dəyər
verməyimizin əsas
səbəbi sizin Vətənə, dövlətə
və dövlətçiliyə
sadiq olmağınız,
Vətəni qoruyanlara,
onun uğrunda canından keçənlərə,
şəhidlərə və
qazilərə verdiyiniz
dəyərdi. Bu gün biz sizin yanınızdayıq və
qəzetinizə abunəni
davam etdiririk.
Məlahət Rzayeva
Şərq
qəzeti.- 2019.- 7 fevral.- S.7.