Tarıx
İnstitutu Yaqub Mahmudovun fəaliyyəti dövründə
Tarix – təkcə keçmiş
deyil, həmçinin cəmiyyətdə baş verən
bütün prosesləri özündə əks etdirən, o
cümlədən insan cəmiyyətinin ümumi
inkişafının forma müxtəlifliyinin siyasi,
sosial-iqtisadi mahiyyətini açmağa kömək edən
bir elmdir. Tarix ictimai elmlərin
aparıcı istiqaməti qalaraq həmişə ideoloji
mübarizənin önündə dayanır. Çünki
tarixi faktlar və həqiqətlər bir xalqın öz təbii
hüququnu sübut etmək, itirilmiş və ya əlindən
alınmış haqqını bərpa etmək
üçün əsas arqument olaraq ortaya qoyulur. Buna
görə də müasir dövrdə daha uğurlu gələcəyin
qurulmasında keçmişin zəngin irsinin, «tarixin dərsləri»nin
əhəmiyyətini dərk edərək, onun bütün
imkanlarından hərtərəfli istifadə edilməlidir.
Bəşəriyyətin ümumi tarixi
inkişafını öyrənən bu elm sahəsi
keçmişdə, həm də müasir dövrdə kəskin
ideoloji mübarizə, mütərəqqi və
irticaçı baxışların toqquşduğu bir məkan
rolunu oynayır. Tarixə baxışlarda bəzən «xaos və
özbaşınalıq» hökm sürmüş və məhz
XIX – XX əsrlərdə onun tədqiqində çox
mühüm dəyişikliklər baş vermişdir.
Azərbaycanda akademik elmin
bütün sahələrinin və o cümlədən milli
tarix elminin əsas istiqamətlərinin kompleks şəkildə
inkişafı heç şübhəsiz 1945-ci ildə Milli
Elmlər Akademiyasının təsis olunmasından (1945-1991-ci
il Azərbaycan SSR EA, 1992-2001-ci ildən Azərbaycan
Respublikası EA, 2001-ci ildən isə Azərbaycan Milli
Elmlər Akademiyası adlanır) sonra başlayır. Elmin
bütün sahələrinin, o cümlədən milli tarixin
– Azərbaycan tarixinin akademik səviyyədə əsaslı
tədqiqi də elə bu dövrdən başlayır.
1991-ci ilin sonunda dövlət
müstəqilliyi bərpa edildikdən sonra milli tariximizin tədqiq
olunmayan qaranlıq səhifələrinə işıq salmaq
imkanı yarandı və bunu nəzərə alan Tarix
İnstitutunun rəhbərliyi bu problemlərin həlli
üçün yeni struktur yaradılması ilə
bağlı AMEA Rəyasət heyətinə müraciət
etdi. AMEA Rəyasət Heyətinin qərarı ilə AMEA
A.A.Bakıxanov adına Tarix İnstitutunun yeni strukturu təsdiq
edilmişdir. Bu struktura əsasən 13 şöbə, bir elmi
mərkəz və iki elmi qrup fəaliyyətə
başladı.
1978-ci ilin yanvarında Ümummilli lider Heydər
Əliyevin təqdimatı əsasında Azərbaycan KP MK
Bürosunun qərarı ilə Tarix İnstitutuna direktor təyin
edilən akademik İqrar Əliyev 2004-cü il 11 iyun tarixində
vəfat etdi. Lakin buna baxmayaraq, Azərbaycan milli tarix elmi
qarşısında duran fundamental elmi problemlərin tədqiqi
davam etdirilirdi.
2004-cü il sentyabr 13-də AMEA Rəyasət
Heyətinin sərəncamı ilə A.A.Bakıxanov adına
Tarix İnstitutuna direktor təyin edilən professor Yaqub Mahmudov
fəaliyyətə başladı. İlk
gündən o, bütün diqqəti Azərbaycan tarixinin
indiyə qədər tədqiq olunmayan ən aktual problemlərinin,
o cümlədən də Azərbaycanın müvəqqəti
olaraq itirilmiş torpaqlarının tarixinin tədqiqinə
yönəltdi. A.A.Bakıxanov adına Tarix
İnstitutunun alimləri son on beş il ərzində bu il
anadan olmasının 80 illiyi ölkəmizin elmi ictimaiyyəti
tərəfindən qeyd edilən AMEA-nın həqiqi
üzvü, Dövlət Mükafatı laureatı, Əməkdar
elm xadimi, millət vəkili, daima axtarışda olan, tarix
elminin bir çox ağ səhifələrinə işıq
saçan və tarixdə öz dəst-xətti olan, həmçinin
təşkilatçılığı ilə seçilən
institutun direktoru Yaqub Mikayıl oğlu Mahmudovun rəhbərliyi
altında çox mühüm elmi nailiyyətlər əldə
etmişlər.
Bu
baxımdan müasir mərhələdə milli tarix elmi
qarşısında duran vəzifələrlə bağlı
institutun direktoru Y.M.Mahmudov tərəfindən irəli
sürülmüş və AMEA Rəyasət Heyətinin qərarı
ilə təsdiq edilmiş aktual elmi problemlərin tədqiqi
mühüm əhəmiyyət kəsb edir və institutun elmi
potensialının bu vəzifələrin yerinə yetirilməsinə
səfərbərliyi rəhbərdən böyük məharət
və bacarıq tələb edirdi. Yaqub müəllim
bu sınaqdan da uğurla çıxdı.
«Naxçıvan tarixi» (ikicildlik), «İrəvan
xanlığı: Rusiya işğalı və ermənilərin
Şimali Azərbaycan torpaqlarına köçürülməsi»,
«Qarabağ real tarix, faktlar, sənədlər», «XVIII-XX əsrlərdə
azərbaycanlılara qarşı deportasiya, etnik təmizləmə
və soyqırımı tarixi» monoqrafiyalarının və
«Azərbaycan tarixi Atlası»nın çapa hazırlanması
başa çatdırılmışdır. Azərbaycanın
tarixi Borçalı torpaqları, Şimali-Qərbi və
Şimali-Şərqi Azərbaycan, Cənubi Azərbaycan və
Qərbi Azərbaycan tarixinə dair yeni səpgidə tədqiqatlar
aparılmasına, Azərbaycanın ən qədim zamanlardan
müasir dövrədək beynəlxalq münasibətlər
tarixi, Azərbaycan diasporunun ölkələr üzrə
formalaşması və fəaliyyətinin sistemli surətdə
tədqiq olunmasına, XX əsrin 60-70-ci illəri tarixinin,
xüsusilə Heydər Əliyev şəxsiyyətinin fəaliyyətinin
dərin elmi təhlilə əsaslanan müstəqil tədqiqat
əsəri kimi işıq üzü görməsindən
ötrü institutda genişmiqyaslı işlər
aparılmışdır. Maraqlıdır ki, bununla kifayətlənməyən
institut direktorunun təşəbbüsü ilə 2009-cu il
mayın 15-də institutun elmi tədqiqat planlarında əsaslı
dəyişikliklər aparılması və Ümummilli Lider
Heydər Əliyevin zəngin irsinin hərtərəfli
araşdırılması ilə əlaqədar olaraq daxili
imkanlar hesabına İnstitutda «Əliyevşünaslıq»
şöbəsi yaradıldı.
«Azərbaycan Respublikasında elmi-tədqiqat fəaliyyətinin
əlaqələn-dirilməsi, elmin inkişafının təşkil
və təmin edilməsi tədbirləri haqqında» AMEA Rəyasət
Heyətinin qərarını yerinə yetirmək məqsədilə
institutun direktoru, akademik Y.M.Mahmudov Tarix İnstitutunda
«Mövzular toplusu»nun yaradılması barədə əmr
imzaladı.
Bununla əlaqədar olaraq Azərbaycan tarixinin bir çox
aktual problemlərinin indiyədək lazımınca tədqiq
olunmadığı, vaxtı ilə məqsədyönlü
surətdə təhrif olunduğu və
saxtalaşdırıldığı, bütün bu məsələ¬lərin
yeni səpkidə araşdırılmasına, habelə
tariximizin ayrı-ayrı dövrləri üzrə müvafiq
elmi problemlərin konseptual baxımdan yenidən
araşdırılmasına, institutun elmi potensialının
gücləndirilməsi və bununla əlaqədar doktorluq və
namizədlik dissertasiyalarının elmi səviyyələrinin
günün tələbləri səviyyəsinə kəskin
ehtiyac olduğu nəzərə alınaraq «Mövzular
toplusunun» tərtibi institutun müvafiq şöbələrinə
tapşırıldı. Həmçinin topluya
daxil olunan mövzuların təkrar olunmasına yol verməmək
üçün Y.M.Mahmudov başqa elmi müəssisələri
də bu işə cəlb etdi. Hazırda
«Mövzular toplusu»nun yeni variantı hazırlanır və o
İnstitutun Elmi Şurasında müzakirə olunub qəbul
edildikdən sonra çapa təqdim olunacaqdır.
İnstitutun
direktoru Yaqub Mahmudov ermənilərin və onların ABŞ,
Avropa, İran və RF-dan olan himayədarlarının Azərbaycana
qarşı informasiya müharibəsini getdikcə daha kəskin
xarakter aldığını və ölkə prezidenti cənab
İlham Əliyevin milli maraqlara söykənən qətiyyətli
xarici siyasətinə tələb olunan səviyyədə
informasiya təminatı yaratmaq məqsədilə «Azərbaycan
tarixinin tədqiqi və təbliği üzrə dövlət
proqramı (2008-2015-ci illər)» hazırlandı. Həmin proqramın AMEA Rəyasət heyətində
müzakirə olunması və həyata keçirilməsi
üçün müvafiq orqanlar qarşısında məsələ
qaldırılması barədə o, AMEA prezidenti akademik M.K.Kərimova
müraciət edildi.
2007-ci ildə
akademik Y.M.Mahmudovun rəhbərliyi və redaktorluğu ilə
Azərbaycan tarixində ilk dəfə olaraq «Azərbaycanın
Tarixi Atlası», 40 illik fasilədən sonra «Tarix
İnstitutunun Elmi Əsərləri» işıq üzü
gördü. Azərbaycanın tarixi ərazilərini
əks etdirən xəritələri ilə bağlı bir məqamı
da xüsusi olaraq qeyd etmək istəyirəm. Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin «Milli Atlasın» hazırlanması ilə
bağlı imzaladığı sərəncama uyğun olaraq
Tarix İnstitutu akademik Yaqub Mahmudovun rəhbərliyi ilə
«Milli Atlasın «Tarix» bölməsinin mətninin və buraya
daxil edilən xəritələrin tərtib edilməsində
fəal iştirak etdi. Tarix İnstitutu
«Milli Atlas»ın «Tarix» bölməsinə Azərbaycanın ən
qədim dövrlərdən bu günədək tarixini əks
etdirən Azərbaycan və dünya alimlərinin tərtib
etdikləri xəritələri təqdim etdi və «Milli Atlas»
2015-ci ildə nəşr olundu.
Tarix
İnstitutu əməkdaşları tərəfindən milli
tariximizin bütün dövrləri üzrə tərtib
olunan xəritələr Milli Atlasla bərabər, Azərbaycan
Respublikası Prezidenti İ.H.Əliyevin sərəncamı ilə
çapa hazırlanan Azərbaycan Milli Ensiklope¬diyasının
xüsusi cildinin «Tarix» bölməsinə də daxil edilməli
idi. Qeyd etmək lazımdır ki, məhz institutun direktoru
Y.M.Mahmudovun bilavasitə rəhbərliyi ilə aparılan gərgin
işlər və edilən səylər nəticəsində
55 xəritənin daxil edildiyi «Azərbaycan tarixi atlası» və
Azərbaycan Milli Ensiklopediyasının xüsusi cildinin «Tarix»
bölməsində bütün dövrləri əks etdirən
xəritələr çap edildi.
Bundan əlavə
2007-ci il sentyabrın 25-də Tarix
İnstitutu Beynəlxalq Mətbuat Mərkəzində «Azərbaycan
Tarixi Atlası»nın geniş təqdimatını
keçirdi. Tədbirdə həmçinin «Ermənilərin
növbəti saxtakarlığı və ya Azərbaycanın
işğal olunmuş Ağdam rayonu ərazisində «Tiqranakert
axtarışları» barədə Azərbaycan tarixçilərinin
bəyanatı, Azərbaycan Albaniyası və onun etno-mədəni
irsi ilə bağlı İrəvanda antiazərbaycan
boşboğazlarının keçirdikləri beynəlxalq
konfransı ifşa edən bəyanət oxunmuşdur.
Yuxarıda
qeyd olunduğu kimi Tarix İnstitutunun son on beş
ildə fəaliyyətində diqqəti cəlb edən cəhətlərdən
biri də Elmi Şuranın qərarı ilə milli tariximizin
ən mühüm problemlərinin tədqiqinə həsr
olunmuş əsərlərin nəşridir. İnstitutun
direktoru AMEA-nın müxbir üzvü Y.M.Mahmudovun sədrliyi
ilə Elmi Şuranın qəbul etdiyi qərarlar əsasında
2005-2018-ci illər ərzində 452 monoqrafiya və
çoxsaylı məqalələr işıq üzü
görmüşdür.
İnstitutun
direktoru, AMEA-nın həqiqi üzvü Y.M.Mahmudovun fəaliyyətində
diqqəti cəlb edən digər bir cəhət də odur
ki, son on beş il ərzində tədqiqat
planlarına daxil edilmiş mövzular üzrə ölkənin
müxtəlif bölgələrində beynəlxalq simpozium və
respublika çərçivəsində elmi-praktiki
konfransların keçirilməsidir. Belə elmi konfranslar
2005-2018-ci illər ərzində Azərbaycan Respublikasının
Cənub-Şərq, Şimal-Qərb rayonlarında və o
cümlədən Naxçıvan Muxtar Respublikasında
«Naxçıvan: tarixi gerçəklik, müasir durum,
inkişaf perspektivləri» beynəlxalq elmi simpozium, Şəkidə
«Şəki qədim sivilizasiyalar diyarı» beynəlxalq elmi
konfrans, Lənkəranda «Azərbaycan Respublikasının Lənkəran
bölgəsi: tarix, müasir durumu və inkişaf perspektivləri»
elmi praktiki konfranslar, o cümlədən Quba, Şəki-Zaqatala,
Balakən, Lənkəran, Lerik və s. yerlərdə
keçirilmişdir. AMEA A.A.Bakıxanov adına
Tarix İnstitutu rəhbərliyinin başda akademik Yaqub Mahmudov
olmaqla 2013-2018-ci illərdə Azərbaycan xalqına
qarşı törədilən soyqırımı cinayətləri
ilə bağlı beynəlxalq elmi konfranslar
keçirilmişdir ki, bu elmi tədbirlərdə 20-yədək
xarici ölkələrdən, 60-dan çox alimlər
iştirak etmişdir. Bu keçirilən elmi tədbirlər
zamanı AMEA A.A.Bakıxanov adına Tarix
İnstitutu ilə Türkiyə Cümhuriyyəti, RF, Qazaxstan
və digər ölkələrin elmi müəssisələri
ilə əməkdaşlıq haqqında ikitərəfli
müqavilələr imzalanmışdır. Bu işin
mühüm cəhəti odur ki, bu beynəlxalq elmi konfranslar
Azərbaycan Respublikasının o şəhər mərkəzlərində
keçirilmişdir ki, hansı ki, 1918-1920-ci illərdə
Sovet Rusiyasının hərbi-siyasi dairələrinin təhriki
ilə bu şəhərlərdə və onların yerləşdiyi
ərazilərdə Azərbaycan xalqına qarşı
soyqırımı cinayətləri törədilmişdir. Azərbaycan xalqına qarşı törədilən
soyqırımı cinayətinə həsr olunmuş beynəlxalq
elmi konfranslar 2014-2018-ci illər Bakı, Quba, Şamaxı, Lənkəran
və Qusar şəhərlərində keçirilmişdir.
Əslində ölkənin bütün regionlarında
keçirilən bu elmi konfransların praktiki əhəmiyyəti
region əhalisinin öz tarixinə dair həqiqətləri
bilməsi və Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə
yönəldilməsidir.
Bundan əlavə
akademik Y.M.Mahmudov özü Türkiyə və Avropa ölkələrində
(Macarıstan, İtaliya, Polşa) keçirilən beynəlxalq
elmi konfranslarda Azərbaycan torpaqlarına iddia edən erməniləri
ifşa edən məruzələrlə çıxış
edir və Ermənistan- Azərbaycan Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı tarixi və real həqiqətlərini
bütün dünya ictimaiyyətinə mütəmadi olaraq
çatdırır. Bu istiqamətdə uğurlu atılan
addımlardan biri də 2018-ci ildə Polşanın
paytaxtı Varşava şəhərində «Azərbaycanşünaslıq
mərkəzi»nin
açılmasıdır ki, bu da Tarix İnstitutunun direktoru
Yaqub müəllimin və Azərbaycan Respublikasının
Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli
səfiri t.e.d. H.Ə.Həsənov tərəfindən həyata
keçirilmişdir.
2005-2018-ci
illər ərzində AMEA A.A.Bakıxanov Tarix İnstitutu tərəfindən
Y.Mahmudovun müəllifliyi və rəhbərliyi ilə nəşr
edilən «Azərbay¬can tarixində Heydər Əliyev şəxsiyyəti»,
«Azərbaycanlılar» (3 dildə), «Azərbaycan: qısa
dövlətçilik tarixi» (3 dildə), «Azərbaycan
diplomatiyası», «Azərbaycan tarixi: Erkən İntibah
dövrü», «Kürəkçay-200», «Azərbaycanın
tarixi atlası», «Tarixi adlara qarşı soyqırımı»,
«Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri
əməllər barədə tarixi həqiqətlər», «Azərbaycan
Xalq Cümhuriyyəti Böyük Britaniyanın arxiv sənədlərində»,
«Qarabağ: Real tarix, faktlar, sənədlər» (6 dildə),
«Qarabağ xanlığı», «Naxçıvan: tarixi və
abidələri», «Şimal-Qərbi Azərbaycan: ingiloylar», «Azərbaycan-Gürcüstan
münasibətlərində ərazi məsələləri»,
«Car-Balakən camaatlığı» kimi çox mühüm
siyasi və elmi aktuallıq kəsb edən əsərlərin
AMEA Rəyasət Heyətində, Tarix İnstitutunda, BMM-də
KİV-in nümayəndələrinin iştirakı ilə təqdimatları
keçirilmiş, ölkə və dünya ictimaiyyətinə
məlumatlar verilmişdir. Qeyd etmək
lazımdır ki, 2010-cu ildən İnstitutda ilk növbədə
elmi-siyasi və ideoloji əhəmiyyət daşıyan əsərlərin
nəşri işi xeyli genişləndi. 2009-cu ildə
Yaqub müəllimin elmi redaktorluğu ilə Azərbaycan
dilində nəşr olunan «İrəvan xanlığı:
Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan
torpaqlarına köçürülməsi» adlı iri həcmli
monoqrafiya ölkə prezidentinin tapşırığı ilə
bir neçə xarici dilə (rus, ingilis, ispan, ərəb,
italyan və başqa dillərdə) tərcümə edilərək
nəşr edildi və xarici ölkələrdə
yayıldı. Əsər Azərbaycan
Respublikası Prezidenti sərəncamı ilə 2012-ci ildə
Dövlət mükafatına layiq görüldü.
Bundan əlavə Tarix İnstitutu Ümummilli lider Heydər
Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr
olunmuş «Heydər Əliyev» adlı iki cildlik monoqrafiyanı
və «Heydər Əliyev və Azərbaycan elmi» adlı II
cildlik sənədlər toplusunu nəşr etdirdi.
Azərbaycan
xalqına qarşı 1918-ci ildə törədilmiş
soyqırımı cinayətlərinin təşkilatçıları
olan «26-lar»ın məzarlarının açılması və
şəhər qəbiristanlıqlarından birinə
köçürülməsi ilə bağlı
yaradılmış Dövlət Komissiyasının tərkibinə
Y.M.Mahmudovun daxil edilməsi də təsadüfi deyildi. O,
Bakı şəhər İcra Hakimiyyətinin mətbuat
üçün təqdim olunan məlumatın
hazırlanması və onun KİV-ə verilməsinə rəhbərlik
etmişdi. Ortaya çıxan problemin siyasi və
elmi əhəmiyyətini düzgün qiymətləndirən
institut rəhbərliyi məsələ ilə bağlı
yaranmış çoxsaylı suallara cavab vermək
üçün Azərbaycan Respublikasının, o cümlədən
xarici ölkələrin dövlət arxivlərində
araşdırmalar aparmaq məqsədilə işçi qrupu
yaratdı. Həmin qrupun 2008-2018-ci illərdə
ölkənin və xarici ölkələrin dövlət
arxivlərindən əldə etdiyi materialların sənədlər
toplusu şəklində çap olunması və
İnstitutun Elmi Arxivindən istifadə edilməsi qərara
alınmışdır.
Qeyd etmək
lazımdır ki, təkcə «26-lar»ın məsələsi
ilə deyil, o cümlədən Azərbaycan tarixinin
bütün dövrlərinə dair RF, İran,
Gürcüstan, Mərkəzi Asiya ölkələri,
Türkiyə, Almaniya, Polşa, Fransa, İngiltərə,
Hindistan və digər ölkələrin arxivlərində
saxlanılan materialların toplanılıb gətirilməsi
üçün Y.M.Mahmudovun rəhbərliyi ilə bu gün
də intensiv işləri aparılır.
Tarix İnstitutu yarandığı gündən
bütün elmi problemlərin həllində müstəsna yeri
olan Elmi Arxivin fəaliyyəti mühüm yer tutur. 1936-cı ildə
təşkil olunmuş bu arxivin bir müddət sonra arxiv
müdirinin xəstəliyi ilə bağlı işi
pozulmuş və daxil olan sənədlərin qeydiyyata
alınmasında, onların yerləşdirilməsi və
qorunmasında problemlər yaranmışdı. Elmi Arxivin qaydaya salınması işi 2001-ci ilin
sonundan başlansa da, 2004-cü ilin sentyabrında Yaqub müəllim
instituta direktor təyin edildikdən sonra bu işin sürətləndirilməsi
üçün ciddi tədbirlər həyata keçirildi.
Elmi Arxivin vəziyyəti ilə bağlı
yaradılan komissiyanın hesabatı Elmi Şurada müzakirə
olunaraq onu tezliklə qaydaya salmaq üçün bir sıra tədbirlər
görüldü. Qeyd etmək lazımdır ki, Elmi
Arxivlə bağlı məsələləri Yaqub müəllim
həmişə diqqət mərkəzində saxlayır,
komissiyanın işi ilə mütəmadi maraqlanır və
bu işin çox mühüm dövlət əhəmiyyətli
iş olduğunu qeyd edirdi. Məhz buna görə
də görülən tədbirlər nəticəsində
İnstitutun Elmi Arxivi yenidən quruldu, saxlanılan
materialların mövzular, problemlər və dövrlər
üzrə katoloqlaşdırılması və elektronlaşdırılması
başa çatdırıldı.
2004-cü ilin sentyabrından 2018-ci ilin dekabrınadək
Dissertasiya Şurasına rəhbərlik edən AMEA-nın həqiqi
üzvü Y.M.Mahmu¬dovun sədrliyi ilə həm respublika və
həm də qonşu dövlətlər üçün
450-dən çox yüksəkixtisaslı tarixçi-alimlər-fəlsəfə
doktoru və elmlər doktoru hazırlanmışdır.
Bütün bunlar görkəmli alim Y.M.Mahmu¬dovun
gördüyü işlərin yalnız bir qismidir. O, həm də Şəki
rayonundan Azərbaycan Respublikasının Milli Məclisinə
seçilmiş millət vəkili kimi ölkənin ictimai-siyasi
həyatında çox fəal iştirak edir. Akademik
Yaqub Mahmudovun yorulmaz elmi fəaliyyəti dövlətimizin diqqətindən
kənarda qalmamışdır. O, Azərbaycan
Respublikası Prezidentinin sərəncamları ilə
«Şöhrət» və «Şərəf» ordenləri ilə
təltif olunmuşdur.
Hazırda ömrünün 80-ci
baharını yaşayan Azərbaycan xalqının fədakar
oğlu, görkəmli alim, gözəl insan Yaqub müəllimə
ilk növbədə möhkəm cansağlığı,
uzun ömür, Vətənimiz Azərbaycan naminə, gələcək
bütöv Azərbaycan naminə yorulmaz ürəklə
çalışmağı diləyirik.
Cəbi
Bəhramov
Gövhər
Məmmədova
Şərq.-
2019.- 12 fevral.- S.10