İxtisaslaşmış
telekanalların
yadılması vacibdir
Qulu Məhərrəmli:
"Təhsil və maarif kanallarının yaradılması zəruridir"
Elçin Mirzəbəyli: "İxtisaslaşmış telekanallar
günün sosial sifarişidir"
Seymur Verdizadə: "Azərbaycanda
televiziya izləyicilərinin
əksəriyyəti idman,
film, tarix, coğrafiya və başqa sahələr üzrə ixtisaslaşmış
əcnəbi telekanalların
verilişlərinə maraqla
baxırlar"
Müasir media sisteminin ən çevik qollarından biri televiziya kanallarıdır. Bu gün
televiziya adi məişət cihazı
deyil, həyatımızın
ayrılmaz hissəsi,
əsas məlumat mənbəyimiz, həmsöhbətimizdir.
Televiziya
həm də insanın düşüncə
baxımından genişlənməsi,
dünya ilə təması, yaşadığı
cəmiyyəti yaxından
görməsi, ətrafında
gedən prosesləri duyması və ən başlıcası özünü dərk etməsidir. Deməli, televiziya,
onun kommunikativliyi və verdiyi məhsul o dərəcədə
mükəmməl olmalıdır
ki, tamaşaçının
qavrayışı təhrif
olunmasın, insanın
psixikasında və davranışında yanlışlıqlar
yaranmasın.Televiziyalar eyni
zamanda insanların həyatına, cəmiyyətə
ağlasığmaz yeniliklər
də gətirib.
İlk növbədə kütləvi informasiya vasitələri sisteminin müstəqil bir sahəsinə çevrilən
televiziya jurnalistikanın
təsirini və miqyasını genişləndirdi.
Adamlar qəzetdə oxuyub, radioda etdiklərini ekranda seyr etməklə
"yüz dəfə
eşitməkdənsə, bir
dəfə görmək
yaxşıdır” məsəlinin
doğruluğuna bir daha əmin oldular.Son illərdə isə ölkəmizdə
yeni televiziya kanallarının ixtisaslaşmış
şəkildə fəaliyyət
göstərməsini müşahidə
edirik. Bu günlərdə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri
Nuşirəvan Məhərrəmli
də Azərbaycanda ixtisaslaşmış televiziya
kanallarının açılmasının
özünü doğrultduğunu
deyib.
Onun sözlərinə görə,
xüsusən mədəniyyət
kanalının, idman kanalının və xəbər kanallarının
açılması teleradio
məkanına yeni bir nəfəs gətirdi:
"Biz bunu artıq hiss edirik. Ona görə də
bu tipli kanalların, xüsusən
də xəbər kanallarının açılmasında
maraqlıyıq. İndiki dövrdə
informasiya cəmiyyətində
xəbər kanallarının,
müasir maddi-texniki bazaya malik və
informasiya texnologiyalarının
üstünlüklərindən istifadə edən kanalların açılmasında
maraqlıyıq”.
Bəs, hazırda
Azərbaycanın televiziya
məkanında başqa
hansı ixtisaslaşmış
kanalların yaradılmasına
ehtiyac var? Ekspertlər ölkəmizdə
xəbər və idman kanallarının fəaliyyətini qənaətbəxş
hesab edirlər. Onların fikrincə, daha çox izlənilən kanallardan biri də məhz idmanla bağlıdır.
Tanınmış teletənqidçi, BDU-nun professoru
Qulu Məhərrəmli
Azərbaycanda ixtisaslaşmış
kanalların yaradılmasına
ehtiyac olduğunu deyib. Professor bildirib ki, Azərbaycanda mədəniyyət və
idman kanallarından öncə, təhsil və maarif kanallarının yaradılması
zəruridir: "Çünki
bütün dünya bunun üzərində dayanır. Nüşirəvan müəllim yeni
kanalların açılmasının
müsbət tendensiya
olduğunu düzgün
vurğulayıb.
Bu kanalların media məkanına
yeni rəng qatdığı bir həqiqətdir. Amma mədəniyyət kanalında normal verilişlər
nümayiş edilir, idman kanalları da çalışır ki,
özünü doğrultsun.
Hələlik isə bu kanalların işini yüksək qiymətləndirmək
elə də mümkün deyil. Yalnız musiqi kanalı olan "Muz TV” öz işinin öhdəsindən yaxşı
gələ bilir.
Bu kanalda yaxşı
musiqi blokları verilir, maraqlı proqramlar nümayiş olunur. "Muz TV”-də həmçinin dünya musiqisi ilə tematik musiqi blokları hazırlanır. Bütün bunlar çox
müsbət amildir.
Düşünürəm ki, indiki halda Azərbaycan
televiziyalarında yüksək
səviyyəli və
peşəkar şəkildə
fəaliyyət göstərən
elm, təhsil və maarif proqramlarının açılmasına ehtiyac
var. Təsəvvür edin
ki, Yaponiya kimi inkişaf etmiş ölkənin televiziya kanallarında 2-ci
yerdə elm və təhsil proqramları yer alır.
Yəni kommersiya məqsədi olmayan, gəlir əldə etməyi nəzərdə tutmayan, yalnız və yalnız millətin, cəmiyyətin inkişafına
yardımçı olacaq
elm və təhsil kanallarının fəaliyyət
göstərməsi lazımdır. Hesab edirəm
ki, bu kanal
ya İctimai Televiziyanın, ya da
"AZTV”-nin nəzdində
açılsa çox
yaxşı olardı.
Həmçinin bu proqramların
yalnız televiziyada yox, radioda da səslənməsi lazımdır.
Çünki hazırkı durumda
auditoriyaya xidmət göstərən ixtisaslaşmış
radio kanallarının da fəaliyyəti
əsasdır”.
"Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin sözlərinə
görə, ixtisaslaşmış
televiziya kanalları bütün dünyada fəaliyyət göstərir
və ölkəmizdə
də belə kanalların olması normaldır: "Çünki
insanlar informasiyanı
əldə etmək üçün daha konkret bir məkan
axtarırlar, onlara lazım olan istiqaməti seçməyə
cəhd göstərirlər.
Bugünkü müasir insanın
vaxtı yoxdur ki, saatlarla telekanalları
izləsin, gərəksiz
olan informasiyanın nə zaman veriləcəyini
gözləsin.
Əgər söhbət informasiya və kommunikasiya texnologiyalarının inkişaf
etdiyi, internet resurslarının
çoxaldığı bir
dövrdə televiziyaların
rəqabət qabiliyyətinin
artırılmasından gedirsə,
şübhəsiz ki,
ixtisaslaşmış telekanallar
günün sosial sifarişidir. Nuşirəvan müəllimin səsləndirdiyi
fikirlərə də
tamamilə haqq qazandırmaq olar. Azərbaycanda yeni modellərin
daha geniş şəkildə tətbiq
olunması istiqamətində
yeni xəbər kanalının olacağı
barədə fikirlər
səsləndirilib. Bunu çox
normal qəbul edirəm.
Düşünürəm ki, artıq
müəyyən bir zaman kəsiyindən sonra yeni model müxtəlif telekanallarda
tətbiq olunmağa başlayacaq”.
Televiziyaların maddi-texniki bazasının
inkişaf etməsi məsələsinə gəldikdə
isə E.Mirzəbəyli
vurğulayıb ki, dövlət büdcəsindən
maliyyələşən telekanalların
maddi-texniki bazası kifayət qədər inkişaf edib:
"Özəl telekanallarda
isə müəyyən
qədər fərqli
mənzərə var. Onlardan
bir qismi dövlətin telekanallara verdiyi dəstəkdən səmərəli şəkildə
istifadə edərək
texniki bazalarını
gücləndiriblər və
efirləri kifayət qədər keyfiyyətli,
müasir dövrün
tələblərinə uyğundur. Lakin televiziyalar
da var ki, bu tələblərə qətiyyən uyğun gəlmir, avadanlıqlar köhnəlib və müasir dövrdə indiki televiziyalar arasındakı rəqabət
prosesində kifayət
qədər zəif görünürlər. Bütün bunlar
zamanla öz həllini tapa biləcək
problemlərdir. Amma birmənalı
şəkildə bu gün idman, mədəniyyət və
xəbər kanallarının
ən yüksək standartlara cavab verdiyini söyləməyə
çətinlik çəkirəm.
Təbii
ki, televiziya kanalları müəyyən
qədər özünü
doğruldub. Bildiyim qədəri
ilə idman kanalını yalnız Azərbaycandan yox, bir çox ölkələrdən izləyirlər.
Hətta
bu barədə dəqiq məlumatım var ki, Mərkəzi
Asiyada, türkdilli dövlətlərdə məhz
idman verilişlərini
əsasən ölkəmizin
idman kanallarından izləyirlər. Mədəniyyət kanalı ilə bağlı bu fikri tam şəkildə deyə bilmərəm.
Çünki bu kanalın
uğurlu layihələri
olduğu kimi uğursuz layihələri
də olur. Azərbaycan Dövlət Televiziyasında
gənc rəhbərlik
var və yaxşı komanda formalaşdırılır. Ümid edirəm ki, bu istiqamətlərdə islahatların aparılması
prosesi həyata keçiriləcək. Ölkəmiz televiziya sahəsində təcrübə qazanır
və düşünürəm
ki, zamanla bu təcrübə daha da genişlənəcək.
Birmənalı olaraq hər
şeyin ideal səviyyədə
olduğunu demək də düzgün olmazdı. Hələ görüləcək çox işlər var.
MTRŞ-nin bu istiqamətdə fəaliyyətini
və stimullaşdırıcı
addımlarını çox
yüksək qiymətləndirirəm”.
"Jurnalist Araşdırmaları
Mərkəzi”nin rəhbəri Seymur Verdizadə bildirib ki, dünya praktikasında sahəvi telekanalların yaradılması
və efir məkanında özlərinə
yer tutmaları çoxdan adi hala çevrilib:
"Azərbaycanda televiziya
izləyicilərinin əksəriyyəti
idman, film, tarix, coğrafiya və başqa sahələr üzrə ixtisaslaşmış
əcnəbi telekanalların
verilişlərinə maraqla
baxırlar. Yəni profil telekanallarının
sabit auditoriyası var.
O baxımdan, Azərbaycanda
Mədəniyyət və
İdman kanallarının
yaradılması normaldır.
Mən sosial şəbəkələrdə
verilən reaksiyalardan
görürəm ki, Mədəniyyət kanalındakı
verilişlərin məzmunu
və səviyyəsi
qaneedicidir. O cümlədən,
İdman Azərbaycan kanalına da müəyyən
tələbat var. Hər
halda, bir çox idman növləri üzrə keçirilən yarışlar,
canlı yayımlar bu kanalın da sabit auditoriyasını formalaşdırıb. Əlbəttə ki, bütün media quruluşları kimi adlarını çəkdiyimiz
kanalların da təkmilləşmək
istiqamətində səy
göstərmələri zəruridir.
Bayaq da qeyd etdiyim kimi,
Azərbaycan tamaşaçısı
xaricdən yayımlanan
telekanallarda sırf informasiya, tarix, coğrafiya, texnologiya, səyahət, ekstremal idman haqqında verilişlərə maraqla
baxırlar. Azərbaycanda
da bu tip kanalların yaradılması pis olmazdı. Ancaq indiki şəraitdə
bunun nə dərəcədə mümkün
olduğunu deyə bilmərəm”.
Yeganə Bayramova
(davamı olacaq...)
Şərq.-
2019.- 23 fevral.- S.11