"Mən illərdir ailəmlə
30 kv. metrlik evdə yaşayırdıq"
Xalq artisti:
"Prezidentimizin mənə
ev hədiyyə etməsi ailəmə böyük sevinc yaşatdı"
Prezident İlham
Əliyev Xalq artisti Məmmədsəfa
Qasımovu (Məmməd
Səfa) mükafatlandırıb.
Ölkə başçısı
“YUĞ” Teatrının aktyoruna
ev bağışlayıb.
Xalq
artisti ilə əlaqə saxladıq. «Şərq»in oxucuları ilə təəssüratlarını
bölüşən Məmməd
Səfa Qasımov sevincinin hədsiz olduğunu dilə gətirdi.
- Ölkə başçımız sizə
ev hədiyyə etdi. Gözlənilməz sürprizi eşidəndə
nə hisslər yaşamış oldunuz?
- Mən cənab
Prezidentimizə ailəm
və öz adımdan dərin təşəkkürümü bildirirəm. O cümlədən
Mədəniyyət və
turizm naziri Əbülfəz Qarayevə
təşəkkür edirəm.
Nazir olan gündən mən hər zaman bir sənətkar olaraq o qayğını və diqqəti hiss etmişəm. Biz aktyorlar həssas
oluruq. Təbii ki, yaradıcı ruhlu insanlar qayğı və diqqət hiss edəndə bu onlara daha böyük
stimul verir, yaratmaq, çalışmaq
məsuliyyətini artırır.
Sənəti, səhnəni
sevən insan onsuz da sənət
fədakarı olur. Sən səhnəyə nəyəsə görə
deyil, səhnəni sevdiyin üçün çıxırsan. Amma sənətinə dəyər
görəndə bu səni bir az
da ruhlandırır. Əslində hər insan diqqətə, qayğıya ehtiyac duyur. Cənab Prezidentimizin bu hədiyyəsi mənim üçün gözlənilməz
bir sürpriz oldu.
- Ailəniz necə
qarşıladı bu
xəbəri?
- İki övladım
var. Bir qızım tələbədir,
oğlum 8-ci sinifdə
oxuyur. Ailəm təbii ki, bu xəbərdən təsirləndi, sevindi. Hamı istər ki, rahat həyat
yaşasın, şəraiti
olan evi olsun. Mən illərdi ailəmlə 30
kv. metrlik evdə yaşayırdıq.
Həqiqətən çətin
idi, darısqal idi. Uşaqlar böyümüşdü. Ona
görə Prezidentimizin
mənə ev hədiyyə etməsi ailəmə böyük sevinc yaşatdı.
- Elə bir
teatrda çalışırsız
ki, "YUĞ" Teatrı
digərlərindən fərqlənir.
Hətta sizin tamaşaçı kontingentiniz
də fərqlidir.
- Həqiqətən aktyor olmaq fədakarlıq
tələb edir. Amma "YUĞ" Teatrında
çalışmaq fərqlidir.
Bizim teatrın tamaşaçısı da
digər teatrların tamaşaçısından fərqlənir.
Rəhmətlik Vaqif müəllimin qoyduğu yol çətin də olsa, özəlliyi ilə seçilib, xüsusi bir dəsti-xətt qoyub getdi. Biz də
o yolun davamçısı
olmağa çalışırıq.
- İnternet dönəmi gələndən,
bəzilərinin fikrincə,
teatr dönəmi bitdi. Bu fikirlə
nə qədər razılaşa bilirsiz?
- Qətiyyən razılaşmıram. Çünki
hər dövrdə teatra gələnlər olub, bu gün
də var, sabah da olacaq.
Teatr dönəmi bitə bilməz. Çünki teatra maraq göstərən tamaşaçı hər
zaman olub. Teatr kütləvi sənət deyil. Mən hesab etmirəm ki, teatr kütlə üçün nəzərdə
tutulub. Müəyyən
təbəqə var ki, onlar mütəmadi
teatra gəlirlər, onlar aktyorla canlı ünsiyyətdə
olmağa maraqlı olur. Ona görə
də heç vaxt ola bilməz
ki, teatr tamaşaçısız qalsın.
Hər teatrın da öz tamaşaçısı var.
- Maddiyyatın necə, səhnəyə
çıxan aktyora təsiri olurmu?
- Bilirsiz, bunu
aktyorla, sənətlə
bağlamaq düzgün
deyil. Bunu insan faktoru ilə
əlaqələndirmək lazımdı. Bir insanın sosial həyatında çətinliklər,
sıxıntılar varsa,
bu özünü bu və ya
başqa şəkildə
iş həyatına təsirsiz ötüşmür.
Təbii ki, səhnəyə çıxan
aktyorun da sıxıntısı varsa,
bu, onun aktyor ifasına mütləq həmin məqamda təsir edir.
- Tərəf-müqabilinin
kimliyi səhnədə
aktyorun ifasına nə qədər təsir etmək gücünə malikdir?
- Tərəf-müqabilinin
kimliyi çox böyük bir faktordu. Obrazın yaxşı və ya pis alınmasında
50 faiz tərəf-müqabilinin
üzərinə məsuliyyət
düşür. Tərəf-müqabili
kimdir? Bu faktor ən vacib amillərdəndir. İstər sənəti,
istərsə də şəxsiyyəti obraza təsir edə bilir.
Şərq.- 2019.- 6
iyul.-S.13