Milli Yaylaq Festivalı
əlamətdar hadisədir
Azərbaycanda yaylaq və elat ənənələrinin
yaşadılması və
təbliği məqsədilə
iyulun 26-da ilk dəfə olaraq Gədəbəy rayonunda Milli Yaylaq Festivalına
start verilib.
Gədəbəy rayonunun ərazisində
yerləşən Düzyurd-Miskinli
yaylağında nadir konsepsiya
əsasında təşkil
olunan Milli Yaylaq Festivalına təşkilatçı və
tərəfdaş qurumların
rəhbər şəxsləri,
dövlət və hökumət rəsmiləri,
diplomatlar, 16 ölkədən
nümayəndələr, o cümlədən Dünya
Etnoidman Konfederasiyasının
sədri Bilal Ərdoğan,
eləcə də minlərlə yerli və xarici turist qatılıb.
Milli Yaylaq Festivalının təşkilində
əsas məqsəd Azərbaycan xalqının
zəngin və çoxəsrlik mədəni
irsinin, yüzillərlə
formalaşmış yaylaq
və elat mədəniyyətinin, nadir mədəniyyət
nümunələrinin və
tarixi abidələrinin
nümayiş etdirilməsi
və ərazinin turizm potensialının üzə çıxarılmasından
ibarətdir.
Festivalın ilk günü iştirakçılar
üçün unudulmaz
anlarla yadda qalıb.
İyulun 28-dək davam edəcək
festival Gədəbəy
Rayon İcra Hakimiyyəti, Türk Əməkdaşlıq və
Koordinasiya Agentliyi
(TİKA), “Cavadxan” Tarix
və Mədəniyyət
Fondunun təşkilatçılığı,
Mədəniyyət Nazirliyi,
Kənd Təsərrüfatı
Nazirliyi, Dövlət
Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi,
Azərbaycan Atçılıq
Federasiyası və Dünya Etnoidman Konfederasiyasının rəsmi
dəstəyi ilə keçirilir
Yeganə Bayramova
Şərq.- 2019.- 30 iyul.- S.6