"O səs Allah vergisidir"

 

Arif Babayev: "İlahə gələcəkdə əsl xanəndə ola bilər"

 

Üç ay müddətində həyəcan dolu anların yaşandığı VII Muğam Televiziya Müsabiqəsi başa çatdı. Heydər Əliyev Mərkəzində keçirilən final gecəsi 7 gənc iddiaçının dolğun ifası ilə yadda qalıb.

VII Muğam Televiziya Müsabiqəsinin final gecəsində 7 xanəndə - Vəliş Mirzəyev, Faiq Əkbərov, Rəvan Qaçayev, Zülfiyyə Cəbrayılzadə, Murad Rüstəmzadə, İlahə Rüstəmova Xəyal Hüseynov ifalarını təqdim ediblər. Gecədə İmadəddin Nəsiminin qəzəlləri üstə muğam şöbələri təsniflər səslənib.

 

Sonra münsiflər heyətinin üzvləri - Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Mənsum İbrahimov, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov müsabiqənin icraçı direktoru, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi qalibləri müəyyənləşdirmək üçün məşvərət otağına dəvət olunublar.

 

Əvvəlcə müsabiqənin diplomantları təltif olunublar. İki gənc ifaçıya- Suma Tapdıqovaya İran İslam Respublikasının təmsilçisi Hüseyn Səbaya müsabiqənin xüsusi mükafatı təqdim edilib.

Gənc xanəndələr İlahə Rüstəmova Xəyal Hüseynov müsabiqədə birinci yeri qazanıb. Birinci yerlərin sahiblərinə milli geyim dəsti təqdim olunub.

 

İkinci yeri Murad Rüstəmzadə Zülfiyyə Cəbrayılzadə, üçüncü yeri isə Vəliş Mirzəyev, Rəvan Qaçayev Faiq Əkbərov tutublar.

 

Qaliblərə mükafatları münsiflər heyətinin üzvləri təqdim ediblər.

 

Qaliblərin mükafatlandırılmasından sonra çıxış edən müsabiqənin icraçı direktoru, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi muğam sənətinin inkişafına verdiyi yüksək dəstəyə görə Prezident İlham Əliyevə birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya münsiflər heyəti adından dərin təşəkkürünü bildirib.

Daha sonra qalib xanəndələr "Qarabağ şikəstəsi”ni ifa ediblər.

 

Müsabiqə bitdikdən sonra Xalq artisti Arif Babayev «Şərq»ə açıqlamasında Muğam müsabiqəsinin mahiyyətinin böyüklüyündən danışıb: «Müsabiqənin keçirilməsi həqiqətən muğama olan diqqətdir, qayğıdır.

 

 Həqiqətən gənc nəslin arasında istedadlı uşaqları tapıb üzə çıxarmaq çox çətindi. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən muğam müsabiqəsində hər dəfə onlarla istedadlı gənc üzə çıxarılır, onlara böyük səhnəyə çıxmaq imkanı yaradılır. Müsabiqənin ilkin mərhələsində 200-dən artıq gənc arasından 15-16 gənc münsiflər tərəfindən seçilərək qalib olmaq imkanı əldə edir. Həqiqətən bu müsabiqənin Azərbaycan mədəniyyətinə töhfəsi danılmaz böyükdür.

 

Yeni nəfəs, yeni səslər muğam səhnəsinə gəlir. Əsl istedadı tapmaq üçün 200-300 səs arasında seçim edirsən. O səs ki, biz axtarırıq, o səsləri tapmaq üçün zaman səfər edilib, münsiflər əziyyət çəkib. Budəfəki müsabiqədə yaxşı səs sahibləri var idi.

 

Onların gələcəyi ola bilər, muğam ifaçıları olaraq formalaşa bilərlər. Bu dəfə müsabiqədə iki nəfər birinci yerin sahibi oldu. Hər ikisi güclü səsə sahib idilər. Amma İlahənin səsi daha çox ümid yaradır. O səs Allahın vergisidir. Əgər bu qız üzərində işləsə, tənbəllik etməsə, müəllimi ilə mütəmadi çalışsa, o qızın gələcəyi parlaqdı, o qız gələcəkdə əsl xanəndə ola bilər.

 

Bir qeyd edirəm ki, bu müsabiqə istedadlı gənclərin parlaması, tanınmasında böyük rol oynayır. Mehriban xanım var olsun, Muğam Müsabiqəsində iştirak edən, güclü səsi olan gəncləri özü ilə dünyanın hər yerinə aparır, dövlət səviyyəli tədbirlərdə iştiraklarına imkan yaradılır, xarici ölkələrin səhnələrində gənc yaşlarında çıxış edirlər. Bütün bunlar Azərbaycan muğamına olan qayğının nəticəsidir. Bu şəraiti Mehriban xanım yaradıb. Bu gün Azərbaycan muğamı dünyaya səs sala bilib».

 

Tahirə

Şərq.- 2019.- 20 iyun.- S.13