"Prezident  mədəniyyət,  ədəbiyyat   incəsənətə  böyük  diqqət  göstərir

Fikrət Qoca:"İnsanları vətənə, torpağa bağlayan mədəniyyət ,ədəbiyyat ənənələrdir"

Azərbaycan Prezidenti İlham Əliyevin mədəniyyət incəsənət xadimləri ilə görüşü çox ciddi vaxtında olan görüş idi. Mərhum ulu öndər Heydər Əliyev mədəniyyət, ədəbiyyat incəsənətə həmişə böyük diqqət göstərirdi”.

Bu sözləri "Sherg.az”a xalq şairi Fikrət Qoca deyib.

O qeyd edib ki, ulu öndər tar, kamança ümumən musiqiyə böyük maraq göstərirdi:

"Ümumilli liderimiz Heydər Əliyev musiqi təqdimatlarında iştirak edirdi. Sinfonik müsiqiyə qulaq asırdı. Musiqinin, sözün əhəmiyətini bilirdi. Heydər Əliyev bəstəkar musiqilərini dinləyirdi. Teatra gedirdi. Tamaşadan sonra aktyor artistlərlə söhbət edirdi. Oynadıqları rollara münasibətini bildirirdi. Ümumiyyətlə, mədəniyyətin, incəsənətin, ədəbiyyatın önəmini yaxşı bilirdi. Cənab İlham Əliyev həmin ailədən çıxıb. Bu onun qanında, genində var. Möhtərəm İlham Əliyev mədəniyyət ədəbiyyata maraq göstərir. Dini, dili, mədəniyyəti, ədəbiyyatı, incəsənəti olmayan xalq xalq deyil. Həmin xalq müstəqil olsa da, o müstəqilliyin qədrini bilmir müəyyən müddətdən sonra müstəqilliyini itirir. Bir xalqın dini, dili, ədəbiyyatı, milli mədəniyyəti, keçmişi yoxdursa, o hansı dəyəri ilə yaşayacaq ? Kökü qorumaq lazımdır. Kökü olmayan xalqlar qalmırlar. İnsanları vətənə, torpağa, bağlayan mədəniyyət, ədəbiyyat ənənələrdir. İnsanları öz torpağına bağlayan onun atalar sözləri, xalq yaradıcılığıdır. Baxın, dilimiz zənginləşir. Müstəqillik dövründə dilimizə xüsusi diqqət yetirildi. Əlifba dəyişildi. Yəni dil öz saflığına kökünə qayıtdı. Dilçilərimiz , alimlərimiz işləyir. Yazıçılarımız öz əsərlərini daha geniş auditoriyaya çıxarmaq üçün geniş imkan tapıblar. Bütün kitablarımız, ədabiyyat nümunələrimiz dünyanın müxtəlif dillərinə tərcümə olunur. Bunların hamısı mədəniyyətdə cəm olub.

Bu gün cənab Prezident mədəniyyət işçiləri ilə söhbətlər apardı. Onların fikir təkiflərini öyrəndi. Görüşdə ittifaq sədrləri çıxış etdilər. Ayrıca sözü olanlar da fikirlərini bildirdilər. Həlli yetişmiş məsələlərin tənzimlənməsi ilə bağlı söhbətlər aparıldı. Daha çox işgüzar bir görüş, yığıncaq oldu. Bu, ölkə başçısının mədəniyyət, ədəbiyyat incəsənətə böyük maraq, diqqət göstərməsinin aydın təzühürü idi”.

 

Ayyət Əhməd

Şərq.- 2019.- 2 mart.- S.4.