Uşaq kanalı AzTV və İTV-nin  bazasında fəaliyyət  göstərməlidir

"Uşaqların layiqli vətəndaş kimi yetişdirilməsi dövlətin vəzifəsidir dövlətimiz bu vəzifəni həyata keçirmək üçün televiziya imkanlarından da istifadə etməlidir"

"Milli kaloriti bol olan verilişlərin məhz uşaq kanalı üzərindən yayımlanmasını təmin edə bilərik"

Uşaqlar günlərinin çoxunu ekran qarşısında Rusiyanın, Türkiyənin müxtəlif uşaq kanallarını seyr etməklə keçirirlər. Bu isə onların həm dünyagörüşünə, həm danışıq vərdişlərinin formalaşmasına, həm düşüncə tərzinə öz təsirini göstərir. Bu kanalların hər biri həmin ölkələrin öz auditoriyasına hesablandığından onların təbliğ etdikləri dəyərlər bu xalqların mentalitetinə maraqlarına uyğun formalaşıb.Bu baxımdan ölkəmizdə körpələrimizin milli ruhda böyüməsinə xidmət edəcək bir uşaq kanalının yaradılması vacib hesab olunur.Hətta uşaqlarla bağlı verilişlərin azlığı verilişlərin xaricdən gətirilərək yerli telekanallarda göstərilməsi Milli Televiziya Radio Şurasını narahat edir.

Dəfələrlə şura rəhbərliyi tərəfindən bu məsələ gündəmə gətirilib. Buna baxmayaraq, hələ belə bir kanalın yaradılması ilə bağlı bir tərpəniş görünmür. Telekanallarda yayımlanan uşaq verilişlərinin səviyyəsi qənaətbəxş deyil.

Lakin Azərbaycan efirində uşaq telekanallarının yaradılması çox vacibdir. Ekspertlər ölkəmizdə uşaq telekanallarının fəaliyyətini olduqca önəmli hesab edirlər. Bu günlərdə Milli Televiziya Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib ki, gələcəkdə Azərbaycanda ümumrespublika yayımlı uşaq telekanalının yaradılması məsələsinə baxıla bilər.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət ölkəmizdə uşaq kanalının fəaliyyət göstərdiyini bildirdi:"ARB Günəşməhz uşaq kanalı kimi fəaliyyət göstərir. Bildiyimə görə, bu, yetərincə uğurlu bir kanaldır. Düşünürəm ki, uşaq kanalı daha çox AzTV-nin İctimai Televiziyanın bazasında fəaliyyət göstərməlidir. Uşaqların layiqli vətəndaş kimi yetişdirilməsi dövlətin vəzifəsidir dövlətimiz bu vəzifəni həyata keçirmək üçün televiziya imkanlarından da istifadə etməlidir. Bu baxımdan ya İTV, ya da AzTV-nin nəzdində uşaq kanalının fəaliyyət göstərməsi məqsədəuyğun olar”.

Uşaq kanallarının mahiyyət məzmununa gəlincə, A.Həsrət bildirdi ki, uşaq televiziyalarında daha çox milli dəyərlərin təbliğ olunması, sağlam nəslin yetişdirilməsinə xidmət edən materialların verilməsi, eyni zamanda uşaqların çağdaş elmi texnologiyaları mənimsəməsi üçün proqramların verilməsi yerinə düşərdi:"Məsələn, Türkiyədə fəaliyyət göstərən "TRT Çocukkanalının təcrübəsini öyrənib öz ölkəmizdə tətbiq edə bilərik. Yaxud da milli kaloriti bol olan verilişlərin məhz uşaq kanalı üzərindən yayımlanmasını təmin edə bilərik. Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun zamanında maraqlı bir çağırışı var idi.

O deyirdi ki, "Uşaqlarımız milli oyuncaqlarla oynamalıdır, əndrabadi oyuncaqlarla oynayan uşaqların vətənpərvər yetişməsi şübhəli məsələdir”. Bu baxımdan düşünürəm ki, uşaqların milli ruhda tərbiyə edilməsi üçün uşaq kanalının fəaliyyət göstərməsi yerinə düşərdi. Məhz milli cizgi-filmlərinin, proqramların, milli uşaq musiqisinin təqdim olunması işə yaraya bilər. Əlbəttə ki, bunu etmək dövlətimiz üçün çətin olmaz”."İki Sahilqəzetinin baş redaktoru Vüqar Rəhimzadə uşaq telekanalarının yaradılmasının tərəfdarı olduğunu qeyd edib:"Uşaqların milli-mənəvi ruhda böyüməsi formalaşması üçün bu kanalların böyük rolu ola bilər. Televiziya informasiya daşıyıcısı olmaqla yanaşı, eyni zamanda böyük bir təbliğat vasitəsidir. Təbii ki, televiziya kanallarının hər bir evə çağırılmamış qonaq qismində daxil olmaq imkanları var. Ona görə uşaq kanallarının yaradılması bütövlükdə cəmiyyət üçün, uşaqlarımızın, gənclərimizin yaxşı vətəndaş kimi formalaşmasında yaxşı töhfə verə bilər.

Təklif edərdim ki, milli-mənəvi ruhda olan verilişlərin sayı çox olsun vətənpərvərlik mövzularına geniş yer verilsin. Eyni zamanda uşaq kanallarında adət-ənənələrimizə, tariximizə aid verilişlər yayımlanmalıdır. Hesab edirəm ki, müasir dövrə uyğunlaşan yeni verilişlərdə vətənpərvərlik mövzusuna yer verilməsi uşaqların milli ruhda böyüməsində müsbət rol oynaya bilər”."Bakı-xəbərqəzetinin baş redaktoru Aydın Quliyevin sözlərinə görə, həqiqətən bu gün ölkəmizdə sahəvi televiziyaların yaradılmasına ehtiyac var:"Hazırda televiziya məkanında sıxlıq olsa da, mövcud televiziyaların əksəriyyəti bir-birinin təkrarından ibarətdir. Xüsusilə özəl televiziya şirkətləri haqqında danışıram. Onların hər biri televiziya efirinə çox operativ maraqlı xəbərçilik iddiası ilə gəlsə , əslində nəticədə bir-birini təkrarlayan modellərdən başqa ortaya hələ ki, bir şey qoymayıblar. Bu nöqteyi-nəzərdən televiziya məkanlarımızda sıxlıq olsa da, bu gün müxtəlif sahələr üzrə peşəkar televiziyalara ehtiyac duyulur.

Xüsusilə , elm, mədəniyyət kanalı ayrıca bir televiziya olaraq müəyyən boşluğu doldura bilib. Həmçinin uşaqlarla bağlı xüsusi bir televiziyanın olmasına ehtiyac var. Çünki başqa televiziyalar əsasən xəbər yayımlanması üstündə qurulduğu bəzi hallarda bir-birini təkrar etdiklərinə görə, gənc nəslin, xüsusilə uşaqların zövqünün formalaşması, onların müxtəlif yaş dövrlərinə uyğun olaraq maraqlı, məntiqi təfəkkürünün formalaşmasına kömək edən verilişlərin yayımlanması lazımdır. Bu nöqteyi-nəzərdən düşünürəm ki, ayrıca uşaq televiziyasının yaradılması böyük fayda verə bilər”.

Baş redaktor bildirib ki, hazırda qloballaşma dövründə gənc nəslin, xüsusilə uşaqların müxtəlif internet məkanındakı təhlükələrdən qorunmasında ciddi ehtiyac var:

"Etiraf edək ki, gəncləri uşaqları bu təhlükələrin hamısından heç yüksək səviyyədə qoruya bilmirik. Belə şəraitdə ziyanlı çağırışların qarşısını almaq mümkün olmasa da, heç olmasa, onların ziyanlı təsirlərini neytrallaşdırmaq, uşaqların diqqətini ziyanlı informasiyalara yox, məhz məqsədəuyğun efir verilişlərinə yönəltmək üçün uşaq televiziyalarının fəaliyyət göstərməsinə çox ciddi ehtiyac var. Əminəm ki, belə televiziya yaradılsa, o zaman Azərbaycanda uşaqların milli ruhda mənəvi dəyərlərlə böyüməsinə imkan yarana bilər. Belə verilişləri yarada bilərik. Düşünürəm ki, bunlar da indiki qloballaşma əsrində uşaqlarımızın formalaşmasındakı ziyanlı təsirləri neytrallaşdırar, həm sırf milli-mənəvi azərbaycançılıq dəyərlərinin üstündə yeni bir nəslin formalaşmasına öz töhfəsini verə bilər”.

"Palitraqəzetinin əməkdaşı Tural Tağıyev Azərbaycanda uşaq televiziyasının yaradılmasının vacib olduğunu deyir:

"Əvvəlcə onu deyim ki, uşaq televiziyasının yaradılması ideyasını illər öncə mətbuatda yazıb təklif formasında vermişdim. Yəni, bu məsələ reallaşırsa, alqışlanmalıdır, bir qədər gecikmişik hələ. Türkiyə digər ölkələrdə belə telekanallar var. Konkret olaraq verilişlərə gəldikdə isə uşaq televiziyası olsa da, düşünmürəm ki, bütün günü uşaqlara aid cizgi filmi s. göstərilməlidir. Valideynlər üçün maarifləndirici verilişlər ola bilər, psixoloqların iştirakı ilə digər uşaq verilişləri hazırlana bilər. Ümumən uşaqların əqli fiziki inkişafına səbəb olacaq istənilən maarifləndirici veriliş olsa, alqışlayaram. Yəqin ki, bununla bağlı mütəxəssislər xüsusi layihələr hazırlayıblar. Rusiya Türkiyə təcrübələrindən yararlansalar yaxşı olar”."Musavat.com” saytının redaktoru Xalid Kazımlı uşaq kanallarının yaradılmasına heç bir ehtiyac olmadığını bildirdi

 

"Böyüklər üçün olan televiziyaları yarıtdılar, qaldı uşaq televiziyası. Uşaqlar üçün günün erkən saatlarında maraqlı verilişlər hazırlasalar, kifayətdir”.

Tanınmış jurnalist Ramilə Qurbanlı isə uşaq telekanalının yaradılmasının labüd olduğunu deyir:

"Çünki övladlarımız Türkiyənin uşaq kanallarına baxmaqdan dillərini Anadolu, Osmanlı türkcəsində açırlar. Açılacaq uşaq kanalı birinci ondan başlamalıdır ki, uşaqlara öz dillərində danışmağı, əyləncəli, öyrədici formada aşılasın. Sonra milli kimliyini uşağa onun maraq dairəsində anlayacağı tərzdə desin.

Nağıllarımızı, nağıl qəhrəmanlarımızı, folklorumuzu, musiqimizi, ədəbiyyatımızı uşaqlar dərslə bərabər yaradılacaq kanallar vasitəsilə öyrənsinlər, qəhrəmanlarımızı tanısınlar. Vətənpərvər kökə bağlı azərbaycanlı kimi yetişmələrində o kanal rol oynasın. Yoxsa gələcək nəsil manqurt olacaq”.

 

Yeganə Bayramova

Şərq.- 2019.- 28 mare.- S.11