“Jurnalistlər evi  yaradılmalıdır”

Xalq yazıçısı, millət vəkili Elmira Axundova Mətbuat Tarixi Muzeyini ziyarət etdi

Bu gün millət vəkili, Xalq yazıçısı, tanınmış jurnalist Elmira Axundova "Şərq”in qonağı olub. Xatırladaq ki, xanım millət vəkili, 2017-ci ildə redaksiyada yaradılan Azərbaycan Milli Mətbuat Tarixi Muzeyinin açılışında iştirak edərkən özünə məxsus olan jurnalistik eksponat, əşya sənədləri muzeyimizə hədiyyə edəcəyini vəd etmişdi. Hər zaman vədinə sadiq qalan Elmira xanım bu dəfə verdiyi sözə əməl etdi. jurnalist fəaliyyəti dönəmində istifadə etdiyi ilk fotoaparatları, diktofonları müəllifi olduğu bir neçə tarixi əhəmiyyətli kitabı muzeyimizə bağışladı. Muzeyə bağışladığı eksponatlar barədə həvəslə danışan E.Axundova bir-bir bu eksponatların yaradıcılığındakı oynadıqları rolunu da ətraflı təsvir edib:

Bu fotoaparatı mənə 1974-1975 -ci illərdə hədiyyə ediblər. Böyük fotoaparatdı. Bu aparatla yaxşı foto çəkməyin sirlərini öyrənirdim yaxşı da çəkirdim.

Bu isə mənim ilk diktofonumdur.Ulu öndər Heydər Əliyevdən müsahibə götürəndə bu diktofon daim yanımda olub.Bu fotoparatı isə 1998-ci ildə ümummilli lider Heydər Əliyevlə xarici səfərdə olanda almışam. Yaponiyada olanda bu fotoapartı Heydər Əliyevin sayəsində əldə etdim.Bu diktofon isə mənə 1989-cu ildə Moskvada, "Literaturnaya qazeta”da çalışan zaman hədiyyə edilib. Bu diktofonla 1990-cı ildə ilk dəfə olaraq Naxçıvana getdim həmin diktofonla Heydər Əliyevdən müsahibə aldım. Bu, tarixi bir müsahibə idi. Həmin əşyalarımı muzeyinizə təqdim edirəm. Bundan başqa mənim jurnalistikaya dair vəsiqələrim, mətbuatla bağlı dərsliklərim jurnalistikaya aid sənədlərim var. Onları da muzeyə təqdim edəcəm. Mətbuat Tarixi muzeyinin böyük əhəmiyyət daşıdığını qeyd edən millət vəkili qeyd edib ki, Azərbaycan jurnalistləri böyük bir ordudur, cəmiyyətin maariflənməsində müstəsna əhəmiyyəti var. Dünyanın bir çox yerlərində belə muzey fəaliyyət göstərir, bizim ölkəmizdə niyə olmasın?".

Xanım parlamentari Azərbaycan Mətbuat Tarixi Muzeyinin daha geniş auditoriyaya xidmət etməsi üçün maraqlı effektiv bir təkliflə çıxış edib: "Məncə, Azərbaycanda da "Jurnalistlər eviyaradılmalıdır. Bu muzey həmin evin hər hansı bir mərtəbəsinə köçürülməlidir. Azərbaycan mətbuatı ya jurnalistikası adına olduqca böyük işlər görmüsünüz. Bunlar qorunmalıdır. Həm biz bu muzeyin açılışında xalqın qarşısında söz verdik ki, bu muzeyi daha da inkişaf etdirməliyik, genişləndirməliyik. Bununla bağlı cənab Prezidentə müraciət edə bilərik.

 Bu "Jurnalistlər evi”ndə konfrans zalı, oxu zalı, internet zalı, təlim zalı olmalıdır. Elə jurnalistlər var ki, onlar oturub işləməyə yer tapmırlar. Gəlib, bu evdə rahat çalışa bilərlər. Bununla bağlı bir müraciət hazırlayıb ölkə başçısına təqdim etsək, inanıram ki, cənab Prezident bu təşəbbüsü müsbət qiymətləndirər.

Bu ziyarət dəstəyə görə, Xalq yazıçısına minnətdarlıq ifadə edən "Şərqqəzetinin baş redaktoru Akif Aşırlı qeyd edib ki, muzeyə təqdim etdiyi eksponatlardan ibarət E.Axundovaya məxsus bir guşə hazırlamağı düşünür:

 "Ümumiyyətlə, belə bir fikrim var ki, Azərbaycan mətbuatının aparıcı simaları sütunları üçün ayrıca guşələr yaradaq. Bu guşələrdə həmin şəxslərə məxsus əşyalar, onların istifadə etdikləri qələm, fotoaparat, diktofon, əlyazısı, yazdığı kitablar s. yer alsın. Onların hamısı üçün ayrıca bir guşə yaratmaq mümkündür bu, çox orijinal olar. Sizin bizə təqdim etdiyiniz bu əşya kitabları ayırca bir guşədə sərgiləyəcəyik.

 Həmin əşya kitabların sizə aid olduğunu da qeyd edəcəyik. Azərbaycan jurnalistika tarixində iz qoyan insanların sayı çox deyil. Onlara məxsus guşələr yaradılmalıdır”.

Bu təqdimatdan sonra E.Axundova redaksiyada Qafqaz İslam Ordusunun 100 illiyi ilə bağlı ötən il yaradılan "Nuru Paşa Odasıilə yaxından tanış oldu. burada sərgilənən eksponatlar, portret tarixi sənədlərə xüsusi diqqət yetirərək onların önəmindən söz açdı. Xanım deputat ümmilikdə muzeydə görülən işləri çəkilən zəhməti yüksək dəyərləndirdi. Belə bir mühitdə olmasından məmnunluq razılıq ifadə etdi. A.Aşırlı da öz növbəsində bu diqqət dəstək üçün E.Axundovaya bir daha təşəkkürlərini bildirdi.

 

 

 

Ayyət Əhməd