Pakistanlı jurnalistlər Mətbuat Şurasında olublar
Mayın 1-də
Pakistan jurnalistlərindən ibarət nümayəndə
heyəti Azərbaycan
Mətbuat Şurasında
olub.
Şuradan AZƏRTAC-a bildirilib ki, qonaqlara ölkəmizdə
söz və ifadə azadlığı
sahəsindəki vəziyyət,
Mətbuat Şurasının
fəaliyyət istiqamətləri
barədə məlumat
verilib.
Görüşdə, eyni zamanda, Pakistan və Azərbaycan arasında müxtəlif sahələrdəki əməkdaşlıq
məsələlərinə nəzər salınıb. Bildirilib ki,
yüksək səviyyəli
bu əməkdaşlığın
media sahəsində də
olması vacibdir.
Bu xüsusda Azərbaycan
Mətbuat Şurası
ilə Bütün
Pakistan Qəzetləri Cəmiyyəti
arasında anlaşma memorandumunun işlənib hazırlanması barədə
razılığa gəlinib.
Belə bir sənədin qarşılıqlı
jurnalist səfərlərinin
həyata keçirilməsi,
eləcə də Azərbaycanın və Pakistanın media orqanları
arasında fərdi münasibətlərin yaranması,
informasiya mübadiləsinin
etibarlı mühitinin
formalaşması baxımından
əhəmiyyətli baza
rolunu oynayacağına
inam ifadə edilib.
Anar
Şərq.- 2019.- 2
may.- S.7.