“Rövşən
müəllim dedi, gəlin , birgə
işləyək”
Artıq AzTV-də təqaüddə
olan diktorlara buraxılış vəsiqəsi veriləcək
Təcrübəli, peşəkar diktorlar yenidən Azərbaycan Dövlət Televiziyasına
dəvət edilib. Uzun illər Az.TV-də çalışmış
diktor və aparıcı Nailə İslamzadə bu barədə feysbuk səhifəsində xəbər
paylaşıb. Nailə xanım
yazıb ki, «bu gün AzTV-nin
sədr müavini və sədr səlahiyyətlərini icra
edən Rövşən
Məmmədov bizi – radio və televiziya
diktorlarını görüşə
dəvət etdi. İllərlə nəinki
efirə, AzTV-nin həyətinə girməyə
belə həsrət qalan diktorlarla birlikdə işləmək və təcrübələrindən faydalanmaq istədəyini bildirdi. Onun bizə verdiyi dəyər, əslində
onun özünü ucaltdı».
Ecazkar səsi
ilə ürəklərə
yol tapmış, xalq artisti, diktor
Eldost Bayram «Sherg.az”a açıqlamasında
görüşdən məmnun
qaldığını dedi:
- Mən də
görüşdə iştirak
edirdim. Onu deyim ki, 2009-cu ildən təqaüdə
çıxmağıma baxmayaraq,
bu gün də diktor kimi fəaliyyətimi davam etdirirəm. Bizim peşəkar, xalqımızın
uzun illər ekrandan görüb sevdiyi, pərəstiş etdiyi diktorlarımız – Roza Tağıyeva, Ofelya Sənani, Şərqiyyə Hüseynova,
Nailə İslamzadə,
eləcə də uzun illər bircə çalışdığım
Əli Məhəmmədoğlu,
Sevil Hüseynli, İrada Ələkbərova,
Sevda Saleh görüşdə
iştirak edirdilər.
Az TV-nin sədr müavini və hazırda sədrin səlahiyyətlərini
icra edən Rövşən müəllim
yenilikçidir. Və
çıxışında da bildirdi ki,
bu görüşdən
məqsəd AzTV-nin fəaliyyətini ənənələr
üzərində müasir
tələblər səviyyəsinə
yüksəltməkdir. Yəni,
Azərbaycan Dövlət
Televiziyası ənənələrə
sadiqdir, lakin müasirlik də nəzərə alınmaqla
fəaliyyət davam etdiriləcək. Bunun üçün də yaşlı nəsil gənclərlə birgə
çalışmalıdır, peşəkar diktorların
dövlət televiziyası
ilə əməkdaşlığı
cəlb oulnmasında məqsəd həm də nəsillərin birgə fəaliyyətini
təmin etməkdir.
Müasirlik deyiləndə
nə nəzərdə
tutulur?
E.Bayram bildirdi
ki, saatlarla mənt oxunması daha olmayacaq. Aktuallıq dinamika üzərində qurulacaq.
Bunu müasir dövrün qaydaları tələb edir.
«Rövşən
müəllim artıq
təqaüddə olan
diktorlara bildirdi ki, qısa zamanda
fotoşəkillərini təqdim
etsinlər, onların
hər birinin adına buraxılış
vəsiqəsi tərtib
olunacaq, nə qədər ki, həyatdadırlar, istədikləri
zaman televiziyaya gəlsinlər. Onların
televiziyaya gəlişinə
heç bir məhdudiyyət qoyulmayacaq.
Bilirsiz ki, əvvəlcə bu mümkün deyildi. Yaşlı, təqaüdə
çıxmıfş diktorlarımız
televiziyaya buraxılmırdı.
Lakin artıq onların televiziyaya gəlişi sərbəstdir.
Sədr əvəzi dedi ki, bizim
sizə ehtiyacımız
var».
E.Bayram qeyd
etdi ki, Az TV-də fəaliyyət
göstərən Televiziya
Akademiyasında hazırda
dərs deyir. Digər təcrübəli
diktorlar da tədris prosesinə qoşulub, bacarıqlarını
gənclərə öyrətsinlər:
- Akademiyada gələcəyin
diktorları hazırlanır.
Aralarında daha fəal olanlar, diktorluq peşəsini daha yaxşı mənimsəyənlər dövlət
tedleviziyasında işə
qəbul ediləcək.
Peşəkar diktorların
hamısına Akademiyada
dərs demək təklif olundu. Rövşən müəllim
bildirdi ki, gəlin, birgə işləyək, təkliflərinizi
verin, təcrübənizlə
kömək edin, reytinqimizi qaldıraq. Onsuz da bütün
özəl televiziyalar
Azərbaycan Dövlət
Televiziyasının «köynəyindən
çıxıb».
AzTV-də peşəkarlıq
da var, təcrübə
də. Sadəcə, dövrün tələbinə
uyğun dinamiklik artırılmalıdır. Məsələn,
mənimlə Roza xanımın aparıcılıq
etdiyimiz «Musiqi poçtu» proqramı yenidən hər şənbə günü
efirə gedəcək.
Bunu tamaşaçılar
arzu edir, biz də təkliflərimizi
verdik. İndi artıq məktublaşma dövrü deyil, internet, sosial şəbəkə zamanıdır.
Biz də proqramımızı müasir
tələblər səviyyəsində
quracağıq. Artıq
dövlət televiziyasının,
necə deyərlər,
qapısı da, pəncərəsi də açıqdır».
Məlahət Rzayeva
Şərq.- 2019.- 4
may.- S.7.