Sehrbazlar dərəsi

 

Kamal Abdullanın romanının rumın dilinə tərcüməsi təqdim edilib

 

Bakı Kitab Mərkəzində (BKM) yazıçı Kamal Abdullanın rumın dilinə tərcümə olunanSehrbazlar dərəsiromanının təqdimatı keçirilib.

 

Azərbaycan Dillər Universitetindən AZƏRTAC-a bildirilib ki, kitabı rumın dilinə RumıniyanınAl KuzaYas Universitetinin dosenti Lyudmila Bejenaru onun tələbəsi İrina Milea tərcümə ediblər.

 

Təqdimat mərasimində çıxış edən Kamal Abdulla Bakı Kitab Mərkəzinin fəaliyyətindən danışıb, onun işini yüksək qiymətləndirib. O, Rumıniya mədəniyyətinin qədim tarixə malik olduğunu deyib, əsərinin tanınmış ədəbiyyatşünas alim tərcüməçi Lyudmila Bejenaru tərəfindən tərcümə olunmasından məmnunluq duyduğunu bildirib.

 

Lyudmila Bejenaru 2013-cü ildə Bakı Slavyan UniversitetindəYanuslayihəsində 10 ay iştirak etdiyini həmin müddətdə Kamal Abdullanın yaradıcılığı ilə ətraflı tanış olduğunu söyləyib. Bildirib ki, “Sehrbazlar dərəsiromanı noyabrda Buxarestdə keçiriləcək beynəlxalq yarmarkada Avropa nəşriyyat idarələrinin iştirakı ilə təqdim olunacaq.

 

Qonaq kitabın tərcümə prosesindən söz açıb, Rumıniyada bu romanın maraqla qarşılandığını diqqətə çatdırıb. O, “Sehrbazlar dərəsi”nin Kamal Abdullanın yaradıcılığında xüsusi yer tutan əsərlərdən olduğunu deyib.

 

Lyudmila Bejenaru Kamal Abdullanın yaradıcılığını araşdırdıqdan sonra yazıçı haqqında 2014-cü ildəKamal Abdulla: Bütövlüyün fəlsəfəsiadlı fundamental monoqrafiya yazdığını xatırladıb.

 

Rumın dilinə tərcümə olunanSehrbazlar dərəsiromanı ötən ay Moldovanın paytaxtı Kişineuda Roman XXIII Beynəlxalq Kitab Sərgisi çərçivəsində təqdim edilib.

 

Mistik əhvalatların baş verdiyi, paralel dünyalar arasındakı ahəngdən, atası Cəlladbaşını axtaran Karvanbaşının taleyin hökmü ilə Sehrbazlar dərəsinə gəlib çıxmasından, burada ömür edən dərvişin hər iki dünyada yaşayan Səyyah sehrbazın çağırdığı ruhla Karvanbaşının görüşündən, sufi dərvişlərin həyatından bəhs edən mistik roman müxtəlif dillərdə ölkələrdə nəşr edilməklə dünya oxucusunun da diqqətini çəkib. Bu roman orta əsrlərdə sonrakı dövrdə İslam mədəniyyətinin mühüm komponentlərindən biri olan sufiliyin təsiri altında yaranmış təxəyyülün məhsuludur.

 

Sehrbazlar dərəsiəsəri Türkiyə (2007), Rusiya (2010), Litva (2013), Qazaxıstan (2013), Fransa (2013), Yaponiya (2013) ABŞ-da (2015) çap edilib. Oxucu tələbatından irəli gələrək roman Türkiyədə (2010) Rusiyada (2013, “Romanıkitabı, Moskva, Xudojestvennaya literatura) təkrar nəşr olunub.

 

Şərq.- 2019.- 9 may.- S.10