Mənən yoxsul xalqın zəngin musiqi yaratması mümkün deyil

 

Ayaz İmranov: “İstənilən xalqı tanımaq üçün sadəcə musiqisinə nəzər salmaq kifayətdir

 

 

Bugünlərdə məşhur tarzən Ayaz İmranov Qazaxıstanda keçirilən beynəlxalq festivalın qran-pri mükafatına layiq görülüb. A.İmranovla söhbətimizdə onun Azərbaycan tarı milli musiqisi baxımından önəmli olan bu hadisə ilə bağlı fikir təəssüratlarını öyrənməyə çalışdıq.

 

-Ayaz müəllim, öncə Qazaxıstanda keçirilən bu festivalın məqsəd məramı haqqında məlumat almaq istərdik. Bu festivalda kimlər, hansı dövlətlərin təmsilçiləri iştirak edirdi?

 

-Qazaxıstanda keçirilən məlum festival türk dövlətləri arasında keçirilən musiqi festivalı idi. Bu festivalda müstəqil türk dövlətlərinin təmsilçiləri ilə yanaşı, Rusiyadakı türk muxtar qurumları respublikalarından da güclü musiqiçilər qatılmışdı. Qazaxıstanın Mədəniyyət İdman Nazirliyinin təşkil etdiyi bu müsabiqədə 13 dövlətdən 40-a qədər musiqiçi iştirak edirdi. Bununla yanaşı, İndoneziya digər Şərqi Asiya ölkələrindən təmsilçilər var idi. Qazaxıstanın Atrau şəhərində təşkil edilən üç gün davam edən festivalda türk xalqlarına məxsus zəngin musiqi mədəniyyətinin ən gözəl inciləri nümayiş etdirildi. Bu, olduqca maraqlı qürurverici mənzərə idi.

 

-Müsabiqədə ən ali mükafat olan qran-pri mükafatını məhz siz qazandınız. Bunca musiqiçi arasında fərqlənmək çətin olmadı ki?

 

-Təbii ki, istənilən uğurun arxasında gərgin əmək məsuliyyət hissi dayanır. Bu baxımdan Atraudakı festival da mənim üçün böyük bir məsuliyyət demək idi. Çünki mən orada özümü deyil, ölkəmizi, onun zəngin mədəniyyətini təmsil edirdim. Bu, beynəlxalq bir festival olduğu üçün bütün iştirakçı dövlətləri təbii olaraq ən peşəkar musiqiçilər təmsil edirdi. Odur ki, bu müsabiqədə əlimdən gələni etməyə, mənə göstərilən etimadı doğrultmağa çalışdım. Şükürlər olsun ki, bütün bu səylər öz nəticəsini verdi münsiflər heyəti yekdilliklə məni bu festivalın qran-pri mükafatı ilə təltif etdi. Mən bunu Azərbaycan tarının, Azərbaycan milli mədəniyyətinin uğuru üstünlüyü hesab edirəm. Çünki bizim musiqimiz həqiqətən olduqca zəngin, düşündürücü füsunkardır.

İstənilən bir xalqı tanımaq üçün sadəcə onun musiqisinə nəzər salmaq kifayətdir. Mənən yoxsul bir xalqın zəngin musiqi yaratması mümkün deyil. Necə ki, ermənilər zəngin musiqiyə malik deyillər Azərbaycan mahnılarını, musiqilərini oğurlamaqla özlərindəki bu boşluğu doldurmağa çalışırlar. Bu isə onların miskinliyini, çarəsizliyini göstərir.

 

-Festivala Azərbaycandan sizdən başqa daha hansı musiqiçilər qatılmışdı?

 

-Bu festivalda ölkəmizi müsabiqə iştirakçısı kimi mən təmsil edirdim. Mənimlə yanaşı festivala virtuoz tarzən, Azərbaycan Milli Konservatoriyasında "İnstrumental muğamkafedranın müdiri, əməkdar artistimiz Malik Mansurov onun "Naz-nazqrupu da qatılmışdı. Hansı ki, bizim musiqiçilərimiz festivalın bağlanış açılış mərasimlərində yüksək səviyyədə iştirak etdilər, alqışlarla qarşılandılar. Malik müəllim həm münsiflər heyətinin Azərbaycan təmsilçisi idi. Mən həm Malik müəllimi, həm onun rəhbəri olduğu Naz-naz qrupunu uğurlu çıxışına görə bir kəs daha təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzu edirəm.

 

Həmçinin, Aktaudakı festivalda iştirakımı təmin edən, bu məsələdə mənə etimad göstərən Azərbaycan Milli Konservatoriyasının rektoru hörmətli Siyavuş Kərimiyə, o cümlədən Mədəniyyət Nazirliyinə öz təşəkkürümü bildirirəm. Söz verirəm ki, bundan sonra da mənə göstərilən hər bir etimadı doğrultmağa çalışacam.

 

-Festivalda hər iştirakçı yalnız öz ölkəsinə məxsus musiqi ifa edirdi, yoxsa digər türk xalqlarına məxsus musiqilər səsləndirildi?

 

-Müsabiqənin şərtlərinə görə hər bir iştirakçı 4 musiqi ifa etməli idi. Bunların ikisi həmin xalqın öz milli musiqisinə aid olmalı, digər ikisi isə qazax musiqisi olmalı idi. Milli musiqilərin seçimi məsələsində müstəqil olsaq da, ifa ediləcək qazax mahnıları məhz təşkilatçı ölkə tərəfindən təqdim edilmişdi. Bu səbəbdən mən festivalın I turunda Azərbaycan xalq rəqsi "Lalə qazax musiqisi "Dayrabay”ı , II turda isə Azərbaycan xalq rəqsi "Qazağı qazax musiqisi "Balburayın”ı ifa etdim.

 

-Qazax digər türk xalqlarının musiqisi ilə bağlı düşüncəniz nədən ibarətdir? Sizcə türk xalqlarına məxsus musiqilərdə ortaq bir cəhət, birləşdirici məqamlar varmı?

 

-Təbii ki, hər bir xalqın milli musiqisində özünəməxsus çalarlar mövcuddur. Milli musiqini təkrarsız edən məhz budur. Lakin bu da bir həqiqətdir ki, türk xalqlarına məxsus musiqilərdə bir sıra ortaq cəhətlər mövcuddur. Türk xalqına məxsus musiqilərdə qəhrəmanlıq ruhu, mübarizə əzmi, tarixi ruha bağlılıq, o cümlədən milli bəşəri sevgi əks olunub. Siz bu musiqidə türk cəngavərlərinin hayqırtısını da, dördnala çapan türk süvarisinin atlarının ayaq səslərini , onların qələbə nərəsini , eyni zamanda, türk insanının sevgi mərhəmət dolu qəlbinin döyüntüsünü də, onun incə ruhunun həzin pıçıltısını da eşidə bilərsiniz. Bütün türk xalqlarının musiqisində bu nüansları hiss etmək mükündür. Bu isə heç şübhəsiz bizim eyni kök soydan gəlməyimiz, eyni ruha sahib olmağımızla bağlıdır.

 

Şərq.- 2019.- 16 may.- S.13