Məktub əvəzi - “Lit.qazeta” Məmməd İsmayıldan yazdı

 

Noyabr ayının birində şair Məmməd İsmayılın 80 illik yubileyi geniş şəkildə qeyd olundu. Yalnız ölkə mətbuatında deyil, şairin yubileyi Türkiyədə, Rusiyada, Kiprdə eləcə də bir sıra Avropa ölkə mətbuatında da geniş əks-səda doğurdu. Aradan xeyli vaxt keçməsinə baxmayaraq bu yubiley haqda geniş təbrik yazıları hələ də dərc olunmaqdadır. Dünyanın nüfuzlu ədəbiyyat qəzetlərindən olanLit.qazetason buraxılışında M.İsmayılın yubileyinə geniş yer ayırıb.

Qəzetin saytında M.İsmayılın dostu M.Sinelnikovun “Məktub əvəzi” adlı geniş məqaləsi və onun tərcüməsində “İki nəfər”, “Sevgi”,”Səni”,” Sən gələcəkdin”,”Bulud” və “Biz” şeirləri  yayınlanlanıb. Oxucularımız üçün maraqlı olacağını düşündüyümüzdən ”Lit.qazeta”da yer alan “Məmməd İsmayıl-80 Mixail Sinelnikov  yubliyar haqqında”yazısını dərc etməyi lazım bildik.

Xarici sarsıntılar şair taleyi üçün gərəkli  deyil, onlarsız da şair həyatı  çox zaman faciəli olur. Amma  Məmməd İsmayıl heç taleyin əlavə zərbələrindən də qaça bilmədi. Duyduğum qədərincə onunçün əsas problem çəkilməsi  heçasan olmayan uzandıqca uzanan vətəndən uzaqda yaşamaq məcburiyyətidir.

Bütün bununlara baxmayaraq Türkiyədə ən populyar Azərbaycan şairi olan sənətkar şərəfli bir məqama çatdı: öz ölkəsinin vətəndaşlığından çıxmadan Çanaqqala 18 Mart Unversitetinin sayılıb seçilən professoru oldu.

Şeirləri və poeziya ilə bağlı kitabları mütəmadi olaraq türk dilində nəşr edilməkdədir.

Bəli, Məmməd hər il doğulduğu yerlərdə görünür, vətənində də çox çap olunur və Azərbaycandakı ədəbi gecələrdə çıxışlar edir. Məmməd İsmayıl Rusiyada da unudulmur, müxtəlif jurnallarda əsərləri çap olunur, haqqında məqaləllər yazılır: bir neçə il əvvəl üç böyük tərcüməçi: mərhum Yuri Kuznetsov, Aleksandr Kuşner və mənim tərcümə etdiyim Moskvada bir neçə yerdə təqdimatı keçirilən “Məktub  əvəzinə” adlı şeirpoemalar kitabı çap olundu.

Doğrudur, günümüzün Rusiyasında poetik tərcümə ilə məşğul olmaq gərəksiz bir işdir və nadir hallarda tərcüməçisinə maddi dəstək göstərir. Ancaq  mən yenə də bilirəm ki, xüsusilə güclü şeirlərin tərcümələri bir çoxları  tərəfindən hələ də fərq edilir, razılıqla qarşılanır. bir də mən qədim dostuma olan tale bağlılığımı  heç cür aradan qaldıra bilmərəm və daha əsası  odur ki, mən dostumun istedadın böyüklüyünə, önəmli olduğuna ürəkdən inanıram və Məmmədi tale adamı bilirəm. Sanki o mənə tale tərəfindən göndərilib.

Şeirlərində (Bir də yalnız şeirlərində deyil) Sovet senzurası dövründə  belə o, həmişə  ağrılı həqiqətləri  deyirdi. bu günkü yaşantılarının ən acı ağrıları, o cümlədən tam ümidsizlik anlarını da gizlətmir. Bunun üçün də oxucuları, əlbəttə ilk növbədə təbii ki, vətənindəki  oxucuları onu çox sevir.

Yeri gəlmişkən  deyək ki, onun şeirləri dünyanın bir çox dillərinə tərcümə olunaraq bir sıra ölkələrdə ayrıca kitab kimi nəşr edilmişdir.

Ümumiyyətlə, sanki onun həyatı yuxarılardan, göylərdən  yönəldirilmiş fantastik bir həyatdır. Örnəyinə nadir rastlanan ümidsiz bir səhrada ac, yetim uşaqlıq günlərindən başlayan ağılalmaz yüksəliş yolu!!!

Cəbhədə şəhid düşən atasından xatirə üçün heç adi bir fotoşəkil belə qalmamış. Dağlar arasında uçuq bir daxma  oğlunu araya ərsəyə gətirməli olan dul qalan gənc ana, bir qoyunbir meyvə ağacı. Və təsadüfi deyil ki, Məmməd üç anasının olduğunu zaman-zaman dilə gətirir: Öz anası, "təpəl qoyun", "gəzəl alma…".

O zamanların qışları çox soyuq olurdu, ancaq  meyvəsi ilə gələcək həyatı qorumaq  üçün anaya dəstək olan alma ağacı quruyanda  anabalaca Məmməd o quruyan cəfakeş alma ağacını soyuqdan qorumaq üçün sobada  yandırmayacaq, çürüyüb ayaqlar altda tapdanmasına imkan verməyəcəklərdi, yaz başı ağacın yıxıldığı yer uzunluğunda “qəbir” qazacaqalma ağacını canlı varlıq kimi o "qəbirə" dəfn edəcəklərdi, beləcə dünyada ilk dəfə bir ağac qəbri yaranacaqdı.

Ömrünün uşaqlıq, gənclik səhərində belə, həyatın qəddarlığını və adamların ürəksizliyini öyrənən şair, əsəbləşib insanlara arxa çevirmədi və bütün bu olumsuzluqları taleyinin ayrılmaz bir hissəsi kimi qəbul etdi. Və yalnız belə ağrılı həyat çiləllərini yaşamış birisi hər dəfə təkrarlanan və yalnız böyüklük  haqqında ən həyati təsdiqləyici sözləri söyləyə bilərdi:

 

O hansı gün idi yer işә düşdü,

Taleyin kәrәmi gәldi insafa.

Kim bilir, nә zaman, harda görüşdü,

Babamız Adәmlә, nәnәmiz Hәvva?!

 

Sonra yerdәyişi yağışın, qarın,

Keçib ömrümüzdәn neçә qış, bahar.

Babadan nәvәyә gedәn yolların

Nәvәdәn babaya qayıtmağı var.

 

İnsan ağacının kökü dәrindә

Yüz yol boşalsa da, dolsa da dünya.

İkicә adam var Yer üzәrindә,

İkicә adam var-Adәmlә Hәvva!

 

İllərin qovhaqovunda Türkiyənin ən böyük unversitetlərindən birində professor kimi fəaliyyət göstərən Məmmədi  bir neçə dəfə Çanaqqala şəhərində ziyarət eləmişəm. Onun otağının pəncərəsindən gəmilərin yavaş-yavaş keçib getdiyi Dardanel boğazı görünür. Şəhərdən az aralı Şilmanının və onun davamçılarının arxeoloji qazıntılar apardığı Homer Troyasının  xarabaları yerləşir. Qarşı sahillərdə antik Yunanıstanın boz zeytun bağları, bir az bəridə Aristotelin dərs dediyi məktəbin xarabələrinin ünvanı olan qədim Asos şəhəri gözə dəyir. Və Məmmədin yazdığı misralar:

 

"Qoca Aristotel mənə Asosda On ildir ayrılıq dərsi öyrədir”

 

Poeziya araştırmaları bir tədqiqatçı kimi onun xeyli vaxtını alır, bir yandan da V.M Jirmunskinin ünlüTürk qəhramanlıq dastanları” adlı elmi əsərini Türkiyə türkçəsinə  tərcümə edir. Bütün bunlara baxmayaraq, məşhur Azərbaycan şairi yaşının irəliləyən çağlarında belə  kabinet işçisi olmağa can atmır. Hər şeydən əvvəl o şairdir, həm də xalqının sevdiyi bir şair!

 

Məməd İsmayıl xalqaklasik tərzə bağlı orijinal şairdir. Şeirlərində sıx-sıx   danışıq intonasiyası  ilə (Tərcümədə praktiki olaraq verilməsi imkansız)  düşüncə dərinliyi, forma ciddiyəti  ilə birləşir (başqa bir dilə ötürülməsi  çətin olan).

Məmməd uzun müddət ayrılmalı olduğu doğma vətəni haqqında, sevgi və ölüm, yəni ən vacib şeylər haqqında söhbət açır. Poetik gücün və həqiqi ehtirasın əvəzedicisi yoxdur və sözlərin seçilmiş mövzuya həsr olunmasında qeyri-adi bir şeyyoxdur. Çünki bəllidir ki, bütün dünya poeziyası cavabsız ilk sevgilərdən doğuldu.

 

 

Mixail  SİNELNİKOV

 

Şərq.-2019.- 28 noyabr.- S.12.