Azərbaycan “Türk ocağı”ı ilk
tədbirini Əhməd bəy Ağaoğluya həsr etdi
Bu gün Atatürk Mərkəzində Azərbaycan
"Türk ocağı"ının təşkilatçılığı
ilə Azərbaycan və Türkiyənin dövlətçilik
tarixində mühüm rol oynamış böyük mütəfəkkir
Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi çərçivəsində
elmi konfrans keçirilib.
Toplantıda,
eyni zamanda, Azərbaycanın Macarıstandakı səfiri,
professor, tədqiqatçı, sabiq xarici işlər naziri
Vilayət Quliyevin Əhməd bəy Ağaoğluya həsr
etdiyi kitabların - "Atatürk və Əhməd
Ağaoğlu", "Türkiyəni duyğulandıran
ölüm" və "Xatirələr"
kitablarının təqdimatı da olub. Tədbirdə
millət vəkilləri, tarixçi-alimlər, media nümayəndələri,
Türkiyənin Azərbaycandakı səfirliyinin
müşaviri İrfan Çiftçi və Əhməd bəy
Ağaoğlunun qardaşı nəvəsi Nigar Axundova da
iştirak ediblər.
Azərbaycan
"Türk ocağı"nın sədri, "Şərq"
qəzetinin baş redakoru Akif Aşırlı Vilayət
Quliyevin Azərbaycan Xalq Cümhuriyyətinin ən məhsuldar
tədqiqatçılarından biri olduğunu deyib:
"Vilayət Quliyev Əhməd bəy Ağaoğlu ilə
bağlı ən çox çalışan, onun həyatının
qaranlıq məqamlarına işıq salan dəyərli əsərlərin
müəllifidir". A.Aşırlı Azərbaycan "Türk
ocağı" barədə də qısa məlumat verib və
ilk tədbirin böyük mütəfəkkir, fikir adamı,
türk-müsəlman dünyasına önəmli faydalar gətirmiş
Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr
olunduğunu vurğulayıb: "1918-ci ildə Azərbaycan
Xalq Cümhuriyyəti elan olunandan və Bakı işğaldan
azad ediləndən sonra Azərbaycanda bir sıra milli təsisatlar
yaradıldı. Onlardan biri də Azərbaycan
"Türk ocağı" idi. Bu ocaq
öz milli köklərini və idarəetmə
formasını 1912-cu ildə İstanbulda qurulan Türk
Ocaqlarından almışdı. Ocağın
əsas ideya müəlliflərindən biri Əhməd bəy
Ağaoğlu idi. "Türk
ocağı" 1911-c ildə Osmanlı dövlətinin
çöküşünün qarşısını almaq və
türk milli heysiyyatını yüksəltmək
üçün qurulmuş ciddi bir təşkilat idi. Ocaq türk dünyasını böyük ideyalarla
zənginləşdirdi və faydalar gətirdi. Ona görə də biz Azərbaycan "Türk
ocağı"nın bərpasını zəruri hesab etdik
və bunu reallaşdırdıq".
Daha sonra
çıxış üçün söz professor Vilayət
Quliyev verilib. Əhməd bəy Ağaoğlunun həyat
və fəaliyyəti barədə ətraflı
çıxış edən alim öncə Azərbaycan
"Türk ocağı"nın bərpasının
mühüm bir addım olduğunu bildirib:
"Ocağın iki qurucu üzvü - Əhməd bəy
Ağaoğlu və Əli bəy Hüseynzadə Azərbaycan
türkü idilər. Xatirələrdən aydın
görünür ki, Ocağın ilk təsis
yığıncağı da Əhməd bəyin İstanbul
Şahzadəbaşındakı evində keçirilib.
Yəni "Türk ocağı"na
sahib çıxmağa mənəvi və məntiqi
haqqımız var. Ocaq Türkiyə Cümhuriyyəti
qurulandan sonra fəaliyyətini dayandırsa da, onun ən fəal
üzvlərindən biri Əhməd bəy Ağaoğlu idi.
1923-ci ildə Əli bəy Hüseynzadə məktublarından
birində yazırdı ki, "Mustafa Kamal Paşa həzrətləri
Ocağın fəaliyyətini canlandırmaq üçün
3 min lirə pul ayırıb". Atatürkün
iqtidarı dövründə türk ideyası, "Türk
ocağı" daha geniş yayılıb və fəaliyyət
göstərib. Türkiyənin müxtəlif
bölgələrində Ocağın 200-dən çox
şöbəsi yaradılıb. Ankarada
"Türk ocağı" üçün əzəmətli
bir bina inşa edilib. Bu baxımdan
Ocağın Azərbaycanda yenidən bərpası olduqca
mühüm hadisədir. Türk
Ocaqları Osmanlı coğrafiyasında
türkçülüyün yayılmasında böyük
rol oynayıblar. Ocaq Anadolu türklərinə, az qala qapı-qapı gəzərək
türkçülüyü izah edir, türklərin hakim millət
olduğunu başa salırdı. Arzu edirik ki,
indiki "Türk ocağı"nın fəaliyyəti də
çox geniş dairələri əhatə etsin, hər yerə
yayılsın".
Professor
vurğulayıb ki, Əhməd bəy Ağaoğlunun 150
illik yubileyi mədəni, ictimai, siyasi və mənəvi həyatımızın
ən diqqətə layiq hadisələrindən biridir:
"Əhməd bəy Ağaoğlunın fəaliyyəti
ilə bağlı daha çox maarifçilik işləri
aparmalı, daha çox insana çıxış əldə
etməliyik. Mənim Əhməd bəy haqqında bir neçə
kitabım çıxıb. Onlardan biri - "Atatürk
və Əhməd Ağaoğlu", digəri "Türkiyəni
duyğulandıran ölüm",
üçüncüsü isə "Xatirələr"dir.
Bu kitablarda Əhməd bəy Ağaoğlunun irsindən
nümunələr, müxtəlif dövrləri əhatə
edən xatirələri öz əskini tapıb. Həmçinin, Əhməd bəyin "Kaspi"
qəzetindəki fəaliyyəti
işıqlandırılıb. Bilirsiz ki,
Əhməd bəy Ağaoğlu Parisdən qayıtdıqdan
sonra "Məşriq" adlı qəzet çıxartmaq
istəyirdi. Amma senzura komitəsi buna
müsbət cavab verməmişdi. Vəziyyəti
belə görən Hacı Zeynəlabidin Tağıyev
"Kaspi" qəzetini mətbəəsi ilə birlikdə
satın alaraq Əlimərdan bəy Topçubaşova icarəyə
vermişdi. Əhməd bəy, dostu
Topçubaşovun dəvətini geri çevirməyərək
"Kaspi"də fəaliyyət göstərməyə
başlamışdı. Əhməd bəy
1898-1905-ci illərdə "Kaspi"də humanitar sahəni əhatə
edən bölmənin başçısı olmuş və
bu dövrdə onun 600-ya yaxın məqaləsi dərc
edilmişdi".
Millət
vəkili Qənirə Paşayeva deyib ki, professor
Vilayət Quliyevin və digər müəlliflərin Əhməd
bəy Ağaoğlu ilə bağlı əsərləri
böyük mütəfəkkiri daha yaxından
tanımağımıza kömək edir. Deputat gəncləri
bu dəyərli əsərlərdən yararlanmağa
çağırıb:
"10-15 il əvvəl belə dəyərli materiallar
yox dərəcəsində idi. Lakin hazırda
çox qiymətli əsərlər mövcuddur. Əhməd bəy Ağaoğlunun xatirələri
Azərbaycan türkcəsində yenidən dərc olunubsa,
bunu mütləq oxumaq lazımdır".
Q.Paşayeva
bir sıra təkliflər irəli sürüb: "Öncə
vurğulayım ki, Əhməd bəy Ağaoğlu
"Türk ocağ"ının qurucusu olub. Hətta
ocaq onun evində təsis edilib. Bu
baxımdan Azərbaycan "Türk
ocağı"ının ilk tədbirini məhz Əhməd
bəy Ağaoğluna həsr etməsi çox müsbət
haldır. Bilirsiz ki, Azərbaycan "Türk
ocağı"nın bərpaçıları
arasında Əhməd Cavadın, Əli bəy Hüseynzadənin
və Abdulla Şaiqin nəvələri də var. Mən təklif
edirəm ki, Əhməd bəy Ağaoğlunun qardaşı
Hüseyn bəyin nəvəsi Nigar Axundova da bərpaçılar
arasında olsun. Bu, çox ədalətli
olardı".
Parlament üzvü Türkiyədə və Azərbaycanda
gənc nəslin Əhməd bəy Ağaoğlu haqqında
yetərli bilgiyə sahib olmadığını qeyd edərək
maariflənmə işinin geniş miqyasda
aparılmasının labüdlüyünü bildirib.
Millət vəkili, Mətbuat Şurasının sədri
Əflatun Amaşov belə bir tədbirin Atatürk Mərkəzində
keçirilməsinin simvolik əhəmiyyətə malik
olduğunu deyib. Deputat vurğulayıb ki, ziyalıların mütəmadi
olaraq bu cür toplantılar təşkil etməsi ictimaiyyətdə
kifayət qədər maraqla qarşılanır:
"Əhməd bəy Ağaoğlu ilə
bağlı tədbirlərin keçirilməsi çox
vacibdir. Çünki biz onu dərindən
tanımalıyıq. Əgər bir insan
öz xalqı uğrunda fədakarlıq edibsə, onun xatirəsi
mütləq anılmalıdır. Eləcə
də, Azərbaycan xalqının həyatında kifayət qədər
şəxsiyyətlər olub ki, millətimizin tərəqqisində
önəmli rol oynayıblar. Həm Azərbaycan
"Türk ocağı"nın bərpası,
həm də Ağaoğlu ilə bağlı maarifləndirici
konfransların keçirilməsi keçmişimizə
hörmətdir. Keçmişi düzgün
qiymətləndirməsək, bugün baş verən
olayları anlamarıq".
Tarixçi-alim Firdovsiyyə Əhmədova
vurğulayıb ki, Prezidentin Əhməd bəy
Ağaoğlunun 150 illiyi ilə bağlı Sərəncamı
böyük mütəfəkkirin həya və fəaliyyətinin
daha dərindən təqdid edilməsinə stimul verir:
"Vilayət müəllim öz əsərləri ilə
həm də çağdaş ziyalılara
çağırış edir ki, onlar da ortaya ciddi
araşdırma qoysunlar. Əhməd bəy Ağaoğlu
haqqında geniş müzakirələr aparmaq
üçün mütləq onun irsini bilmək
lazımdır. Çünki Əhməd bəy
Ağaoğlu böyuk irs sahibidir. O, həm
nəzəri fikir adamı, böyük ideyaların sahibi, həm
də çox xırda məsələlərlə birbaşa
özü məşğul olan təvazökar şəxs
idi. Bu cür davranış xalqımızın
bütün təbəqələri üçün gözəl
bir örnəkdir".
Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət
və Tanıtma müşaviri İrfan Çiftçi də
bildirib ki, türk xalqlarının Əhməd bəy
Ağaoğlunu öyrənməsi çox vacibdir. Lakin Çiftçi "hər
kəs Ağaoğlunu yaxından tanımalıdır"
fikrinin tərəfdarı olmadığını deyib:
"Əhməd bəy Ağaoğlu liberal və millətçi
şəxs idi. Özü də aristokrat idi. Sözünü əsirgəməyən, hətta
Atatürkün qarşısında belə ona etiraz edən
ziyalı idi. Ona görə də hesab edirəm
ki, Əhməd bəy Ağaoğlunu hər kəsin mütləq
tanıması vacib deyil. Onun sadəcə
universitetlərdə və ziyalılar arasında bilinməsi
kifayət edir".
Qarabağ
Azadlıq Təşkilatının sədri Akif Nağı 25
il bundan əvvəl, 1994-cü ildə
Əhməd bəy Ağaoğlunun 125 illiyini qeyd etdiklərini
söyləyib:
"QAT olaraq özümüzü Əhməd bəy
Ağaoğlu ideyalarının və onun yaratdığı
Difai təşkilatının davamçısı
sayırıq.
Bizim ofisimizdə sadəcə Əhməd bəyin
portreti var. Xalq öz qəhrəmanlarını
tanımalı və heç bir zaman unutmamalıdır".
Tarix
üzrə fəlsəfə doktoru Fərhad Cabbarov da
vurğulayıb ki, 1905-ci il hadisələri
haqqında söhbət gedərkən daha çox Difai barəsində
danışılır.
Ancaq
Əhməd bəy Ağaoğlunun 1905-1906-cı illər ərzində
fəaliyyəti daha geniş olub: "Bunların dərindən
araşdırılmasına ehtiyac var. Erməni
yazıçıları Əhməd bəy Ağaoğlunu
qırğınların "təşkilatçısı"
kimi qələmə verirdilər. Halbuki 1905-ci
ildə erməni yazar Aleksandr Şirvanzadə Əhməd bəyin
iki xalqın arasındakı problemlərin həlli
üçün çalışdığını etiraf
edirdi. Əhməd bəy ilk Azərbaycanlı
idi ki, rus mətbuatında ermənilərin Bakı
qırğınları haqqında obyektiv fikirlərini təqdim
edirdi. O, azərbaycanlıların guya erməniləri,
rusları və bütün qeyri-müsəlmanları qətl
etməsi yalanını ifşa edirdi".
Tarixçi
Elmar Həsənli, "Birlik" jurnalının redaktoru
İlqar İlkin və araşdırmaçı-jurnalist Sərxan
Carçı da Vilayət Quliyevin böyük işlərə
imza atdığını bəyan edərək, gənc nəslin
türk dünyasına aid dəyərli əsərlərdən
mümkün olduqca çox faydalanmasının zəruri
olduğunu vurğulayıblar.
İsmayıl
Şərq.- 2019.- 3 oktyabr.- S.6