Rəşad Məcid kitabının çox satılmasının sirrini
açdı.
Azərbaycan Respublikasının Mədəniyyət
Nazirliyinin təşkilatçılığı
ilə paytaxtda VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirildi. Nəsiminin
650 illiyinə həsr
olunan və 3 gün davam edən sərgiyə maraq çox böyük idi.
Kitab yarmarkasında
ən çox hansı müəlliflərin
kitabının satıldığı
da bəlli olub. Bu barədə
"Qanun" Nəşrlər
Evinin rəhbəri Şahbaz Xuduoğlu məlumat verib. Yarmarkada alıcıların
ən çox diqqətini Azərbaycan Yazıçılar Birliyinin
katibi Rəşad Məcidin kitabları çəkib. R.Məcidə
təşəkkür edən
Ş.Xuduoğlu deyib ki, yazar yarmarka
boyu orda olub:
“Rəşad Məcid bütün yazıçılara dəstək
verdi, kitablarını
aldı, gəlib-gedənlərə
təqdim etdi. Bayram havasını hər kəsə çatdırmağa çalışırdı.
Qonğımız, Qonkor
mükafatçısı Jan
Kristof Rufenin qarşılanmasında və
təqdimatında rəsmi
tərəf kimi iştirak edib kiçik bir nitq söylədi. Hadisələr dərhal, məqamında reaksiya verməyi bacarırdı,
bu da yarmarkanı
daha canlı edirdi. Stendimizdə kitabların imza edən bütün yazıçılara sonsuz
təşəkkürümü bildirirəm. Önəmli
nə qədər satmaq deyil, önəmlisi
oxucunun gözünə
baxıb kitabın haqqında onunla danışmaqdır”.
Kitab sərgisi
ilə bağlı təəssüratlarını Sherg.az-la bölüşən
“525-ci qəzet”in baş
redaktoru, Azərbaycan Yazıçılar Birliyinin
(AYB) katibi Rəşad
Məcid yarmarkanın
böyük hadisə
olduğunu diqqətə
çatdırdı.
Onun sözlərinə
görə, VI Bakı
Beynəlxalq Kitab Sərgi-Yarmarkası Azərbaycan
xalqının, ziyalıların
ən həmrəy şəkildə qoşulduğu
və ürəkdən
bayram etdiyi bir yarmarka idi:
“Beynəlxalq kitab yarmarkası ölkəmizdə artıq
6-ci dəfədir ki, keçirilir. Keçirilən
yarmarkaların hər
birində iştirak etmişəm. İmza günlərinin də çox olmasında maraqlıyam. Ona görə də bu sahədə təbliğatlar apardıq.
Yarmarka çox yaxşı keçdi. Mənim kitabım ən çox satılan oldu. “Qələmsiz yazılanlar”
kitabını artıq
bir ilə yaxındır ki, sosial şəbəkələrdə
təbliğ edirəm,
Azərbaycanda ilk dəfə statuslar və “sms”lərdən ibarət kitabdır. Kitab Azərbaycan ədəbiyyatında yeni
janrdır. “Qanun”
nəşriyyatında həm
öz kitabımın,
həm də digiər kitabların imza günündə fəal iştirak edirdim. Şahbaz bəylə danışdım
və kitabımı yarmarkanın açılışına
saldıq. Ümumiyyətlə,
kitabın təbliğatını
fərqli yollarla həyata keçirmək lazımdır. Yarmarka da buna
bir bəhanə idi. Çox yaxşı ki, kitab yarmarkasına oxucular, xüsusilə də, gənc oxucular gəlirdilər. Onlar yarmarkaya sadəcə baxmağa yox, həm də
kitab alırdılar. Hətta bir neçəsi ilə söhbətimiz də oldu”.
R.Məcid Azərbaycanda
bazar qayda-qanunlarına
uyğun və dəyərləri gözləyən
nəşriyyatın “Qanun”
Nəşrlər Evi olduğunu söylədi:
“Xan” və
“Teas Press” nəşriyyatı da son vaxtlar yaxşı
fəaliyyət göstərir.
Yəni, həm bazarı və oxucu səviyyəsini nəzərə alırlar,
həm də özlərinin kitab yayım evləri var. Əvvəllər narahatlıqla danışırdıq
ki, Azərbaycanda kitab mağazaları yoxdur. Artıq kitab mağazalarının
sayı artıb. İndi belə bir narazılıq var ki, bölgələrdə
kitab satışı
təşkil olunsun. Düşünürəm ki,
bu yarmarkadan sonra artıq bölgələrdə də
hansısa formada kitab satışına dəstək olmaq mümkündür. Yaxud icra hakimiyyətləri və Mədəniyyət
Nazirliyi bölgələrdə
də kitab yarmarkasının keçirilməsini
aktuallaşdıra bilər”.
Yeganə Bayramova
Şərq.- 2019.- 5
oktyabr.- S.10.