Əhməd bəy Ağaoğlunun  xidmətlərini saymaqla  bitməz

 

İstanbulda Əhməd bəy Ağaoğlunun 150 illiyi ilə bağlı konfrans keçirildi

 

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), Türk Əməkdaşlıq Koordinasiya Agentliyi (TİKA), Türk Ocaqları İstanbul şöbəsi, İstanbul Universitetinin Türkiyat Araşdırmaları İnstitutunun birgə təşkilatçılığı ilə İstanbulda keçirilənTürk dünyasının görkəmli ictimai-siyasi xadimiƏhməd bəy Ağaoğlumövzusunda ikigünlük elmi konfrans keçirilib.

 

Aİİ-dən bildirilib ki, bağlanış mərasimində Türk Ocaqları İstanbul şöbəsinin müdiri Cezmi Bayram Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi münasibətilə keçirilən elmi konfransın işini yüksək qiymətləndirib. Bildirib ki, belə tədbirlər faydalı əməkdaşlığa, təcrübə mübadiləsinə böyük töhfə verir. Təkcə Azərbaycan üçün deyil, həm Türkiyə üçün önəmli şəxsiyyətlərdən biri olmuş Əhməd bəy Ağaoğlu türk ocaqlarının yaradılmasında yaxından iştirak edib.

 

 

 

Azərbaycan "Türk ocağı"nın başqanı, Tarix üzrə fəlsəfə doktoru, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı Əhməd bəy Ağaoğlunun türk dünyası üçün çox önəmli şəxsiyyət olduğunu diqqətə çatdırıb.

 

O, bildirib ki, Əhməd bəy Ağaoğlu təkcə Azərbaycan üçün yox, Türkiyə üçün böyük şəxsiyyətdir: "Ümumilikdə türk dünyasının böyük oğlu Əhməd bəy Ağaoğlunun xidmətlərini saymaqla bitməz. Bu cür konfransın keçirilməsi çox əhəmiyyətlidir. Əhməd bəy milli məfkurənin formalaşmasında, böyük fəaliyyət göstərib. Ağaoğlu bir neçə xarici dildə sərbəst danışa bildiyi üçün xarici mətbu orqanlarda Azərbaycan-müsəlman əhalisinin, türk dünyasının narahatlıqları qayğıları haqda silsilə yazılar yazırdı. Bir fikir hocası olan Əhməd bəyin çoxşaxəli fəaliyyəti bütün türk dünyası üçün örnəkdir".

 

Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov yekun nitqi ilə çıxış edərək, Azərbaycan İlahiyyat İnstitutunda təşkil olunan tədbirin davamı olaraq İstanbulda keçirilənTürk dünyasının görkəmli ictimai-siyasi xadimiƏhməd bəy Ağaoğlumövzusunda elmi konfransın əhəmiyyətini vurğulayıb.

 

Qeyd edib ki, Prezident İlham ƏliyevinƏhməd bəy Ağaoğlunun anadan olmasının 150 illik yubileyinin keçirilməsi haqqındaSərəncamı böyük mütəfəkkirə dövlət səviyyəsində verilən dəyərin, hörmət ehtiramın ən yüksək ifadəsidir. Bu Sərəncama uyğun olaraq, İlahiyyat İnstitutunun İstanbul Universitetində keçirdiyi elmi konfransda görkəmli şəxsiyyətin həyat yaradıcılığı, onun Azərbaycan Xalq Cümhuriyyəti parlamentindəki fəaliyyəti, Türkiyənin ictimai-siyasi həyatında, həmçininDifaitəşkilatının yaradılmasında rolu, ədəbi fəaliyyəti, İslam milliyyətçiliklə bağlı düşüncələri, milli mübarizəsi yaradıcılığında multikultural dəyərlərin tərənnümü kimi mövzuları əhatə edən məruzələr dinlənilib.

 

 

 

İstanbul Universiteti Türkiyat Araşdırmaları İnstitutunun müdiri Mustafa Balcı konfransda dinlənilən məruzələrin hər birini yüksək qiymətləndirib.

 

Türkiyənin Ankara Universitetinin professoru Mübariz Süleymanlı Trakya Universitetinin dosenti Mehmet Kaan Çelen konfransın Əhməd bəy Ağaoğlunun həyat yaradıcılığının daha dərindən araşdırılmasına səbəb olduğunu bildiriblər.

 

Xatırladaq ki, konfransda məruzə ilə çıxış edən 20-dən çox aliminTürk dünyasının görkəmli ictimai-siyasi xadimiƏhməd bəy Ağaoğlumövzusunda toplanmış məqalələri kitab şəklində çap olunacaq.

 

Şərq.- 2019.- 24 oktyabr.- S.5