Nəsimi ilinə möhür vuran layihədir”…

 Xumar Qədimova "Neylərəm" qəzəlinə mahnı bəstələyib 

 

 

Əməkdar artist Xumar Qədimova İmadəddin Nəsiminin 650 illiyinə həsr olunan böyük layihəsini təqdim edib. “Qafqazinfo” xəbər verir ki, müğənni dahi şairin “Neylərəm” qəzəlinə mahnı bəstələyib.

 

Xumar Qədimova aranjımanı ƏvəMuradov və Bəxtiyar Həsənova məxsus nəğməni ekranlaşdırmaq qərarına gəlib. Sözügedən layihədə gənc aktyor Səfa Mehdi  rol alıb.

 

Məşhur müğənni açıqlamasında bildirib ki, əsər Nəsimi ilinə möhür vuracaq: “Hamınıza məlumdur kiillərdir çox möhtəşəm Hüseyn Cavid, Almas İldırım, Rəsul Rza, Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadənin əsərlərini sizə təqdim etmişəm. Belə olub, olacaq da… Demək olar ki, bir ildir Məhəmmədhüseyn Şəhriyarın “Yar qasidi”ni işləyirəm. Amma illər öncədən beynimdəruhumda İmadəddin Nəsimi var idi.

 

Və mən onun “Neylərəm” qəzəlini çox sevirəm. İçimdə yaranmış, doğulmuşdu. Sadəcə olaraq Şəhriyar əsəri üzərində çalışdığım üçün Nəsimini saxlamışdım. Bu il Nəsiminin 650 illiyini qeyd etdiyimiz üçün Şəhriyarı saxladım, xüsusi diqqətimi Nəsimiyə ayırdım. Musiqisi mənə məxsusdur. Möhtəşəm bir kompozisiya ərsəyə gəlib. Orada böyük sürprizlər var. Xumardan nələr görəcəksiz… Bu dəfə qərara gəldim ki, əziyyətin öhdəsindən tək gələcəm. Məncə, gəldim də… Nəsimi ilinə möhür vuran layihədir. Sizi sevirəm. Dinləyinizləyin

 

Şərq.- 2019.- 26 oktyabr.- S.13