Moskvada İmadəddin
Nəsiminin büstü
qoyulub
Rusiyanın
paytaxtı Moskva şəhərindəki M.İ.Rudomino
adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat
Kitabxanasının Atriumunda dahi Azərbaycan şairi İmadəddin
Nəsiminin büstü qoyulub.
"Report"un Rusiya bürosu xəbər verir ki, büst Heydər
Əliyev Fondunun və Azərbaycanın Rusiyadakı səfirliyinin
təşkilatçılığı ilə qoyulub və səfirlikdən verilən məlumata görə, abidənin açılışı oktyabrın
30-da baş tutacaq.
Qeyd edək
ki, büst “Nəsimi ili” tədbirləri çərçivəsində
ucaldılır.
Şərq.- 2019.- 29
oktyabr.- S.12