Aybəniz Haşımova:
"Şəhid qadını
olmaq ağır hissdir"
"Aynişanın doğum gününü, ya da atasının doğum gününü qeyd etməsi başqa qızlardan, övladlardan fərqlənir"
Əməkdar artist Aybəniz Haşımovanın həyat
yoldaşı, şəhid
Xalid Quliyevin ad günüdür. Bu barədə Əməkdar artist sosial şəbəkə
hesabında paylaşım
edib. O, şəhid həyat yoldaşı haqqında bunları qeyd edib: "Bu gün doğum
günündür, ay
yaraşıqlı oğlan...
Xəbərin varmı
57 yaşın oldu? Hər oğulun işi deyil, bu yaşa qədər
belə gənc qala, xəbərin varmı? Ayrı nə deyim ki,
ürəyim soyuya, ay qaməti qamət, yerişi-duruşu,
qəlbi şüşə
kimi təmiz, dosta əsl dost, yara yar,
ailəyə, millətə
əsl oğul olanım, yüzlərlə
düşmənin belini
qıran igidim, bunlardan da xəbərin
var?! Nə isə, onsuz da ürəyim boşalmayacaq... Sözüm
elə burda bitsə yaxşıdır.
Bircə sonda bunu deyəcəm ki, nə yaxşı
ki, varımsan, nə yaxşı ki, doğulmuşlardansan! Doğum günün mübarək, Aynişanımızın
atası qəhrəman
Xalid!".
Aybəniz Haşımova
ilə əlaqə saxlayıb şəhid həyat yoldaşı ilə bağlı xatirələrini bölüşməyini
istədik. Maraqlandıq
ki, Aynişan atasının doğum gününü necə qeyd edir: «Şəhid
ailəsi olmaq əlbəttə ki, fəxrdi. Amma bir həqiqət
də var ki, ailə itkisi
ağırdı, bir qadının ailə başçısını itirməsi
çətindi, bir övladın atasız böyüməsi ağır
dərddi. İllər
keçsə də,
o yara qaysaq bağlasa belə, yenə də incidir, qəlbimizdə yarası qanayır. Biz nə qədər
varıq, Xalidin də adı yaşayacaq. Bilirsiz, illər o dərdi unutdura bilmir. Bütün hallarda o, vətən yolunda, torpaqlarımızın azadlığı
uğrunda, qorunması
üçün şəhid
olub. Biz də bu şəhidliklə
qürur duyuruq. Aynişan və mənim üçün bu günü qeyd etmək həm də çətindi. Artıq
27 ildir istər atasının, istərsə
də öz doğum günündə
Aynişan sabahı atasının məzarlığı
üstünə baş
çəkməklə başlayır.
Atasız qızın
böyüməsi həqiqətən
çətindi. Aynişanın
doğum gününü,
ya da atasının
doğum gününü
qeyd etməsi başqa qızlardan, övladlardan fərqlənir.
Atalı-analı uşaqların
adətən doğum
gününü qeyd etməsi ilə Aynişanın özəl
günləri fərqli
olur. Biz məzarlığa gedirik.
Çiçəkləri düzüb
onunla dərdləşirik.
Təbii ki, göz yaşını axıtmadan mümkün deyil.
Amma biz
çalışırıq ki, o göz yaşını kənardan
görən olmasın.
O dərdi içimizdə
çəkirik. İnsanları
üzməyi sevmirik. Bir də şəhid
qızı başı
dik dayanmalıdır.
Mən hər zaman deyirəm. Millətim sağ olsun, dövlətim var olsun, qaldı
şəhid qadını
olmaq ağır hissdi. Şəhid qadını olmaq məsuliyyətdi. Yaralı
ürəyimi bu gün də açmayın. Yaralı qəlbim danışsa gözlərdə yaş qalmaz. Mən vətəni sevən insanam. Amma həyat
yoldaşım torpağa
sevgini məndə bir az da
böyütdü. Mənə
vətəni sevməyi
bir də Xalid öyrətdi. Ondan sonra mən
bu torpağa daha çox bağlandım. Bu torpağın hər tozunun qədrini bilməyi öyrəndim. Çünki o torpaq uğrunda yüzlərlə
igid oğul sinəsini düşmən
gülləsinə sipər
edib, ana dediyimiz vətənini qoruyub. Mən millətimdən də razıyam ki, bizə hər zaman hörmətlə yanaşıblar.
O məni səhnədə
necə görmək istəyirdisə, mən o
Aybənizi yaşatmağa
çalışdım. O məni
səhnədə qürurlu
görməyi sevirdi. Mən o Aybənizi öldürmədim ki, Xalidin ruhu məndən
incik düşməsin».
Şərq.- 2019.- 10
sentyabr.- S.13