"İki
seriala çəkilirəm,
bəsimdir" -
Hicran Nəsirova: “Hər iksində də ana obrazı yaradıram
Əməkdar artist «Şərq»in əməkdaşı
ilə söhbətində
yeni seriala dəvət aldığını
təsdiqləyib: «Maşallah,
mən hələ bu barədə heç bir yerdə məlumat verməmişəm. Nə tez
yayılıb. Bəli, «Qız
atası» serialına dəvət aldım və serialda çəkilməyə razılıq
verdim. İnşallah
gələn həftədən
çəkilişlərə start verilir.
Bundan əlavə bu mövsüm başqa bir serialda da çəkilirəm. Bir mövsüm
üçün iki
serial bəsimdi. «Dayday» adlı serialda da rol almışam. Hər ikisi
komik janrda olan ekran əsərləridir.
Hər ikisində də ana obrazı yaradıram. Ümid edirəm
ki, obrazım tamaşaçıların xoşuna
gələcək».
Aktrisa tərəf-müqabillərindən
danışarkən də
gileyləndi. «Tərəf-müqabilinin
peşəkar olub-olmaması
çox vacibdi. Sənin roluna 50 faiz, hərdən hətta 70 faiz məhz tərəf-müqabilinin aktyorluq
bacarığı təsir
edir.
Sən nə qədər peşəkar
olsan belə, əgər tərəf-müqabilin
sənətdən uzaq
biridirsə, bu sənin obrazına təsirsiz ötüşmür. Hərdən türklərlə müqayisə
olunuruq. Siz də
müqayisə etdiniz.
Niyə onların serialları daha baxımlı olur? Çünki onlar seriala yetərincə vəsait xərcləyirlər. Birinci, vəsaitlə bağlı
məsələdir. İkinci, texniki
avadanlıqlarla bağlıdır.
Daha sonra artıq professional rejissor, senarist, daha sonra aktyor
seçimi gəlir.
Bizdə
hər yerindən duran rejissor olduğunu iddia edir.
Axı bu işlər yaradıcılıq
təfəkkürü tələb
edir. Mən ekran qarşısında,
ya da səhnədə
qeyri-peşəkarla tərəf-müqabili
olmağın əzabını
çəkmişəm. Ona görə də çalışıram ki,
dəvət alanda həmin heyətin ilk əvvəl nə qədər peşəkar
komandadan ibarət olub-olmadığını öyrənim.
Əgər peşəkarlar yoxdursa,
təklifi qəbul etmirəm. Çünki qeyri-peşəkarlarla işbirliyi yaradıcı
insana əzab verir. Mən o əzabı çəkməyə
məcbur deyiləm».
Tahirə Məmmədqızı
Şərq.- 2019.- 10 sentyabr.- S.13