Xalq artisti Firəngiz
Əlizadə ilə görüş
Azərbaycan
Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin Klassik Musiqisevərlər Klubunun növbəti tədbiri bəstəkar, pianoçu, Azərbaycan Bəstəkarlar İttifaqının
sədri, xalq artisti, professor Firəngiz Əlizadəyə
həsr olunmuşdur.
Niyazinin mənzil muzeyində reallaşan görüşü
muzeyin direktoru Alla Bayramova açaraq Firəngiz Əlizadənin yaradıcılığı
barədə məlumat
verdi.
Daha
sonra çıxış
edən F.Əlizadə
öz düşüncələrini
tədbir iştirakçıları
ilə bölüşdü.
Məlumat
üçün bildirək
ki, müstəqil yaradıcılıq yoluna
qədəm qoyduqdan sonra bəstəkar müxtəlif musiqi janrlarına müraciət
etmiş və maraqlı əsərləri
ilə daima musiqi ictimaiyyətinin diqqətini cəlb etmişdir. O, “Qarabağnamə”
operasının, “Ağatlı
haqqında əfsanə”
biraktlı operasının,
“Boş beşik” baletinin, “Ölümsüzlüyə
səyahət” oratoriyasının,
instrumental konsertlərin,
kamera ansamblı üçün “Miraj”, “İtirilmiş zaman axtarışında”, “Üç
akvarel” vokal silsiləsinin, violençel
və fortepiano üçün “Habilsayağı”,
solo violençel üçün “Eşq havası”, “Dərviş” septeti, “Abşeron” kvinteti və başqa əsərlərin
müəllifidir.
Firəngiz
Əlizadə Azərbaycan
musiqisini xarici ölkələrdə müvəffəqiyyətlə
təmsil edir. Onun sorağı daima beynəlxalq musiqi forumlarından gəlir. O, Almaniya, İngiltərə, ABŞ, Hollandiya,
İsveç, Fransa, İtaliya, Polşa və s. ölkələrdə
keçirilən nüfuzlu
festivallarda həm bəstəkar, həm pianoçu kimi uğurla çıxış
edir.
1983-cü ildə müasir musiqinin ənənəvi
“Varşava payızı”
festivalında Firəngiz
Əlizadənin “Habilsayağı”
əsəri böyük
müvəffəqiyyət qazanmışdır.
Bəstəkarın
“Boş beşik” baleti Türkiyənin Mersin şəhərində
1993-cü ildə tamaşaya
qoyulmuşdur. Avropanın
müxtəlif ölkələrində
məşhur kollektivlər,
ifaçılar Firəngiz
Əlizadənin əsərlərini
öz repertuarlarına
daxil edirlər.
Son
illər Avropanın bir sıra ölkələrində,
xüsusilə Almaniyada
geniş fəaliyyət
göstərən Firəngiz
Əlizadənin yaradıcılığı
yüksək qiymətləndirilir.
O, 1999-cu ildə Almaniyanın Akademik Qarşılıqlı Mübadilə
Xidmətinin təqaüdçüsü,
İsveçrənin Beynəlxalq
musiqi seminarında birinci qadın bəstəkar-rezidenti seçilmişdir.
2003-cü ildə Kembric
Bioqrafiya Mərkəzi
tərəfindən medal
və diplomlarla təltif olunan Fİrəngiz Əlizadə
“XXI əsrin görkəmli
intellektualları” siyahısına
daxil edilmişdir.
Gürüşdə
bəstəkar yaradıcılığı
ilə bağlı sualları cavablandırdı.
Sonda
Firəngiz Əlizadə
haqqgnda Almaniyada istehsal olunmuş sənədli film nümayiş etdirild
Şərq.-
2019.-16 yanvar.- S.13.