Yunus Oğuzun kitabları ABŞ-ın İndiana Universitetinin kitabxanasında

ABŞ-ın İndiana Universitetindəki kitabxanada artıq Azərbaycanın tanınmış şair və yazıçılarının kitablarına da rast gəlmək mümkündür.

 

Bu barədə "OLAYLAR"-a məlumat verən Amerikada yaşayan həmyerlimiz Elman Eldaroğlu  deyib ki. 80 mindən çox tələbənin təhsil aldığı universitetin kitabxanasında olarkən bu faktla qarşılaşıb. Onun sözlərinə görə, burada texniki elmlərlə yanaşı, dünya xalqlarının 72 dili tədris olunur və araşdırılır: "Universitetin 10 mərtəbəli çox nəhəng kitabxanası var. Bu kitabxanada on ildən artıq biblioqraf işləyən özbəkistanlı Əkrəm Həbibullayevdən xahiş etdim ki, məni kitabxananın türkdilli kitablar olan bölməsinə aparsın. Bölmədə Azərbaycan yazarlarının kitabları az da olsavar".

E.Eldaroğlu bildirib ki, Azərbaycan müəlliflərindən Sabir Rüstəmxanlı, Rüstəm Kamal, Kamal Abdulla, Səməd Vurğun, İlyas Əfəndiyevin kitabları da sözügedən kitabxanada var: "Eyni zamanda Nəriman Əbdülrəhmanlı, Vüqar Əhməd, Eyvaz Əlləzoğlu, Salam SarvanAnarın da kitablarına kitabxanadarast gəldim".

Qeyd edək kibu günlərdə ABŞ-ın İndiana Universitetindəki kitabxanaya yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun  "Nadir şah", "Əmir Teymur Zirvəyə doğru "Əmir Teymur Dünyanın hakimi", "Şah arvadı  cadugər", "Atabəy Eldəniz",  "Ovcu",  "Qədim türklər və passionarlıqnəzəriyyəsi Qumilyovun tədqiqatında" kitabları, eyni zamanda  Sabir Bəşirovun Yunus Oğuz haqqında yazdığı monoqrafiya da verilib.

Şərq.- 2019.- 16 yanvar.- S.12.