Yunus Oğuzun
kitabları ABŞ-ın İndiana Universitetinin kitabxanasında…
ABŞ-ın
İndiana Universitetindəki kitabxanada artıq Azərbaycanın tanınmış
şair və yazıçılarının kitablarına da rast gəlmək mümkündür.
Bu barədə "OLAYLAR"-a məlumat
verən Amerikada yaşayan həmyerlimiz
Elman Eldaroğlu deyib
ki. 80 mindən
çox tələbənin
təhsil aldığı
universitetin kitabxanasında
olarkən bu faktla qarşılaşıb.
Onun sözlərinə
görə, burada texniki elmlərlə yanaşı, dünya xalqlarının 72 dili tədris olunur və araşdırılır:
"Universitetin 10 mərtəbəli
çox nəhəng
kitabxanası var. Bu kitabxanada
on ildən artıq biblioqraf işləyən
özbəkistanlı Əkrəm
Həbibullayevdən xahiş
etdim ki, məni kitabxananın türkdilli kitablar olan bölməsinə aparsın. Bölmədə Azərbaycan yazarlarının
kitabları az da olsa, var".
E.Eldaroğlu bildirib ki, Azərbaycan müəlliflərindən
Sabir Rüstəmxanlı,
Rüstəm Kamal, Kamal Abdulla, Səməd Vurğun, İlyas Əfəndiyevin kitabları da sözügedən
kitabxanada var: "Eyni zamanda Nəriman
Əbdülrəhmanlı, Vüqar Əhməd, Eyvaz Əlləzoğlu,
Salam Sarvan, Anarın
da kitablarına kitabxanada
rast gəldim".
Qeyd edək ki, bu
günlərdə ABŞ-ın İndiana
Universitetindəki kitabxanaya
yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun
"Nadir şah", "Əmir Teymur Zirvəyə doğru"
və "Əmir Teymur Dünyanın hakimi", "Şah arvadı və cadugər", "Atabəy
Eldəniz",
"Ovcu", "Qədim türklər və passionarlıq nəzəriyyəsi
Qumilyovun tədqiqatında"
kitabları, eyni zamanda Sabir Bəşirovun Yunus Oğuz haqqında yazdığı
monoqrafiya da verilib.
Şərq.- 2019.- 10 yanvar.-
S.12.